Hollandiya parlamentində Dağlıq Qarabağ problemi - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Hollandiya parlamentində Dağlıq Qarabağ problemi
Tarih: 11.12.2012 > Kaç kez okundu? 3085

Paylaş


"Veteninfo.az” xəbər verir ki, Hollandiyanın paytaxtı Amsterdamda ''Dağlıq Qarabağ problemi və Cənubi Qafqazın Təhlükəsizlik Problemi'' mövzulu konfrans keçirilib.



10 Dekabr “Dünya İnsan Haqları Günü” münasibəti ilə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) tərəfindən koordinasiya edilən beynəlxalq konfransa Hollandiya Türkevi Araşdırmalar Mərkəzi, BAK və Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) dəstək veriblər.



Konfrans Cənubi Qafqazda təhlükəsizlik problemlərini, Ermənistanın Azərbaycana hücumu, Qarabağda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, işğal altındakı torpaqlardakı mədəni abidələrin məhv edilməsi və yaşanan böyük insan hüquqlarının pozulması dünya ictimaiyyəti ətraflı məlumat vermək məqsədilə keçirilib.



Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) başçısı Dr. Hatəm Cabbarlı, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) sədri Hikmət Eren, Hollandiya Türkevi Araşdırmalar Mərkəzi başçısı Veyis Güngör və BAK sədri Sahil Qasımov, Azərbaycan Milli Məclisi Millət vəkili Qənirə Paşayeva və Adil Əliyevin natiq olaraq qatıldığı konfransda Azərbaycan və Türkiyədən də insan hüquqları təşkilatları nümayəndələri, elm adamları, parlamentarlar və mətbuat nümayəndələri iştirak edib



Ermənistanın Xocalıda törətdiyi soyqırımı bütün dünyaya eşitdirmək məqsədi ilə dünyanın hər yerində konfranslarda, seminarlarda iştirak etdiyini bildirən Paşayeva "Xocalı soyqrımı yalnız Azərbaycan Türklərinə deyil bütün insanlığa qarşı edilmiş bir cinayətdir" deyib.



İcra etməkdə olduqları "Avrasiya görüşmələri" proyektində Qarabağ, Qərb Trakya, Şərq Türkistan kimi qanayan yaralarımızı bütün dünyaya çatdırmağı özlərinə borc bildiklərini əlavə edən Hollandiya Türkevi Araşdırmalar Mərkəzi Müdiri Veyis Güngör "10 dekabr “Dünya İnsan Hüquqları Günü” münasibəti ilə Azərbaycan və Azərbaycandan gələn qonaqlarımızı təbrik edir və onları Hollandiyada görmək bizi çox şad etdi"deyə bildirib.



Türk Dünyasının əhəmiyyətli səs sənətçilərindən Azərin qısa konsert proqramı verib.



Hollandiya parlamentində reallaşan konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib.





Yorumlar









Aktif Ziyaretçi 67
Dün Tekil 1947
Bugün Tekil 1597
Toplam Tekil 4078325
IP 18.218.234.83






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap