Mədəniyyət və turizm naziri Türkiyənin yeni təyin olunmuş səfiri ilə görüşdü - Narmin İSMAYILOVA - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Mədəniyyət və turizm naziri Türkiyənin yeni təyin olunmuş səfiri ilə görüşdü - Narmin İSMAYILOVA
Tarih: 18.11.2016 > Kaç kez okundu? 130

Paylaş


Noyabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşdü.

Görüşdə Əbülfəs Qarayev iki qardaş ölkə arasındakı münasibətlərdən danışaraq bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Ölkəmizdə mədəniyyət və turizm sahələrində həyata keçirilən işlər haqqında məlumat verərək bu sahədə böyük uğurlar əldə olunduğunu bildirdi. Son illər Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, ölkəmiz bu ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal toplantısına da uğurla ev sahibliyi etdiyini dedi: “İndi Azərbaycan dünyada multikulturalizmin, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə öz töhvəsini verməkdədir. Bu sahədə ölkəmizdə bir sıra böyük addımlar atılıb. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Həmçinin ölkəmizdə gələn il IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Artıq ənənə halını almış bu forumda dünyanın müxtəlif ölkələrindən, böyük təşkilatlarından nümayəndələr iştirak edirlər”.

Əbülfəs Qarayev iki ölkə arasında turizm sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyərək, Azərbaycanın Türkiyənin təcrübəsindən yararlandığını vurğuladı. Həmçinin qeyd etdi ki, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri bir sıra ölkələrlə yanaşı bu sahədə böyük uğurlar qazanan Türkiyənin turizm mərkəzlərində, hotellərində də təcrübə keçirlər. Bu da ölkəmizdə turizmin inkişafına, dünya təcrübəsinin öyrənilməsinə təkan verir.

Nazir bu ilin fevralından Türkiyədə ölkəmizin Turizm Nümayəndəliyinin fəaliyyətə başladığını bildirərək, bu istiqamətdə fəal iş aparıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, nümayəndəlik ölkəmizin turizm imkanlarının təbliği baxımından səmərəli əməkdaşlıq əlaqələri yaratmış və bu səylər davam etdirilir.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə toxunan nazir Türkiyənin Azərbaycana bu sahədə göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirdi.

Əbülfəs Qarayev sonda bir daha Erkan Özoralı ölkəmizdə səfir təyin olunması münasibəti ilə təbrik edərək, gələcək işlərində uğurlar arzuladı.

Səfir Erkan Özoral səmimi qəbula görə Əbülfəs Qarayevə öz minnətdarlığını bildirdi. Qardaş ölkəyə səfir təyin olunmasının onun üçün şərəfli olmaqla yanaşı, həm də böyük məsuliyyət olduğunu bildirdi. Səfir iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etməsi üçün səylə çalışacağını vurğuladı.





Yorumlar








Aktif Ziyaretçi 9
Dün Tekil 988
Bugün Tekil 545
Toplam Tekil 1698780
IP 54.211.180.70






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































25 Cemaziye'l-Evvel 1438
Şubat 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28


Türkçüler Günü olan 3 Mayıs (1944) büsbütün ayrı bir düşüncenin sonucudur. İç düşman olan, kılık değiştirerek milletin içine giren ve hükümetin gafletinden yararlanan komünizme karşı Türkçü gençlerin bir uyarma yürüyüşüdür.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu