Güclü Rusiya ilə gücsüz Ermənistan ”qardaşlığı” - Bəhmən SULTANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Güclü Rusiya ilə gücsüz Ermənistan ”qardaşlığı” - Bəhmən SULTANLI
Tarih: 11.06.2016 > Kaç kez okundu? 1929

Paylaş


Rus-sovet imperiyası dönəmində başlıca məqsədlərdən biri müstəmləkələrdə insanların, xalqların özlərində özlərinə qarşı inamsızlıq yaratmaq idi. Xalqları keçmişdə başdan-başa savadsız, geridə qalmış kimi təsvir edirdilər, onların klassiklərinin satirik fikirlərindən misallar gətirirdilər, bu fikirləri xalqların keçmişləri ilə bağlayırdılar, kommunist dönəminin onları xoşbəxt elədiyini təbliğ edirdilər. İnsanlar da özlüyündə müqayisə edirdi – onda doğrudan da o cür olmuşuqsa, kommunistlər “bizləri xoşbəxt eləyib” deyə düşünürdülər! Ancaq rusların Lev Tolustoyunun, Qoqolunun, Dostoyevskisinin, Çexovunun, Saltıkov-Şedrininin, Turgenyevinin... satirik fikirlərini yada salıb özlərinə tətbiq etmirdilər, rusları, hətta erməniləri də ağıllı, qoçaq, əski tarixə, köklü elmə, mədəniyyətə malik millət kimi təqdim edirdilər. Bununla, ermənilər qürrələnirdilər, lovğalanıb torpağında yaşadıqları, havasını udduqları, çörəyini yedikləri xalqlara yuxarıdan aşağı baxırdılar, özlərini ağa kimi aparırdılar. Ruslar da onlara, məkirli niyyətlərinə uyub onları özlərinə arxa sayırdılar, ərköyün davranmalarına şərait yaradırdılar, özbaşınalıqlarına dözürdülər.

Bizdə rus-sovet dönəmində doğulan, tərbiyə, təhsil alan keçmişlərdən bilgisiz insanların çoxu imperiya məddahlarının uydurduqları bu “əfsanə”lərə inanmağa məhkum idilər. Onlara həqiqəti deyəcək adamlar İkinci Dünya Savaşına aparılmış, məhv edilmişdilər (elə əslində də bu müharibə bu məqsədlərə xidmət üçün düşünülmüşdü-B.S.). Bundan istifadə edərək bilgisiz insanları saxta bilgilərlə yoldan çıxara bilmişdilər, bu cür insanlar vasitəsilə özlərinə, öz xalqlarına o sayaq alçaldıcı təsəvvürlər aşılamışdılar. İnsanlar hətta özlərinin düşündükləri ağıllı fikirləri də çox zaman rusların, ermənilərin, yəhudilərin... adından deyirdilər. Əslində, belələri dərinə getmədən, imperiya dönəmində məkirli niyyətlərlə yazılmış kitablardan oxuduqları dayaz düşüncələrə dalaraq bu sayaq düşünməyə məhkum olunmuşdular.

Ermənilərin hər şeyə qadir olduqları hər kəsdə az qala əqidəyə çevrilmişdi. Elə bir durum yaranmışdı, ermənilərin biclik işlədib özgə torpaqlarını işğal yolu ilə əldə etmək xəyallarını da bir çoxları indinin özündə “uzaqgörənlik”, “ağıllı”lıq əlaməti sayırlar.

Ötən yüzilin ilk illərindən başlayaraq ermənilər rusların aktiv yardımı sayəsində xalqımıza qarşı planlı şəkildə fiziki, mənəvi, iqtisadi... təxribatlar törətməkdən çəkinməmişlər, dincliyimizi daim pozmuşlar. Onlar bu yardımdan bəhrələnərək İrəvanı ələ keçirdikdən sonra şirniklənərək “yalmana-yalmana” Dağlıq Qarabağı, Türkiyənin Ərzurum mahalını, sonra da yavaş-yavaş başqa ərazilərimizi, rusların Rostov, Stanropol, Krasnodar vilayətlərini qopartmaq iştahında olmuşlar. Bu, onlar üçün də itgilərsiz ötüşməmişdir. Onların bu müdhiş, insan ağlından, insan düşüncəsindən uzaq istəkləri bu gün də davam etməkdədir. Axı, necə olur, bir xalq başqa bir xalqın, özü də özünə nisbətdə çox güclü iqtisadi potensiala, böyük insan ehtiyatlarına malik, qəhrəmanlar diyarı olan xalqın torpaqlarına göz tiksin, torpaqlarını işğal eləyə bilsin? Onlar öz güclərinə bu dərəcə güvənə bilməzlər, çünki, öz güclərinə qalsa, Azərbaycanın bircə Ağdam rayonunun cavabını vermək gücündə deyillər. Doğrusu, məsuliyyət hissini itirmiş ayrı-ayrı ermənilər belə fikrə düşə bilərlər. Necə ola bilər, kiçik də olsa, bütöv bir xalqın siyasəti belə cılız, məntiqsiz, ölçüyəsığmaz dərəcədə ağılsız olsun? Sözsüz, bu məntiqsiz amil hakimiyyətdə olanların da siyasəti deyil. Çünki hakimiyyətdəkilər öz dövlətlərinin, xalqlarının həm iqtisadi potensialını, həm də insan ehtiyatlarını, hərbi gücünü yaxşı bilirlər. Bu amil yalnız yan təsirlərdən, özgə məqsədlərindən doğan amildir.

Yan təsirlər ilk öncə rus siyasətçilərinin düşüncələri ilə, sonra da başqa iddialı, güclü dövlətlərlə bağlıdır. Uzun illərdən bəridir, ruslar Azərbaycanla bağlı iddialarına “erməni amili” vasitəsilə çatmaq istəyirlər. Onlar öz iddialarını formalaşmasında özlərinin də rol oynadıqları, yaxşı bildikləri erməni psixologiyasına, “erməni iştahı”na hesablayıblar.

Ermənilər tərifdən xoşlanan, vədlərə inanan, ıiti iştahlı, acgöz, yadların yad millətlərdən erməni adına formalaşdırdığı diasporların gücünə güvənən xalqdır. Bu xalqı tərifləyəndə o, özünü dünyanın yiyəsi kimi təsəvvür edir. Rusların bayağı təbliğatına, həm də vədlərinə uyaraq özünü qabağa atır, iddialara düşür, burnunu ovdurur, sakitləşir. Bu, sonralar dönə-dönə təkrar olunur. Hər uğursuzluğundan sonra yeni fitvalara uyur (rsun bir işi var, o, heç vaxt ermənini özü tərifləmir – B.S.), hələ özlərini demirəm, həm də insanlığa ləkə gətirəcək yeni əməllər üçün hazırlıq görür, tədbirlər düşünür.

1987-ci ildə SSRİ-nin prezidenti Mixail Qorbaçov erməni Akademik Abel Aqambekyanı (Ağabəyyanı) ələ alaraq (“ələ salaraq!” da demək olar – B.S.) ona Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana vermək imkanının mövcudluğunu bildirib. Qoqbaçov bunun mümkünsüzlüyünü tarixdən, həm də günün gerçəkliyindən bilməmiş deyildi. O, erməni avantürizmindən xəbərli idi, ermənilərin öz Akademiklərinə inanıb ayağa qalxacağına əmin idi. Belə də oldu. Sonucda ermənilər qalxdı, özləri üçün də problemlər yaratdı, Azərbaycanın da başını perspektivsiz bir münaqişəyə qatdı. Qorbaçov isə öz məqsədləri üçün bundan yetərincə bəhrələndi...

Tarixdən bilindiyi kimi, ermənilər həmişə fitvalara uya-uya öz yurdlarından didərgin düşüblər, müxtəlif fitvalara, yalançı vədlərə uyaraq öz torpaqlarını axtarıb tapmaq imkanlarını əldən veriblər. Onlar indi artıq haradan çıxdıqlarını, haraya getmək istədiklərini də bilmirlər, hər cür xəyanət, satqınlıq, başqa əyriliklər törətdiklərinə görə başqa xalqlar onları heç vaxt qəbul etməmiş, sıxışdırmış, bir yerdə məskunlaşmalarına imkan verməmişlər. Ermənilər təbiətcə qorxaqdırlar.

Rus siyasətçiləri, eləcə də hiyləyə arxalanan hər kəs həmişə “ilanı Məmmədqulu əli ilə tutmağ”a çalışır. Ruslar Azərbaycanın irəli getməməsinə, onun maddi, mədəni, mənəvi sərvətlərindən bəhrələnməyə çalışır, Azərbaycanın Rusiyanın diktəsi ilə oturub durmasını, Azərbaycandan hər hansı dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Rusların arxa durmasını onların erməniləri gücləndirmək meyli ilə bağlamaq düzgün deyil. Erməniləri Azərbaycandan ərazi iddialarına düşməyə sadə rus xalqı deyil, rus siyasətçiləri təhrik edir, ermənilərə “şirni” verib onları oynadır, Azərbaycanın başını “erməni məsələsi”nə qarışdırmağı onlar özləri üçün həyati önəm daşıyan məsələ sayır. Həm rus siyasətinə, həm də erməni ziyalılarına zəif Ermənistan lazımdır. Bu anlamda erməni ziyalıları rus siyasətçiləri ilə qardaşdır. Bu qardaşlığın erməni sonunun yetməsinə həmişə böyük töhfələri olub.

Rus siyasətçiləri həmişə ermənilərlə türklər arasında qan düşmənçiliyi törədilməsinə çalışıblar. Çünki qan düşmənçiliyi heç vaxt yaddan çıxmır, qan düşmənlərini bir-birinə qarşı həmişə qızışdırmaq, qaldırmaq mümkündür. Qan düşmənləri həmişə bir-birindən qisas almaq iddiasında olurlar. Ruslar bu yolda ermənilərə 1915 və 1918-ci illərdə maddi yardım, silah, canlı qüvvə yardımı, siyasi yardımlar göstərməklə Azərbaycanın Quba, Bakı, Şamaxı, İsmayıllı, Salyan, Neftçala, Lənkəran, Astara, eləcə də başqa bölgələrində amansız qırğınlar, qətllər - əslində, soyqrım törədiblər. Hər dəfə müəyyən müddət keçəndən sonra ruslar erməniləri yeni bir soyqırıma “ruhlandırır”lar. Dünyada insan haqları, demokratiya tərəfdarı kimi hayqıran ABŞ, Almaniya, Fransa, Böyük Britaniya dövlətlərinin, BMT-nin gözü qarşısında baş verən 1992-ci ildə Xocalı, Malıbəyli... soyqırımları rusların təhriki və hər cür yardımı ilə törədilmiş soyqırımlardır.

Rusiya ordusunun 66-cı motoatıcı polku vasitəsilə 1992-ci ilin yanvar ayının 26-da XX yüzilin ən böyük faciəsi sayılan “Xocalı, Malıbəyli... soyqırımları”nı törədildi. Bu faciəni rusların törətmiş olduğu tarixi fakt olsa da, əslində ermənilərin törətdiyi soyqırım kimi tarixə düşdü. Bundan ruslar qazanmış oldular, həmişə də türklərlə ermənilər arasında toqquşmadan ruslar qazanmış olurlar. Təbii, zamanı yetişəndə “Xocalı soyqırımı”nın hesabı ruslardan yox, ermənilərdən çəkiləcək. Ermənilərin bu vəhşilikdə qazandıqları güclü bir qonşu dövlətlə düşmənçilikdən başqa heç nə olmayıb, bundan sonra da olmayacaq. Rusların Ermənistan Respublikası adından Azərbaycana qarşı apardığı siyasətdən nə qazana bilərdi? Ermənistan regional layihələrdən yanda qaldı, iqtisadi cəhətdən zəiflədi, erməni xalqı xarici ölkələrə səpələnməyə məcbur oldu. Bu xalq da müharibədə çoxsaylı gəncini itirdi. Bu müharibələr heç vaxt ermənilərin güclənməsinə xidmət etməyib.

Ruslara yarınan, sadə erməni xalqının deyil, öz mənafelərini güdən, mənşəyi də dəqiq bilinməyən Robert Köçəryan, Serj Sərkisyan, Ohanyan... kimi erməni “başbilənləri”ndən başqa heç bir sadə erməni burada heç nə qazanmadı. Robert Köçəryan, Serj Sərkisyan... sadə erməniləri aldadılaraq qızışdırılmış, onların coşmuş hisslərindən istifadə edib Rusiyanın da köməyilə Ermənistan Respublikasının prezidenti oldular. Bircə onu edə bildilər, Rusiya ordusunun köməyilə dinc Azərbaycan əhalisini qətlə yetiriblər.

Rusiya 1918-ci ildə azərtürk soyqırımının, 1992-ci ildə “Xocalı soyqırım”ı kimi yadda qalan soyqıırımın açıq-aydın iştirakçısı oldu. Göründüyü kimi, ruslar ermənilərlə türklər arasında baş verən soyqırımın köhnəlməsinə imkan vermirlər. Çünki zaman keçəndən sonra soyqırımın canlı şahidləri tədriclə aradan gedir, onların sayları azalır, bu xalqlar arasında anlaşma, barış ehtimalı yaranır. Ruslar çalışırlar, bu xalqlar arasında baş verənlər zaman-zaman təkrarlansın, olayın yaddançıxma, barış ehtimalı olmasın.

Olmayan “erməni soyqırımı” məsələsini qızışdıranlar da rus siyasiyətçiləri ilə yanaşı başqa dövlətlərin siyasətçiləridir. Bunu da görməmək mümkünsüzdür. Türkiyənin inkişafı bu dövlətləri qıcıqlandırır. Ona görə də onlar ermənilərə nisbətən daha çox canfəşanlıq edirlər. Bu faktın özü iddia olunan “erməni soyqırımı” iddiasının qondarma olduğunu göstərir.

Terrorçuluğu islam dini qadağan edib. Çünki terror əməlində başlıca olaraq günahsız insanlar qətlə yetirilir, çikəst olur, ev-eşiyini itirir, ziyan çəkir. Terrorçu millətlər isə qabağa gedə bilmir. Çünki qabağa buraxılsalar, öz ağalarına tabe olmazlar, öz ağalarıının istəklərinə məhəl qoymazlar, onların tələblərini təmin etməzlər, iddialarını yerinə yetirməzlər. Bu, bəşəriyyətdə mövcud olan qanundur. Bunlar nəzərə alınaraq terrorçu xalq dünyanın nəzarətində qalır, dünya dövlətləri üçün gerçək təhlükə qaynağı sayılır. Ermənilərin özlərinin də irəli getməsini ruslar istəməzlər, buna heç imkan da verməzlər. Ruslar bilirlər, ermənilərin onlardan Rostovdan Voronejə qədər olan torpaq iddiaları var, terrorçu xalqdır, istilaçıdır, dünyada baş verən beynəlxalq cinayətlərlə məşğuldurlar...

Ermənilərin güclənməsi rusların marağına uyğun deyil, ona görə də bilərəkdən zəifləmiş olan ədavəti qızışdırmaqla Ermənistanın Rusiyadan asılılığına stimul olacaq layihələrdən onu təcrid etdi. Ermənistanın forpost olması Rusiya üçün onun müstəqil olmasından daha sərfəli, daha gərəklidir.

ABŞ hər il Türkiyəni “erməni soyqırımı”nı Konqresə çıxaracağı ilə hədələyir, Türkiyəni bu yolla “gözükölgəli” etmək istəyir. Bu, danılmaz faktdır. ABŞ özü də belə bir soyqırımın heç vaxt olmadığını yaxşı bilir. Dünyadan demokratiya “uman” ABŞ demokratiyanı özünə sərf edən variantda anlayır. Yaxşı, “həqiqət axtarışı”nda olan ABŞ niyə tarixi fakt əldə etmədən belə bir ədalətsiz addımı atmaq istəyir? İnsan haqları axtaran ABŞ bu addımı atmaqla özü insanların, xalqların gözü qarşısında haqsızlığı dəstəkləyir. Azərbaycanınsa torpaqları işğal olunub, ABŞ-ın gözü onündə onun xalqına qarşı bir neçə dəfə soyqırım tətbiq olunub, soyqırım məzarlıqları gözü önündədir, ancaq buna məhəl qoymur.

PKK təşkilatı haqda da uyğun fikirləri söyləmək olar. Bu təşkilat kürd millətinin yaratdığı təşkilat deyil. Bu təşkilatı yaradanlar Türkiyənin indiki və gələcək nüfuzundan təşviş keçirən dövlətlər sırasına rusiya, İsrail, Qərb dövlətləri və bəzi başqa dövlətlər idi. Uzun illərdir, PKK Türkiyənin başını qatır, onun inkişafının qarşısını almağa çalışır. Bu isə kürd xalqına heç nə qazandırmır, əksinə, kürd gəncləri oyuncaq PKK təşkilatının qurbanına çevrilir, kürd xalqı zamanın ruhuna sığmayan mənfi imic qazanır, bu xalq beynəlxalq miqyasda gözdən düşür, etibarını itirir...







20.12.2010