- AÇIQLAMA – Fuad MADATOV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









- AÇIQLAMA – Fuad MADATOV
Tarih: 27.02.2016 > Kaç kez okundu? 2061

Paylaş


Dünən Rəşid Behbudov adına mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirildi. Tədbirdə bir çox tanınmış simalar iştirak edirdi. Amma hər kəsi daha çox maraqlandıran İlhamə Quliyevanın küsülü olduğu insanların iştirakı idi. Onlardan biri də son zamanlar mətbuatda adı İlhamə Quliyeva ilə mübahisəli məqamlarıyla yaddaqalan ictimai xadim Hacı Quliyevdir.

H.Quliyev mətbuata açıqlamasında İ.Quliyeva ilə soyuq münasibətdə olduğuna aydınlıq gətirib. O, xalq artistinin qısqanclığından əziyyət çəkdiyini vurğulayıb:

“İlhamə xanım çox sevdiyi dostlarına qarşı hədsiz dərəcədə qısqansclıq hissi ilə yanaşırdı. Bu səbəbdən də onunla xeyli müddət əvvəl çox ciddi münaqişəmiz olub. Əvvəl bütün bu proseslərə anlayışla yanaşmağa çalışırdım. Lakin zaman keçdikcə, İlhamə xanımın bir dost kimi məhz mənə qarşı olan qısqanclıq hissi həddini aşmışdı və artıq ciddi fəsadlara səbəb olurdu. Buna görə də o vaxtlar mətbuatda dostluq münasibətimizin sona çatması barəsində açıqlama vermək məcburiyyətində qalmışdım. Olanları nəzərə alaraq onu etiraf edirəm ki, İlhamə xanım məni geriyə qaytarmağa çalışırdı. Amma mən onun hər bir cəhdini cavabsız qoydum. Təəssüf edirəm ki, bu münasibətlər belə bitdi. Münaqişənin mətbuata açıqlamaq istəmədiyin təfərrüatları var.”

H.Quliyev, İlhamə Quliyeva ilə xoş xatirələrini də bölüşüb:

“İlhamə xanım haqq dünyasına qovuşub. Qısqanclıq hislərini kənar qoysaq, o, əvəzolunmaz bir dost, gözəl yol yoldaşı idi. Müxtəlif səfərlərdə bərabər xoş təəssüratlarımız olub. Hətta evində belə tez-tez gözəl məclislər qurardı. Öz əlləriylə hazırladığı ləziz təamlara bizi qonaq edərdi. Ölüm xəbərini eşində kimi dərhal evinə getdim. Onsuz həmin evi təsəvvür etmək mümkün deyildi. Hər zaman İlhamə Quliyevanın yüksək enerjisiylə üzümüzə açılan qapılarını, bu dəfə onun oğlu Orxanın qəhər içində, səmimi hislərlə qarşılamasıyla əvəz olundu. Orxanın çarəsizcəsinə hər kəsdən mənəvi dəstək axtarmağı insanı kövrəltməyə bilməzdi.”

“Vida mərasimində iştirak etməsəydim, bunu həyatımın sonunadək özümə bağışlaya bilməzdim” deyən H.Quliyev söyləyib ki, münaqişələrinin ən qızğın dövründə belə İlhamə Quliyeva sənətinə laqeyd qala bilməyib:

“Demək olar ki, gün ərzində onun musiqilərini dinləyirəm. İnsan İlhamə xanımın hər musiqisini bir ömür kimi yaşayırdı. O, çox xoşbəxt sənətçilərdən biridir ki, ilhaməsevərlər onu son mənzilə alqışlarla yola saldılar. Azərbaycan mədəniyyəti üçün çox ağır itkilərdən oldu. Hələ də onun yoxluğunu qəbul edə bilmirəm. Allah rəhmət eləsin! Allah səbir versin!”

İctimai xadim onu da qeyd edib ki, İlhamə Quliyevanın dəfn olunduğu gün mədəniyyət və incəsənət nümayəndələrini bir araya toplayaraq, anım gecəsini təşkil edib.





Yorumlar









Aktif Ziyaretçi 176
Dün Tekil 1046
Bugün Tekil 1340
Toplam Tekil 4278284
IP 3.135.216.196






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























21 Cemaziye'l-Evvel 1446
Kas m 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu