Xocalı Dəhşətləri - Prof. Dr. Bəhmən Yunus SULTANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Xocalı Dəhşətləri - Prof. Dr. Bəhmən Yunus SULTANLI
Tarih: 22.02.2016 > Kaç kez okundu? 2253

Paylaş


Rus-sovet imperiyası ölkəmizi istila etdiyi gündən başlayaraq maddi, mənəvi sərvətlərimizi talan etdi, xalqımızı məzluma, qula, əlsiz-ayaqsıza çevirdi. Son dörd ildə onun daha hansı məkirli planları olduğunun bir daha şahidi olduq... Xocalıda baş verən dəhşətlər istilaçıların erməni kartından istifadə edərək xalqımız, ölkəmiz bardə zaman-zaman qurduqları məkirli planların fəsadlarındandır...

Sovet silahlarıyla, hərbi texnikasıyla yaraqlanmış rus-erməni hərbi birləşmələri qocalardan, qadınlardan, uşaqlardan ibarət 2000-dən artıq suçsuz soydaşımızın diri-diri gözlərini çıxartdı, diri-diri bədən əzalarını kəsdi, diri-diri qol-qılçasını sındırdı, diri-diri qarnını yırtdı, diri-diri sinəsini dağladı, diri-diri yandırdı, insan ağlına gəlməyən, tarixin heç bir qatında baş verməmiş vəhşiliklərə məruz qoyaraq hamısını qırdı, meyitlərini təhqir etdi, xalqımızı Xocalı faciəsi ilə üz-üzə qoydu...

Rus-erməni hərbi birləşmələri xalqımıza qarşı insanlığa yaraşmayan üsullarla soyqırım törətdi, ermənilərlə bizim aramızda olan qan düşmənçiliyini təzələdi, barışığa yer qoymadı...

Əfsanəvi Qəhrəman Əlif Hacıyevi yetirən Xocalı şəhərindən yüzlərlə qız-gəlinlərimizi əsir aparıb alçaltdılar, bununla, biz hər birimiz ağlasığmaz dərəcədə təhqir olunduq...

Ermənilərə arxa duranlar olmasaydı, onlar təkcə Ağdam gənclərinin qarşısında duruş gətirə bilməzdilər...

Böyük tarixi keçmişə, köklü mədəniyyətə malik mərd, mənəviyyatlı... bir xalq sivilizasiyası ilə öyünən xalqların gözü qarşısında, hətta aktiv köməyi ilə ağlasığmaz vəhşiliyə məruz qaldı. Bu, müdhiş bir həqiqətdir...

Azərbaycan bir yandan xristianların İslam aləminə yönəlmiş “səlib yürüşü”nün hədəfinə çevrildi, başqa yandan rus imperiyasının qarətçilik siyasətinin yerinə yetirilməsi üçün erməni “erməniliyi”nə meydan oldu...

Xalqımızın varlığı namus, qeyrət üzərində qurulub. Bizlərdə heç kim heç kimin anasına, bacısına, qızına, gəlininə... əyri gözlə baxa bilməz. Biz dostun mərd dostu olmuşuq, düşmənin mərd düşməni. Tarix boyu insanlığa şərəf gətirmişik. Hiylədən, kələkdən uzaq olmuşuq. Düşmənlə üzbəüz vuruşmuşuq, vuruşanda özümüzün də insan olduğumuzu unutmamışıq! Ağa ağ demişik, qaraya qara. Hər birimizdə ailə qeyrəti həmişə yüksək olub...

Hər kəs namuslu olmalıdır. Ancaq namus deyəndə, bəzilərimiz yalnız özünün, öz ailəsinin, yaxınlarının namusunu nəzərdə tutur. Unudurlar, Vətən basılanda qız-gəlinlər əsir düşür, qocalar təhqir edilərək qətlə yetirilir, kişilər işgəncə ilə öldürülür, məhv edilir, hər kəsin, hər bir Vətən övladının namusu ayaq altına düşür, əldən gedir, sağ qalan hər kəs əsir düşən qız-gəlininin, öldürülən, alçaldılan qoca-qarısının, işgəncəyə məruz qalan gəncinin, uşağının əzabı girdabında əriyə-əriyə, yana-yana məhv olur...

Ona görə də ən böyük namus Vətən namusudur. Hər bir namuslu insan Vətəni qorumaq yolunda ölümdən də çəkinməməlidir, şərəfli ölümü şərəfsiz yaşamaqdan, mənasız ölümdən üstün tutmalıdır.

Vətəni qorusaydıq, başımız Xocalı müsibəti çəkməzdi, namusumuza o cür hüdudsuz ləkə gəlməzdi...

Xocalı faciəsi ən uca namusun Vətən namusu olduğunu, Vətəni basılmayanın ailə namusunun tapdanmaz olduğunu hər birimizə əyaniliklə göstərdi...

Xocalı faciəsi bizə mövzusu tükənməyən, bizi qisasa səsləyən tarix dərsi oldu...

Xocalı faciəsi qurbanlarının ruhu qisas gününədək rahat olmayacaq...

Xocalı faciəsi insanlığa qənim kəsilmək eşqi ilə alovlananların törətdiyi faciələr faciəsidir..