YUĞ Teatrı - "Naməlum Axundzadə" tamaşası - Könül Əliyeva Cəfərova - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









YUĞ Teatrı - "Naməlum Axundzadə" tamaşası - Könül Əliyeva Cəfərova
Tarih: 22.01.2016 > Kaç kez okundu? 2380

Paylaş


Bu gün saat 19.00-da Azərbaycan Dövlət YUĞ Teatrında M.F.Axundzadənin əsərləri əsasında hazırlanmış "Naməlum Axundzadə" tamaşası nümayiş olunacaq.

Tamaşa haqqında ətraflı məlumat press-relizdə var.





--

Əməkdaşlığa görə təşəkkür edirik!



Hörmətlə,



Könül Əliyeva-Cəfərova

YUĞ Dövlət Teatrının mətbuat katibi



***



«M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə Azərbaycan Dövlət YUĞ Teatrında keçirilməsi aktuallaşan «Naməlum Axundzadə» teatr layihəsi çərçivəçində hazırlanan yeni tamaşa M.F.Axundzadə irsinin fərqli, bu günə qədər qapalı qalan aspektlərini işıqlandırır.

138 yaşlı Azərbaycan teatrını təmsil edən bütün sənət ocaqlarında M.F.Axundzadənin pyesləri əsasında hazırlanan tamaşaların sayəsində neçə-neçə rejissor və aktyor nəsilləri yetişib. İnanırıq ki, M.F.Axundzadənin pyesləri müasir dövrdə çağdaş teatr sənətinin yeni bədii-estetik prinsipləri çərçivəsində səhnəyə gətirilərsə, bu, milli teatr sənəti üçün təkanverici amil rolunu oynaya bilər.

Özündə Avropa modelli dramaturgiyanın tələb və şərtlərini (dramaturji metod – yəni, zaman, məkan, potensial konflikt), həmçinin sakral arxetipik mənaları ehtiva edən Axundzadə pyesləri XXI əsrdə də yeni teatr sənəti üçün ədəbi əsas rolunu oynamağa qadirdir.

Buna görə də biz Azərbaycan Dövlət YUĞ Teatrı olaraq, M.F.Axundzadənin əsərlərini özəl poetikamız («PSİXOSOF») çərçivəsində fərqli aspektdən səhnələmək cəhdində bulunmuşuq. Başlıca məqsəd M.F.Axundzadə irsinin bu günə qədər aşkarlanmayan naməlum tərəflərini işıqlandırmaqdan ibarətdir.



Plot-line: Yeknəsək həyatdan təngə gəlmiş bir qrup insan məhrəm və qutsal məkana daxil olurlar. Onları buxovlayan yasaqları pozaraq, özlərində yeni həyat eşqini bərpa edib, könüllü surətdə yeni məsuliyyət yükünün altına girirlər.

Log-line: Ey insanlar, sizi buxovlayan zəncirləri qırmaqdan usanmayın, o sizi yeni məhrəm tellərlə həyata bağlayacaq.

Müəllif intensiyası: Bütün oğrular, yolkəsənlər, qatillər... hamısı cəhənnəmə inanan insanların arasından çıxır... (M.F.Axundzadə “Kəmalüddövlə məktubları”).









Ünvan: Bakı, M.Muxtarov 83,

Əlaqə telefonları:

(+99412) 596-04-81; 594-39-82;

e-mail: info@yugteatr.org

www.yugteatr.org

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ





AZƏRBAYCAN DÖVLƏT YUĞ TEATRI





M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunur







M.F.Axundzadə







NAMƏLUM AXUNDZADƏ



Esxatoloji komediya





Quruluşçu rejissor Gümrah ÖMƏR

Quruluşçu rəssam Rəşid Şerif (Əməkdar Rəssam)

Geyim üzrə rəssam Umay Həsənova

Musiqi tərtibatı Ramiq Mehdi

Rejissor assistentləri ƏR Toğrul

Aytən Məmmədova



Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb

_________________________________________________



2012-ci il







ROLLAR VƏ İFAÇILAR:



AXUND Fərhad İSRAFİLOV (Əməkdar Artist)

DƏRVİŞ Məmməd SƏFA (Əməkdar Artist)

XATUN Sonaxanım MİKAYILOVA (Əməkdar Artist)

XANIM Gülzar QURBANOVA (Əməkdar Artist)

KİMYAGƏR Vidadi HƏSƏNOV (Əməkdar Artist)

ÖVRƏT Yaqut PAŞAZADƏ

MƏŞUQƏ Zümrüd BƏXTİYAR

Zərtac QULİYEVA



ŞƏYİRD Hikmət RƏHİMOV

Emil MƏLİKOV









Tamaşa 65 dəqiqə davam edir





BƏDİİ YARADICI HEYƏT





Baş rəssam - Rəşid Şerif

Əməkdar Rəssam

Ədəbi hissə müdiri - Elçin Cəfərov

Musiqi hissə müdiri – Mələk Vəlizadə

Truppa müdiri - Yaqut Paşazadə

Bədii quruluş hissə müdiri - İlham Hüseynov





_______________________________







TEXNİKİ HEYƏT



Dekorativ sexinin rəisi ……………………

Butaforçu-rəssam ……………

Kostyum sexinin rəisi ……………………..

Qrim sexinin rəisi ………………………………….

İşıq sexinin rəisi …………………………….

Əlbəsə sexinin rəisi …………………………….

Səhnə quraşdırma sexinin rəisi ………………………………

Musiqi sexinin rəisi ……………………………………

Qadın tikiş sexinin rəisi ……………………………..

Kişi tikiş sexinin rəisi ……………………………….

Dülgər sexinin rəisi ……………………………





______________________________________









Baş inzibatçı – Rauf Alıyev