Bayramin mubarek salam Turkiyem - DAŞKESEN RAYON İCRA HAİMİYYETİ/AZERBAYCAN'DAN TURAN ŞİİRİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Bayramin mubarek salam Turkiyem - DAŞKESEN RAYON İCRA HAİMİYYETİ/AZERBAYCAN'DAN TURAN ŞİİRİ
Tarih: 06.10.2015 > Kaç kez okundu? 2287

Paylaş


Cavanşir Atəşi vətənpərvər bir türk kimi öz yaradıcılığında hər zaman ulu Türk Dünyasına sevgisini vəsf edir. Onun bu yaxınlarda Azərbaycanın və Türkiyənin müxtəlif mətbuat orqanlarında dərc edilən Çanaqqala zəfərinin 100 illiyinə ithaf olunmuş “Bayramın mübarək, Salam, Türkiyəm!” şeiri oxucular tərəfindən rəğbət və məhəbbətlə qarşılanmışdır.





Həmin şeir çox qısa müddətdə müxtəlif mətbuat səhifələrində dərc edilməklə yanaşı bir çox saytlarda da yerləşdirilmişdir. Təkcə Azərbaycan Yazıçılar Birliyinin saytında (www.ayb.az.) yerləşdirilən

“Bayramın mübarək, Salam, Türkiyəm” şeiri saytda ən çox oxunan (18.04.2015-ci il tarixdən bu kitab çapa hazırlananadək 40 mindən çox baxış sayı) olmuşdur.









































BAYRAMIN MÜBARƏK, SALAM, TÜRKİYƏM!



Türkiyədə Çanaqqala

zəfərinin 100 illiyinə ithaf edirəm.



Azərim, Osmanlım, Turanlım mənim,

Yapanım, yaradıb-quranım mənim.

Ey canım, ürəyim, gözüm Türkiyəm!

Ey dostum, qardaşım, özüm Türkiyəm!



***



Əyilməz, sarsılmaz şah vüqarımız,

Haqq deyib hayqıran xilaskarımız.

Ey şəhid əsgərim, qazim Türkiyəm!

Sən ey qəhrəmanlıq yazım, Türkiyəm!



***



Ey arxam, sipərim, qalxanım mənim,

Qarsım, Ərzurumum, Ceyhanım mənim.

Ey Məkkəm, Mədinəm, qibləm Türkiyəm!

Yürüşüm, hücumum, həmləm Türkiyəm!







İstanbul, Ankara, Ağrı dağımsan,

Ən qalib, ən igid Bayraqdarımsan.

Göylərə ucalan zirvəm Türkiyəm!

Ey yaylım atəşim, zərbəm Türkiyəm!



***

Ey ayım, ulduzum, səhərim mənim,

Qurtuluş uğrunda hünərim mənim.

Çağırışım, harayım, nərəm Türkiyəm!

Varlığım, hər damlam, zərrəm Türkiyəm!



***

Qələbə mayakım - Çanaqqalamsan,

Ən şanlı, əbədi zəfər çalansan.

Mustafa Kamalım Paşam Türkiyəm!

Sənindir gələcək yaşam, Türkiyəm!



***

Yağı düşmənlərin gözünə oxsan,

Tanrıya şükür ki, tək deyil, çoxsan.

Xoş əməl, xoş məram, niyyət Türkiyəm!

Ən ulu, ən cəsur millət Türkiyəm!







Mərdlik timsalıdır Ərdoğanların,

Əbədiyaşardır əhdin, ilqarın.

Ən sadiq silahdaş, sirdaş Türkiyəm!

Ədalət, inkişaf, çağdaş Türkiyəm!



***



Doğma Azərbaycan, ana Vətənim,

Hər yana yayılsın qoy səsim mənim.

Möhtəşəm, alınmaz qalam Türkiyəm!

Bayramın mübarək, salam, Türkiyəm!



***



Sevincimiz birdir, kədərimiz bir,

Atatürkümüzlə Heydərimiz bir.

Birgədir Ərdoğan, İlham Türkiyəm,

Dillərdə müqəddəs kəlam Türkiyəm!







Daşkəsən şəhəri , 2015-ci il.









Yorumlar









Aktif Ziyaretçi 40
Dün Tekil 1787
Bugün Tekil 1061
Toplam Tekil 4068982
IP 18.188.152.162






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.811 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap