Akademik Milli Dram Teatrında 143-cü teatr mövsümünün açılışı haqqında informasiya - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Akademik Milli Dram Teatrında 143-cü teatr mövsümünün açılışı haqqında informasiya
Tarih: 22.09.2015 > Kaç kez okundu? 2322

Paylaş


Akademik Milli Dram Teatrı 18 senytabr saat 19.00-da “Qarabağnamə” tamaşası ilə 143-cü teatr mövsümünü açıb. İ.Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşada Xalq artistləri Rafiq Əzimov (Axund Mirmövsüm ağa), Firəngiz Mütəllimova (Tubu xanım), Ramiz Məlik (Cavad xan), Hacı İsmayılov (Məhəmməd xan), Ramiz Novruz (Sisyanov) Əməkdar artistlər Kazım Abdullayev (İbrahim xan), Əli Nur (Kəlbəli xan), Sabir Məmmədov (Saday bəy), Elşən Cəbrayılov (Lisanoviç), Əjdər Həmidov (Vanya Koxa), aktyorlar Şəhla Əliqızı (Ağabəyim ağa), Ləman İmanova (Səltənətbəyim), Sərdar Rüstəmov (Əbülfət xan), Anar Heybətov (Hüseynqulu xan), Əminə Babayeva (Haykanuş), Rəşad Bəxtiyarov (Birinci əsgər), Elnur Qədirov (İkinci əsgər), Rada Nəsibova (Bəyim), Elnar Qarayev (Çapar) və Nigar Məmmədova (Cariyə) çıxış edirlər.

Tamaşadan öncə Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru Xalq Artisti Azər Paşa Nemət pərdə qabağına çıxaraq teatrın kollektivini və teatrsevərləri təbrik edib: “Bu gün teatr mədəniyyətimiz üçün əlamətdar bir gündür. Bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Gəncədə Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərinin tamaşası ilə Azərbaycanda teatr mövsümü açıldı. Bu günsə Akademik Milli Dram Teatrı 143-ü teatr mövsümünü başlayır. Teatrımızın yeni mövsümünün açılışı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum gününə təsadüf etdi.

Bir neçə gün öncə teatrımızın aktyoru, istedadlı sənətkar, Xalq artisti İlham Əsgərovun vəfatı hamımızı sarsıtdı. Bu, Azərbaycan teatrı üçün çox böyük itkidir. Son illərdə itkilərimiz çox olub. Amma heç nəyə baxmayaraq, həyat davam edir, teatrımızda yaradıcılıq prosesi də davam edir və bu gün teatrımızın sənətçiləri səhnəyə çıxaraq, “Qarabağnamə” tamaşasını Sizlərə təqdim edəcəklər. Görkəmli dramaturqumuz İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası Azərbaycan tarixinin böyük bir mərhələsini təsvir edir. Aktyorlarımız tamaşada məharətlə çıxış edirlər”.

Azər Paşa Nemət tamaşaçıları da kollektivin adından təbrik edib və zəhmət çəkib teatra gələn hər kəsə təşəkkürünü bildirib. Teatrın bədii rəhbəri-baş rejissoru qeyd edib ki, bu il teatrsevərləri yeni tamaşalarla, qastrol səfərləri ilə, festivallarla dolu maraqlı bir mövsüm gözləyir.

Daha sonra Azər Paşa Nemət “Qarabağnamə” tamaşasında çıxış edən aktyorları səhnəyə dəvət edib. Səhnə geyimlərində pərdə önünə çıxan aktyorları tamaşaçılar alqışlarla qarşılayıb. Sonda “Qarabağnamə” tamaşası nümayiş olunub.







Yorumlar









Aktif Ziyaretçi 190
Dün Tekil 1046
Bugün Tekil 1052
Toplam Tekil 4278001
IP 3.147.86.246






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























21 Cemaziye'l-Evvel 1446
Kas m 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.811 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu