Şekspirin “Qlobus” Teatrı “Hamlet”i Londondan Bakıya gətirir - Elçin CEFEROV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Şekspirin “Qlobus” Teatrı “Hamlet”i Londondan Bakıya gətirir - Elçin CEFEROV
Tarih: 13.09.2015 > Kaç kez okundu? 2185

Paylaş


British Council sizi Şekspirin “Qlobus” teatrının “Hamlet” tamaşasına dəvət edir. Tamaşa 3 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.



Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun “Qlobus” Teatrı 23 aprel 2014-cü il tarixindən 23 aprel 2016-cı il tarixinədək davam edəcək möhtəşəm dünya turnesinə çıxmışdır. Bu misilsiz layihənin məqsədi “Hamlet” tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.



Şekspir Qlobus teatrının bədii rəhbəri və “Hamlet” tamaşasının rejissoru Dominik Dromgul bildirib ki, “Globe to Globe Hamlet” layihəsi “Hamlet” tamaşasının müxtəlif məkanlarda və böyük tamaşaçı auditoriyasına nümayiş olunması məqsədilə yaradılıb.



Turnemizin əsas qayəsi ondan ibarətdir ki, Şekspir yer üzündə insanların harada olmasından asılı olmayaraq, hər kəsi əyləndirə və hər kəslə danışa bilər və heç bir ölkə və heç bir xalq Hamletin canlı tamaşasından imtina etməz. Səyahətin yarıdan çox hissəsi hazırda tamamlanıb və “Hamlet” tamaşası Amerika, Avropa və Afrika daxil olmaqla artıq 100-dən çox ölkədə yüz mindən artıq tamaşaçı üçün nümayiş olunub.



British Council Azərbaycanın direktoru Elizabet Vayt bildirib: “Dünya turnesi çərçivəsində Şekspirin “Qlobus” teatrını “Hamlet” tamaşası ilə Bakıda qarşılamağa şadıq. Azərbaycan tamaşaçısı bu sənət əsərini tanıyır və sevir və onu Şekspirin öz teatrı tərəfindən yeni quruluşda izləmək fürsətini qaçırmayacaq. Biz Şekspirin ildönümünü növbəti il də qeyd etməyə davam edəcəyik : “Gəlmişik xoş niyyətlə, Bir xeyirxah sənətlə”.



Tamaşa ingilis dilində və azərbaycan dilində subtitrlərlə numayiş olunacaq. Biletləri şəhərin bilet kassalarından əldə edə bilərsiniz.



British Council Azərbaycan fürsətdən istifadə edib Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Akademik Dram Teatrına və Avropa Azərbaycan Cəmiyyətinə təşəkkür edir.



Ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın:

Dilarə İbrahimova

İncəsənət üzrə menecer

British Council Azərbaycan

T: (+994 12) 4971593

F: (+994 12) 4989236

www.britishcouncil.az



Redaktorlar üçün qeydlər: British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları üzrə aparıcı beynəlxalq təşkilatıdır. Təşkilat dünyanın 109 ölkəsində fəaliyyət göstərir. Birləşmiş Krallığın ideya və nailiyyətlərinin xaricdə də təmsil olunması məqsədi ilə British Council Britaniyada və digər ölkələrdə insanlar arasında etibar və inam yaradır. British Council bərabər imkanlar siyasətinə riayət edir.









Yorumlar









Aktif Ziyaretçi 44
Dün Tekil 1787
Bugün Tekil 1296
Toplam Tekil 4069218
IP 3.144.172.115






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu