Mətbuat üçün açıqlama - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Mətbuat üçün açıqlama
Tarih: 21.07.2015 > Kaç kez okundu? 2460

Paylaş


16.07.2015





Mətbuat üçün açıqlama





Bu gün Azərbaycan Milli QHT Forumu (MQF) Milli mətbuatın 140 illiyinə həsr olunmuş tədbir keçirib. Tədbirdə MQF ilə mütəmadi çalışan media qurumları fəxri mükafatla təltif olunub. Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni ilk öncə media nümayəndələrini salamlayıb və onları Milli mətbuat günü münasibətilə təbrik edib. Daha sonra milli mətbuatın banisi Həsənbəy Zərdabinin fəaliyyətindən danışıb. O bildirib ki, “Həsən bəy Zərdabi nəinki milli mətbuatın banisi, həmçinin ilk türkdilli qəzet olan “Əkinçi”-nin və eyni zamanda, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi olub. Həsənbəy Zərdabi habelə, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi və Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı olub”. O, həmçinin vətəndaş cəmiyyətinin inkişafında medianın rolundan danışıb. Sonda media qurumları fəxri mükafatla təltif edilib. Mükafatları MQF-nin prezidenti Rauf Zeyni, xalq artisti Flora Kərimova, bəstəkar Sevinc Tofiqqızı, MQF idarə heyətinin üzvləri İradə Əliyeva, Ümid Rəhimoğlu, Gülnarə Hüseynova və Azər Həsrət təqdim ediblər.

Fəxri mükafata layiq görülmüş media qurumları aşağıdakılardır:



1. Azərbaycan Dövlət İnformasiya Agentliyi

2. Trend İnformasiya Agentliyi

3. Olaylar İnformasiya Agentliyi

4. Səs İnformasiya Agentliyi

5. Teleqraf İnformasiya Agentliyi

6. Salamnews İnformasiya Agentliyi

7. APA İnformasiya Agentliyi

8. Turan İnformasiya Agentliyi

9. Azadinform İnformasiya Agentliyi

10. Report İnformasiya Agentliyi

11. Türküstan qəzeti

12. Xalq qəzeti

13. Respublika qəzeti

14. İki sahil qəzeti

15. 525-ci qəzet

16. Bakı-xəbər qəzeti

17. Yeni Azərbaycan qəzeti

18. Azərbaycan qəzeti

19. Azad Azərbaycan qəzeti

20. Müsavat qəzeti

21. Mövqe qəzeti

22. Xalq Cəbhəsi qəzeti

23. Palitra qəzeti

24. Paritet qəzeti

25. Ədalət qəzeti

26. Kaspi qəzeti

27. Birlik Jurnalı

28. Vətəndaş Cəmiyyəti Jurnalı

29. Milli.az saytı

30. Qhtxeber.az saytı

31. Azvision.az saytı

32. Azpress.az saytı

33. azxeberlenti.com saytı

34. Qafqazinfo.az saytı

35. 7news.az saytı

36. Modern.az saytı

37. Qaziler.az saytı

38. Day.az saytı

39. Publika.az saytı

40. Yenicag.az saytı

41. Ekspress.az saytı

42. Olke.az saytı

43. Aktual.az saytı

44. Azxeber.com saytı

45. Azerfax.az saytı

46. Avtosfer.az saytı

47. Gundeminfo.az saytı

48. Simsar.az saytı

49. Virtualaz.org saytı

50. Strategiya.az saytı

51. Sputnik.az saytı

52. Editor.az saytı

53. Moderator.az saytı

54. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti

55. İctimai Televiziya və Radio Yayımları Şirkəti

56. Azad Azərbaycan Teleradio Verilişləri Şirkəti

57. ANS Şirkətlər Qrupu

58. Xəzər Televiziyası

59. TRT Bakı Təmsilçiliyi

60. Space Müstəqil Teleradio MMC

61. Lider TV və Radio-Azərbaycan MMC

62. Dünya TV

63. Region TV

64. İnterAz TV

65. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

66. Azərbaycan Mətbuat Şurası

67. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi

68. Demokratik Jurnalistlər Birliyi

69. Azərbaycan Jurnalist Qadınlar Asossasiyası

70. Jurnalist Həmrəyliyi Həmkarlar İttifaqı

71. Beynəlxalq Avrasiya Mətbuat Fondu





MQF mətbuat xidməti