ELUCA BÜTÖVLÜK ƏDƏBİYYATINI TƏMSİL EDİR - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









ELUCA BÜTÖVLÜK ƏDƏBİYYATINI TƏMSİL EDİR
Tarih: 24.08.2014 > Kaç kez okundu? 2558

Paylaş






Eluca Atalı və mən Yasəmən Qaraqoyunlu

param-parça edilmiş bir vətənin övladlarıyıq



Qədim tarixə, əsrarəngiz və bənzərsiz təbiətə, gözəl iqlim şəraitinə, əlverişli coğrafi mövqeyə malik Azər¬baycan əsrlər boyu qonşu dövlətlərin və yadelli işğalçıların tamah mənbəyinə çevrilmiş və bu səbəbdən də hücumlara məruz qalmış, əraziləri mərhələ-mərhələ zəbt olunmuşdur. Təxminən iki əsrə yaxın bir müddət bundan əvvəl Bütöv Azərbaycanın sahəsi – 410 min kv.km idisə, 1988-ci ildə Quzey Azərbaycanın ərazisi 86,6 min kv.km-ə qədər azaldı.

1988-1994-cü illərdə Ermənistan Azərbaycana müha¬ribə elan etmədən Dağlıq Qarabağı və onun ətraf rayonlarını (Xan¬kəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağ¬dərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan ) işğal etdi. Bu dövrdə işğal edilmiş ərazilərin sahəsi 13, 210 kv.km-dir.

Bu parçalanmalar Eluca Atalı ilə mənim daxil ol¬duğum 70-ci illər nəslinin taleyinə, həyatına, yaradıcı¬lığına, seçiminə, missiyasına təsir etməyə bilməzdi. Biz par¬çalanmış vətən, kimliksizləşdirilmiş, sındırılmış, soy¬qırı¬ma uğradılmış, sürgün olunmuş, ruslaşdırılmış, fars¬laşdırılmış millət miras almışdıq. Bizim gəncliyimiz, Bakı Dövlət Universitetində oxuduğumuz illər rus Sovet im¬periyasının dağılması, Quzey Azərbaycanın istiqlal mü¬ba¬rizəsi və Ermənistan – Azərbaycan müharibəsi illərinə düşdü. Biz Azadlıq Meydanının övladlarıyıq və Azadlıq müca¬diləmizin uğurlarında kiçik qum dənəsi qədər payı¬mız vardır. Amma bu qum dənəsini uca dağa çevirənədək yol davam edir... Bu yolun başlanğıcı bizim nəslimizi - Eluca və mənim tələbə yoldaşlarımızı, dostlarımızı iki şəxslə bağlayır. Bizim taleyimizdə, ömür yolumuzda böyük rol oynamış bu iki şəxs Əbülfəz Elçibəy və Asif Ata rus Sovet imperiyasını protesto etmiş, imperiyaya qarşı fəal müba¬rizə aparmış örnək aydınlarımız idi. Hər ikisi rus müstəm¬ləkəçiliyinə və köləliyinə nifrət edirdi və sovet KQB-sinin düşmənləri idi. Azərbaycanda 75 min insanın güllələnməsi (25 mini aydınlar idi), 3 milyon insanın sürgün olunması nəticə¬sində qurulmuş kommu¬nizm cənnəti haqqında mifləri dağıtmaq üçün Ə.Elçibəy siyasi elitanın və düşün¬cənin formalaşmasında, Asif Ata elmi akademik elitanın formalaşmasında əmək sərf edirdilər. Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının, Siyasi Hərakatın – Azərbaycan Xalq Cəbhəsinin, Asif Ata isə Fikir Hərəkatının – Ocaq elmi-fəlsəfi birliyinin lideri idi. Əbülfəz Elçibəyin şüarı MİLLƏTLƏŞMƏ – DÖVLƏT¬LƏŞMƏ – BÜTÖV¬LƏެMƏ,¬ Asif Atanın şüarı isə İNSANLAŞIN – İNSAN¬LAެDIRIN idi. Ə.Elçibəy KÜTLƏDƏN MİLLƏT yaradırdı, Asif Ata FƏRDDƏN ŞƏXSİYYƏT. MİLLƏT və ŞƏX¬SİYYƏTİN VƏHDƏTİ yeni bir Azərbaycan doğacaqdı: BÜTÖV, AZAD AZƏRBAYCAN! Asif Ata və Ə.Elçibəy bu Azərbaycanı qur¬mağın konseptini də elan etmişdilər: TÜRKLƏŞDİRİN – İNSANLAŞDIRIN – ÖZÜMLƏެDݬRİN. Mən Ə.Elçi¬bəy¬lə, Eluca Atalı Asif Atayla bərabər yol getdik, yolla¬rımız ayrı deyildi, Bütöv Azərbaycanda birləşirdi.

Eluca Atalının yaradıcılığında, hekayələrində, povest¬lərin¬də, məqalələrində, müsahibələrində məni cəlb edən BÜTÖVLÜK ideyasıdır. Onun ən cox sevdiyim essesi “Telli Zərin Dastanı”dır. Səttarxan Hərəkatının ehtişa¬mı, əxlaqi xarakteri “Telli Zərin Dastanı”nda açılır - bir qadın, ana simasında...

Eluca Atalının “Sabahkı Afşinlər”ə essesi isə “HA¬RAY, HARAY, MƏN TÜRKƏM!” hayqıran bu günkü Afşinlərdir. Təbrizin, Ərdəbilin, Marağanın, Urmunun meydanlarında Azadlıq mücadiləsi aparan yüzlərdir, minlərdir.

Eluca Atalı Parçalanmış Azərbaycanın HƏSRƏT ƏDƏBİYYATINI yazmır, BÜTÖVLÜK ədə-biy¬yatını təmsil edir. Bütövlük ədəbiyyatını Asif Ata fəlsəfəsi işığında yaratmağa cəhd edir. Eluca Asif Ata dəst-xətti ilə kütləyə yox, şəxsiyyətə müraciət edir, onun qayəsi “Adamdan üstün” insanın duyğularını və həyat hekayəsini yaratmaqdır. Onun “Adamdan üstün” ideyasının simvolu olan Atanurun şəxsində yeni Telli Zərrinlərin doğulmasını müjdələməsi bizə ümid verir. Bütöv Azərbaycanın və Azadlığın yaxında olduğu İNAMINI əlinizdə olan bu “Kərküklülər – təklənmiş türklər” kitabından ala bilərsiniz.



Yasəmən Qaraqoyunlu,

Milli Elmlər Akademiyası,

Fəlsəfə İnstitutunun əməkdaşı