STOKHOLMDA IRAQ TÜRKMƏNLƏRİNİN QƏTLİAMINA QARŞI ETİRAZ AKSİYASI KEÇİRİLDİ - Eluca ATALI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









STOKHOLMDA IRAQ TÜRKMƏNLƏRİNİN QƏTLİAMINA QARŞI ETİRAZ AKSİYASI KEÇİRİLDİ - Eluca ATALI
Tarih: 20.08.2014 > Kaç kez okundu? 2776

Paylaş


10 avqust 2014-cü il İsveçdə fəaliyyət göstərən Azərbaycan Federasiyasının təşkilatçılığı ilə Stokholmun mərkəzindəki İsveç Parlamentinin önündə etiraz aksiyası keçirilmişdir. Aksiyanın keçirilməsində məqsəd İraq türkmənlərinin qətliamının qarşısını almaq, orda tapdanan insan haqlarının bərpə olunması üçün İsveç ictimaiyyətindən dəstək almaq idi.



Aksiya zamanı üç dildə -- türk, isveç və ingilis dillərində çıxışlar oldu, çoxlu sayda isveç və ingilis dillərində qətnamələr paylandı.



Aksiyada oxunmuş qətnamələri üç dildə aşağıdakı linklərdən izləyə bilərsiniz.



İraq türkmənlərinin qətliamına dünya ictimaiyyəti göz yummamalıdır!



Bu gün əldə çox qaneedici sənədlər var ki, sübut edir İraq türkmənləri dəhşətli bir insani faciə yaşayırlar. Ən acınacaqlısı isə bu acı durumun bu yaxın gələcəkdə bitməsinə ümid yoxdur və həm də bunun hansı sonluqla bitəcəyi heç kəsə məlum deyil. Çox təəssüflə, İraq türkmənlərinin acı durumu getdikcə dərinləşərək çox təhlükəli vəziyyətə gedib çıxır. Belə ki nizamlı formada azyaşlı uşaqları və gənc qızları terrorist qruplar tərəfindən oğurlayıb naməlum tərəfə aparılırlar. Gənc kişilər küçədə, xiyabanda başlarına güllə sıxılmaqla qətlə yetirilirlər. Çoxlu sayda ailələr öz canlarını qurtarmaq üçün səhraya qaçıblar və hələ də can qorxusu ilə bunu etməkdədirlər. Orda da içməli su qıtlığı, yemək çatışmazlığı, havanın hədsiz isti olması və digər tərəfdən də tibbi ləvazimatın olmaması səbəb olur ki, qocalar və uşaqlar tədrici formada dünyalarını dəyişələr.



Türkmənləri kompakt yaşadığı qədim ata-baba yurdlarından qovub, həmin ərazilərin cəmiyyət tərkibin dəyişmək məqsədi ilə onları yük maşınlarına mindirib türkmən ərazisi olmayan Kəlbəla, Bağdad, Nəcəf kimi ərəblərin yaşadıqları şəhərlərə köçürürlər.



Azərbaycan Federasiyası - İsveç (AFİ) dünya ictimaiyyətinə müraciət edərək bu istəklərin həyata keçirilməsini tələb edir:



1.Beynəlxalq sülh qüvvələri münaqişəli məntəqələrə göndərilməlidir ki, türkmənlərin və digər etnik qrupların can və mal təhlükəsizliyini terrorist qruplardan qoruyalar.



2.Türkmənlərin özləri istəmədən ərəb məntəqələrinə köçürmələrinin qarşısı alınmalıdır.



3.Bu isti havada İraq səhralarına qaçan türkmən qaçqınlarına kifayət qədər içməli su, yemək məhsulları və tibbi ləvazimat dünya ictimaiyyəti tərəfindən çatdırılmalıdır.



4.Türk Dünyasının ən güclü ölkəsi olan Türkiyə gərək öz sərhədlərini türkmən qaçqınlarının üzünə açaraq onlara pənah verməlidir.



5.Qərb informasiya vasitələri, ilk növbədə yaşadığımız İsveçin mətbuatı İraq türkmənlərinin bu günki durumu ilə bağlı informasiya yaymalıdırlar.



6.Terrorist qruplar tərəfindən oğurlanan uşaqların və gənc qızların ailələrinə geri qaytarılması üçün əlaqədar beynəlxalq orqanlar -- BMT, Qırmızı Xaç öz səyini göstərməlidir.



Biz, aksiya iştirakçıları inanırıq ki, ən sonda insanlıq terrorizmə və qanlı cinayətə qalib gələcək və İraq türkmənləri bu ağır durumdan qurtulacaq.



Azərbaycan Federasiyası -- İsveç (AFİ)







Yorumlar









Aktif Ziyaretçi 159
Dün Tekil 1046
Bugün Tekil 1203
Toplam Tekil 4278149
IP 18.191.107.181






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























21 Cemaziye'l-Evvel 1446
Kas m 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu