AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRI PRESS-RELİZ - Elçin CEFEROV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRI PRESS-RELİZ - Elçin CEFEROV
Tarih: 11.06.2014 > Kaç kez okundu? 2993

Paylaş


Görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq Artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi



12 iyun saat 18.00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq Artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Teatrın foyesində baş tutacaq gecənin rejissoru və ssenari müəlifi Loğman Kərimov, aparıcısı sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir. Tədbirdə görkəmli aktyorun çəkildiyi “Bəxtiyar”, “Sehirli xalat”, “Bir qalanın sirri”, “Əhməd hardadadır?”, “Qızmar günəş altında” filmlərdən fraqmentlər nümayiş olunacaq, aktyorlar, sənətşünaslar sənətkar haqqında fikirlərini bölüşəcəklər. Gecədə həmçinin Gülyanaq və Gülyaz Məmmədova bacılarının və Anar Şuşalının ifasında müxtəlif musiqi parçaları da səslənəcək.

Mahir komediya ustası, xarakter maskalarından məharətlə istifadə edən, tipaj yaratmaqda səriştəli aktyor, satirik obrazların ifasında qroteskdon həssaslıqla bəhrələnən Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə "Səadət" məktəbini bitirib.

Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizod rollara çıxmış Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyib.

Ağahüseyn Cavadov Milli Dram Teatrının səhnəsində Məmişov, Cəlal, Soraq kişi ("Məhəbbət", ("Həyat" və "Yaxşı adam" M.İbrahimov), Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman ("Toy", "Xoşbəxtlər" və "Nişanlı qız", S.Rəhman), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı ("Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə" və "Od gəlini", C.Cabbarlı), Qənimət ("Cavanşir", M.Hüseyn), Mürsəl ("Qaçaq Nəbi", S.Rüstəm), Usta Murad ("İldırım", C.Məcnunbəyov), Bəbir Bəbiroviç, Qoşqar baba ("Yadigar" və "Yol ayrıcında", İ.Səfərli), İmran ("Əcəb işə düşdük", Ş.Qurbanov), Savalan ("Dağlar qızı", A.Babayev), Vasin ("Tanya", A.Arbuzov), Kapitan ("Köç", C.F.Başqut), Luka Lukiç ("Müfəttiş", N.Qoqol) Brabansio, Qoca çoban ("Otello" və "Qış nağılı", U.Şekspir), Petruşin ("Canlı meyit", L.Tolstoy), Sima Popoviç ("Nazirin xanımı", B.Nuşiç), Houkinis ("Şeytanın şagirdi", B.Şou), Platon, Məzarçı ("Şeyx Sənan" və "Xəyyam", H.Cavid), Qoca ("Şöhrət və ya unudulan adam", N.Hikmət), Maytreya ("Hind gözəli", Y.Osnos və V.Vinnikov), Almurad ("Mənim günahım", İ.Əfəndiyev) rollarında çıxış edib. Ağahüseyn Cavadov "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "O olmasın, bu olsun" (Bəy), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (Xırdavatçı) və digər filmlərə çəkilib. Aktyor 1931-ci ildə respublikanın əməkdar artisti, 4 dekabr 1938-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Ağahüseyn Cavadov 20 iyul 1981-ci ildə Bakıda vəfat edib.





Yorumlar









Aktif Ziyaretçi 155
Dün Tekil 1046
Bugün Tekil 1175
Toplam Tekil 4278119
IP 18.191.189.124






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























21 Cemaziye'l-Evvel 1446
Kas m 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu