Tibb Universitetinin ilk klinikası - Günel ASLANOVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Tibb Universitetinin ilk klinikası - Günel ASLANOVA
Tarih: 29.05.2014 > Kaç kez okundu? 3305

Paylaş




Stomatoloji Klinikada həm yüksək ixtisaslı həkim stomatoloqlar hazırlanır, həm də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir



Azərbaycan Tibb Universitetinin Stomatoloji klinikası 2002-ci ilin sentyabr ayında yaradılıb. Bu müəssisə universitet nəzdində açılan ilk klinikadır.

Stomatoloji Klinika ərazisi 5.040 kv.m olan 4 mərtəbəli binada yerləşir. Bina 138 kabinetdən və 3 geniş monitorlarla təchiz olunmuş mühazirə zalından ibarətdir. Klinikanın əsas fəaliyyət istiqaməti – yüksək ixtisaslı həkim-stomatoloq kadrları hazırlamaqdır. Klinika tədris, elmi-tədqiqat işlərinin aparılması üçün müasir tələblərə cavab verən baza olmaqla yanaşı, həm də əhalini yüksək ixtisaslı stomatoloji xidmətlə təmin edir.

ATU-nun Stomatoloji klinikasının direktoru, t.ü.e.d. Alqış Səfərovun sözlərinə görə, Stomatologiya fakültəsinin bütün profil kafedraları bu klinikada yerləşir. Ümumilikdə klinika 6 kafedradan və 9 şöbədən ibarətdir: Terapevtik stomatologiya, Ortopedik stomatologiya, Uşaq stomatologiyası, Ümumi stomatologiya, Ağız və üz-çənə cərrahiyyəsi kafedraları və Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının bir hissəsi. Şöbələrə gəlincə, burada terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya və rentgen implantologiya şöbələri, fizioterapiya kabineti, rentgen diaqnostika-tədris kabineti, laboratoriyalar yerləşir.

Bu gün Klinika müasir stomatologiyanın bütün nailiyyətlərini özündə əks etdirir: tədris və həkim kabinetləri 129 ədəd Fransada, Almaniyada, Yaponiyada, Türkiyədə və s. Istehsal olunmuş ən müasir diaqnostika-müalicə avadanlıqları və ləvazimatlarla təchiz olunub.Sterilizasiya sistemi köklü dəyişərək, avtoklavlaşdırma sisteminə keçib.



2011-ci ildə Klinikanın rentgen-diaqnostika şöbəsi universitet tərəfindən Yaponiyanın «Maritta» firmasının modern rəqəmsal rentgen avadanlıqları ilə təchiz olunub və bu şöbədə toplanan məlumat əsasında tələbələr və həkimlər üçün kompüterlə təchiz olunmuş tədris rentgen-diaqnostika kabineti açılıb.

Klinikanın diş texniki laboratoriyalarının avadanlıqları və materialları ən müasirləri ilə əvəz olunmuşdur. Bu gün laboratoriyada metal-keramika, metalsız-keramika, vinirlər, metal-plastmas, kompozit plastmas, çıxan akril və termoplast protezlər, bügel protezlər ən yüksək tələblərə cavab verən keyfiyyətdə hazırlanır.



Alqış Səfərov bildirir ki, beynəlxalq tibbi təhsil qaydalarına uyğun olaraq, həkim-stomatoloq hazırlığı məqsədilə Klinikada həmçinin tələbələr üçün yeni “Stomatoloji Tədris Mərkəzi” istifadəyə verilib. Bu mərkəzdə 20 stomatoloji qurğu yerləşən klinik zal, 2 fantom kabineti, sterilizasiya otağı və s. yerləşir. Burada tələbələr müəllim və rezidentlərlə birlikdə xəstə qəbul edə bilir, konsultativ və müalicə işlərini sərbəst yerinə yetirməklə manual vərdişlərini təkmilləşdirirlər.







Klinikada 260-dan çox professor-müəllim heyəti, həkim-stomatoloqlar və köməkçi personal işləyir. Onlardan 8 nəfər tibb elmləri doktoru-professor, 2 nəfər tibb elmləri doktoru, 32 nəfəri dosent, 63 nəfəri isə tibb üzrə fəlsəfə doktorudur. Eyni zamanda bu gün klinikada stomatologiya üzrə 17 həkim-rezident təhsilini davam etdirir; 3 nəfər doktoranturada təhsilini davam etdirir və 8 nəfər xarici ölkə vətəndaşı olan həkim-stomatoloq isə 3 illik ixtisasartırma kursunu keçirlər. Əməkdaşlardan hal-hazırda 22 nəfəri dissertasiya üzərində çalışırlar; II, III, IV kursların tələbələri istehsalat təcrübəsi praktikasını keçirlər. Stomatologiya fakültəsi Elmi şurasının iclasları, aprobasiya şuraları, kafedraların iclasları, Tələbə Elmi Cəmiyyətinin konfransları daim Stomatoloji klinikada keçirilir.

Universitet tərəfindən Klinikaya kabelli internet çəkilmişdir və Wi-Fi sistemi ilə bütün binada müəllimlər və tələbələr tərəfindən istifadə olunur.

Stomatologiyada istifadə olunan dərman və ləvazimatlar ən müasir standartlara cavab verən aparıcı şirkətlərin məhsullarıdır.



A.Səfərovun sözlərinə görə, klinika əməkdaşları son 5 il ərzində Respublikada və Xaricdə keçirilən 300-dən çox Beynəlxalq Konfranslarda, simpoziumlarda aktiv iştirak ediblər: “Beynəlxalq aləmdə stomatologiyanın hər bir yeni nailiyyəti əməkdaşlarımız tərəfindən dərhal ezam olunaraq mənimsənilir, klinika əməkdaşlarına çatdırılır və praktik-stomatologiyada, tədris məşğələlərində istifadə olunur. Eyni zamanda qeyd etmək istəyirəm ki, ATU-nun Stomatoloji Klinikası Türkiyənin bütün Universitetləri ilə, Amerika, Almaniya, Fransa, İtaliya, Rusiya, Ukrayna, Gürcüstan, və s. universitetlərinin stomatoloji klinikaları ilə qarşılıqlı elmi-praktiki əlaqələr saxlayır”.

Onu da qeyd edək ki, Tibb Universitetində tədrisin Boloniya prosesinin kredit sisteminə keçməsi ilə əlaqədar olaraq kafedraların tədris proqramlarına uyğun dəyişikliklər aparılır. Tələbələr ATU-nu bitirdikdən sonra istənilən ölkədə təhsillərini davam etdirə, yaxud işləyə bilirlər

Hazırda Klinikada Stomatologiya fakültəsinin 900-dək tələbəsi təhsil alır.