Elxan Həsənli: “Ölkəmizə xarici kapitalı cəlb etməyin yollarından biri İsveçrədə daşınmaz əmlak alınmasıdır” - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Elxan Həsənli: “Ölkəmizə xarici kapitalı cəlb etməyin yollarından biri İsveçrədə daşınmaz əmlak alınmasıdır”
Tarih: 19.08.2012 > Kaç kez okundu? 3631

Paylaş


Elxan Həsənli: “Ölkəmizə xarici kapitalı cəlb etməyin yollarından biri İsveçrədə daşınmaz əmlak alınmasıdır”



İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənli ilə müsahibə:



- Elxan bəy, İsveçrə-Azərbaycan Ticarət Təşkilatı hansı zərurətdən yaranıb?



- İsveçrədə magistraturanı bitirdikdən sonra bir neçə şirkətin Avropa və Amerikadakı işlərini yürütmüşəm. Amerika Birləşmiş Ştatlarında, İngiltərədə, Avropanın digər ölkələrində, Mərkəzi Asiya ölkələrində Azərbaycan vətəndaşlarına məxsus şirkətlər qurmuşam, onları qeydiyyatdan keçirmişəm.



Bu zaman diqqətimi cəlb etdi ki, azərbaycanlı iş adamları fəaliyyətləri zamanı Avropa standardlarını nəzərə almırlar, kobud səhvlərə, hətta bilməyərəkdən ciddi qanun pozuntularına yol verirlər.



Bu da son nəticədə onların fəaliyyətində ciddi problemlər yaradır, şirkətin imicinə ciddi zərbələr dəyir. İmici korlanmış şirkətin uğur qazanması da demək olar ki, mümkün deyil. Şirkətlərin qeydiyyat prosesi zamanı İsveçrədəki iri bankların nümayəndələriylə görüşlər keçirirdim, münasibətlər qururdum. Bu söhbətlər zamanı həmsöhbətlərimiz açıq bildirirdilər ki, Azərbaycan onlar üçün çox maraqlıdır.



Xüsusilə də Credit Suissin nümayəndələri Azərbaycan şirkətləriylə işləməyə hazır olduqlarını söyləyirdilər. Bu görüşlərdən sonra onlara müraciət edən Azərbaycan şirkətləriylə bağlı məlumatlar toplamağı xahiş etdilər. Onları müxtəlif şirkətlər və Azərbaycandakı durum haqqında məlumatlarla təmin etməyə başladıq.



İsveçrə Azərbaycan Ticarət Təşkilatı bu münasibətləri rəsmiləşdirdi. Təşkilat əsasən İsveçrə hökumətinin ayırdığı qrantlarla maliyyələşir, həmçinin təşkilatımızın üzvü olan hüquqi və fiziki şəxslər üzvlük haqqı ödəyirlər. Xidmətimiz tamamilə pulsuzdur.



Ümumdünya Ticarət Təşkilatının da İsveçrədə yerləşməsi əlavə imkanlar verir. Bununla yanaşı Avropanın iri zavodlarının, şirkətlərinin baş ofisi İsveçrədə yerləşir. Bəzən onlar da təşkilatımıza müraciət edirlər, Azərbaycanda tərəfdaş axtarırlar.



Xüsusilə də İtaliyanın, Balkan ölkələrinin koncentrat və konserv zavodları Azərbaycan məhsullarında maraqlıdırlar. Məhsullarını dünya bazarına cıxarmaq və onları dünya bazarı qiymətinə satmaq hər bir iş adamının arzusudur. Ancaq bu, artıq arzu deyil, real gerçəklikdir.



- Azərbaycan-İsveçrə iqtisadi əlaqələrini necə dəyərləndirirsiniz?



- Son illərdə İsveçrə və Azərbaycan arasındaki ticarət əlaqələri 40 faiz artıb. İsveçrədən Azərbaycana əsasən dərman perəparatları, uşaq yeməkləri və digər məhsullar ixrac edilir.

Azərbaycandan İsveçrəyə balıq məhsulları, neft və neft məhsulları daşınır. Ancaq bu əlaqələr əsasən iki dövlət arasında olan münasibətlərdir. Məhsullarını dünya bazarına çıxarmağa çalışan hər bir azərbaycanlı iş adamına dəstək olmağa hazırıq.



İxrac və idxal məsələlərində tərəfdaş tapmaq, məhsullarını dünya bazarına çıxarmaq, beynəlxalq maliyyə qurumlarına üzv olmaq, İsveçrə Banklarından sərfəli şərtlərlə kredit almağa çalışan hər bir şirkətə dəstək verməyə hazırıq.



İsveçrə hökuməti MDB ölkələriylə bağlı xüsusi proqram hazırlayıb. Bu proqrama əsasən Azərbaycanda tikilməsi planlaşdırılan konserv zavodunun, heyvandarlıq kompleksinin maliyyələşdirilə bilər.



Maraqlıdır ki, MDB-nin bütün regionlarından, hətta Qırğızıstanda belə iş adamları bu proqramda iştirak etmək üçün layihə təqdim ediblər, ancaq Azərbaycandan bir xəbər yoxdur. Bunun səbəbi beynəlxalq maliyyə qurumlarıyla əlaqələrin zəif qurulmasıdır. Bu zəif həlqələri bərkitməyə calışacağıq.



Hələlik təşkilatımızın Azərbaycan ofisi yaranmayıb. Bu işi öz üzərinə götürə biləcək bir nümayəndə axtarırıq. İş adamları içərisindən belə bir namizədi tapmalıyıq. Təşkilatımızın nümayəndəsinin Avropaya vizasız gedib-gəlmək imkanı olacaq, həmçinin beynəlxalq maliyyə qurumlarının təşkil etdiyi tədbirlərdə yaxından iştirak edəcək.



- Xüsusilə, iki dövlət arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün hansı təklifləriniz var? Həmçinin, bu gün İsveçrə Azərbaycanın hansı sahələrində maraqlı ola bilər?



- Çox maraqlı sualdır. Üzərində işlədiyim doktorluq dissertasiyasının da əsas qayəsini Azərbaycan və Avropa Birliyi arasındakı iqtisadi əlaqələr və onların gücləndirilməsi təşkil edir. Bu istiqamətdə bir çox hökumət nümayəndələriylə görüşməliyəm, onların fikirləri elmi işimdə qeyd olunmalıdır.



Bəzən bir çox hökumət nümayəndələriylə görüşmək asan olmur. İsveçrə hökumətinin nümayəndələrinə yazılan məktuba çox keçmədən cavab almaq və ya onlarla görüşmək mümkündür. Təəssüf ki, Azərbaycanda belə deyil. Bu üzdən də işlərimiz sürətlə getmir. Yaxşı olardı ki, hökumət nümayəndələrinə çıxmağın hər hansı bir üsulu tapılsın.



İsveçrə və Azərbaycan arasındakı ticarət əlaqələri artıq ölkəmiz üçün strateji əhəmiyyət daşıyır, belə bir şəraitdə çox yaxşı olardı ki, hörmətli nazirlərimiz, hökumət nümayəndələrimiz bizim sorğuları yubatmadan cavablandırardılar. Bir çox nazirliklərdə irəliləyiş müşahidə olunur. Bu yaxınlarda təhsil naziri, hörmətli Misir Mərdanova etdiyimiz müraciətə qısa bir zamanda cavab aldıq.



Vətəndaşı da hökumətdən razı salan amillərdən biri də məhz onun müraciətinin yubanmadan cavablandırılmasıdır. İdarəçilik mexanizminin əsas şərtlərindən və qanunçuluğun əsas tələblərindən biri elə məhz budur.



Sualınızın ikinci hissəsinə gəlincə, qeyd etməliyəm ki, İsveçrə hökuməti Azərbaycanda ətraf mühitin qorunmasında çox maraqlıdır. Elan olunmuş proqram da yalnız ekologiyaya pozitiv təsir göstərən layihələrə üstünlük verilir. Neft və neft sənayəsi də diqqət mərkəzindədir.



- Bəs Azərbaycanın İsveçrə ilə bağlı iqtisadi maraqları əsasən hansı sahələr üzrə assosasiya olunub? Birdə gələcəkdə Azərbaycan İsveçrədə hansı sahələrə yatırım qoya bilər ki, bu addım ölkəmizə əlavə gəlirlərin gəlməsinə səbəb olsun?



- Bu yaxınlarda Neft Fondunun nümayəndələrinin Avropa və Asiya ölkələrində daşınmaz əmlak alınacağını və bununla da Avropa ölkələrinə investisiyalar yatırılacağını bildiriblər.



Bu addımın çox uğurlu olduğunu düşünürəm. Bu gün Azərbaycan hökumətinin nümayəndələri arasında Avropanın biznes həyatına yaxından bələd olan insanlar var. Bu məsələdə çox ehtiyatlı olmaq da lazımdır. Daşınmaz əmlaka yatırım qoymazdan əvvəl həmin ölkədəki ipoteka kreditlərinin faiz dərəcəsinə diqqət yetirmək lazımdır.



Hansı ölkədəki ipoteka kreditlərinin faiz dərəcəsi aşağıdır, həmin ölkədə daşınmaz əmlak ticarətinin gələcəyi var. Bu gün Avropanın bir çox ölkələrində, ABŞ-da daşınmaz əmlak ticarəti böhranlı vəziyyətdədir. Yalnız İsveçrədə daşınmaz əmlakın qiyməti qalxmaqda davam edir. Belə bir şəraitdə İsveçrəyə investisiya yatırılmasından ancaq qazanmaq olar.



Gələcəkdə bu əmlakın üzərinə çox sərfəli şərtlərlə kredit almaq mümkündür. Hesab edirəm ki, Neft Fondunun mütəxəssislərinin də məqsədləri budur. Sentyabr ayında maliyyə böhranı gözlənilir. Belə bir vəziyyətdə Azərbaycana maliyyə cəlb olunması həyati əhəmiyyət daşıyır. Ölkəmizə xarici kapitalı cəlb etməyin yollarından biri də İsveçrədə daşınmaz əmlak alınmasıdır.



Bir çox beynəlxalq təşkilatların mərkəzi ofisi İsveçrədə yerləşdiyindən Azərbaycan diasporu İsveçrədə möhkəmləndirilməlidir. İsveçrədəki Azərbaycan diasporu artıq çox güclənib. Azərbaycanın işğal olunmuş torpaqlarında baş verən vandalizm İsveçrə cəmiyyətinə çatdırılıb. Bu yolla beynəlxalq təşkilatlar da məlumatlandırılır. İsveçrə hökuməti Ermənistanın Azərbaycan torpaqlarını işgalını və bu işğalın davam etməsini birtərəfli qaydada pisləyir.



- Bir müddət bundan öncə SOCAR-ın İsveçrə fəaliyyətilə bağlı qalmaqallı dezinformasiya yayılmışdı. Sizcə, bu tipli informasiyalar hansı məqsədlərlə yayılır? Və bu, haqda nə deyə bilərsiniz?



- İsveçrə hökumətinin maraqlandıran sahələrdən biri də neft sahəsidir. Qeyd etmək lazımdır ki, SOCAR-ı bu ölkəyə İsveçrə höküməti dəvət edib, Dövlət Neft Şirkəti də bu dəvət əsasında İsveçrədə törəmə şirkətlərini qurub.



Bunu təyin etmək üçün yaxın tariximizə diqqət yetirmək kifayyətdir. 18-19 may 2009-cu ildə İsvecrə Konfederasiyası Xarici İşlər Nazirliyində (XİN) Dovlət katibi cənab Mixail Ambuhl Respublikamızda səfərdə olmuşdur. Səfərdə məqsəd XİN-lər arası ikitərəfli məsləhətləşmələrin aparılması ilə yanaşı, Azərbaycan tərəfinə Türkiyə və Ermənistan arasında İsveçrənin vasitəciliyi ilə aparılan danışıqlar barədə məlumat vermək və regional münaqişələri müzakirə etmək olmuşdur.



Dövlət katibi səfər çərçivəsində Respublika Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. O, həmçinin nazir E.Məmmədyarov, müavin X.Xələfov, Sənaye və Energetika naziri N.Əliyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti E.Nəsirovla görüşlər keçirmişdir. SOCAR-ın İsveçrədəki fəaliyyətinin əsası da məhz bu görüşlər zamanı qoyulub.



19-20 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrəyə ilk rəsmi səfərə gəlib. Səfər çərçivəsində oktybarın 19-da Prezident İ.Əliyev İsvecrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Merz və Xarici İşlər Naziri M.Calmy-Rey, Kantonlar Şurasının Prezidenti Alain Berset ilə goruşmuş, ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə olunub.



18 yanvar 2010-cu il tarixində Berndə Azərbaycan Respublikası Höküməti və İsvecrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın dördüncü iclasında ikitərəfli iqtisadi və ticarət məsələləri müzakirə olunmuş, gələcək əməkdaşlıq prioritetləri müəyyən edilmiş və yekun protokol imzalanmışdır. Məhz bundan sonra Azərbaycan Dövlət Neft Şirkəti İsveçrədə törəmə şirkətlərini qurub. Göründüyü kimi, Neft Şirkətinin İsveçrədəki fəaliyyəti məhz iki dövlət arasında imzalanmış sənədlər əsasında tənzimlənib.



Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyəti düzgün qurulub və burada hər hansı məmurun və ya hökumət nümayəndəsinin öz maraqlarını güdməsi mümkün ola bilməz.



Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 9
Dün Tekil 875
Bugün Tekil 828
Toplam Tekil 4235369
IP 18.207.255.67






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























4 Rebi 'l-Ahir 1446
Ekim 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


T RK, Y ld r md r, kas rgad r, D nyay ayd nlatan g ne tir
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.883 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu