Borçalı İctimai Cəmiyyətindən “9 yaşlı şəhid” abidə təklifi - Azer HASRET - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Borçalı İctimai Cəmiyyətindən “9 yaşlı şəhid” abidə təklifi - Azer HASRET
Tarih: 03.05.2011 > Kaç kez okundu? 4373

Paylaş


Bakı, Yalquzaq.com, 03.05.2011 - “Borçalı” İctimai Cəmiyyətinin “Barmaqsız-Zəlyə (Zalqa) və Ağbulağın (Tetris Çkaro) dünəni, bu günü və gələcəyi” mözusunda 20-ci Dədə Camal məclisi keçirilib. “Borçalı” İctimai Cəmiyyəti sədrinin müavini, şair Elbəyi Cəlaloğlunun aparıcılıq etdiyi, dövlət himninin səslənməsi ilə başlayan tədbirə “Borçalı” İctimai Cəmiyyətinin üzvləri və qonaqlar qatılıb.



“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək ilk öncə son bir ay ərzində qurumun fəaliyyəti haqqında qısa məlumat verib. Daha sonra isə o, vurğulayıb ki, cəmiyyətin təşkil etdiyi tədbirlərdə Borçalı probleminin həlli üçün Borçalı türklərinin və bu problemi ümumtürk problemi hesab edənlərin birliyi çox vacibdir: “Bir olmasaq nə söz deyə biləcəyik, nə də deyəcəyimiz sözü qəbul edən olacaq. Ancaq bu birliyi sarsıtmaq istəyən qüvvələr son vaxtlar daha da fəallaşıblar. Hətta Moskvada Rusiya İslam Komitəsinin sədri Heydər Camal guya Azərbaycanda dövlət çevrilişi üçün Gürcüstan Gəncləri və Gürcüstanın Azərbaycandakı səfirliyinin fəal iştirak edəcəyini deyir. Qətiyyətlə bildirirəm ki, bu, Rusiya siyasi institutlarında hazırlanmış təxribat olmaqla, həm islam dinini siyasiləşdirmək, həm də Cənubi Qafqazda sülh və sabitliyin qarantı olan Azərbaycan və Gürcüstan arasında gərginlik yaratmaq, Borçalı türklərindən süni şakildə “təxribatçı” obrazı yaratmaq məqsədi güdür. “Borçalı” Birlyi bəyan edir ki, bu təxribatların bölgədə sabitliyi pozmasına imkan verməyəcəyik, öz fəaliyyətmizlə Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfəmizi verəcəyik. “Borçalı”nin parçalanmış obrazını yaratmaq istəyənlərə isə bütün növ təxribatlardan uzaq olaraq hər sahədə əməkdaşlıq təklif edirik. Biz bir araya gələndə güclü olacağıq və Borçalı türklərinə daha ciddi arxa ola biləcəyik. Tanrı vəhdətmizi qorusun”.



Tədbirdən görüntü



Daha sonra “Gürcüstanın Zalqa–Ağbulaq zonasında yaşayan türklərin tarixi, etimalogiyası” mövzusunda coğrafiya elmləri üzrə fəlsəfə doktoru Məmməd Sarvan geniş və maraqlı mühazirə edib.



Zalqa bölgəsində yaşayan fəal ictimaiyyətçi, veteran müəllim Ələddin Danaçı isə “Zalqa-Ağbulaq zonasının problemləri və onların həll yolları” mövzusunda məruzə edib. O, məktəblərdə kadr, xüsusilə ali təhsilli mütəxəssislərin çatışmazlığından, sosial yönlü problemlərdən danışıb və bunun həlli üçün konkret təkliflər irəli sürüb. Natiq çıxışını nikbin tonda bitirərək Azərbaycanın və Gürcüstanın əlaqədar qurumları qarşısında məsələ qaldırılmasını tövsiyə edib.



Daha sonra məruzələr ətrafında “Kəpənəkçi” kənd şöbəsinin üzvü Pünhan Əfəndi, Yırğançay kənd şöbəsindən Əli Qasımlı, gürcü Giya Paçkataşvili, Zəlimxan Şərifli, Dünyamalı Alagöz, şair Fəxrəddin Meydanlı və başqaları çıxış ediblər. Aşıq Tərmeyxan, Aşıq Altay, Aşıq Araz, Səadət Buta, Sənəm Səbayel tədbirdə öz ifalarıyla məclisə əlavə gözəllik qatıblar.



Tədbirdən görüntü



Məclis eyni zamanda erməni snayperi tərəfindən qətlə yetrilmiş 9 yaşlı Fariz Bədəlovun adının əbədiləşdirilməsi üçün “9 yaşlı şəhid” abidə kompleksinin qurulması ilə bağlı müvafiq orqanlara müraciət qəbul edib. Müraciətdə deyilir: “Türkə düşmən və regionda sabitliyə maneə olan bölücü ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmiş, 20 faiz ərazimiz işğal olunmuş, Xocalı kimi dəhşətli soyqırmlar törədilmişdir. Son günlərdə isə Ağdamda 9 yaşlı uşağa uzaqdan erməni snayperlər atəş açaraq bənzəri olmayan cinayət törətmiş, onu qətlə yetirmişlər. Dünyada qəbul olunmuş konvensiyalar, umumbəşəri qanunlar bu kimi hadisələri pisləyir. Bu vəhşilik erməni xislətinin antiinsani, antibəşəri olduğuna əyani sübutdur. “Borçalı” Birliyi baş verən olayı qətiyyətlə pisləyir, erməni vandallarını lənətləyir və şəhid Fariz Bədəlovun xatirəsinə “9 yaşlı şəhid” adlı abidə qoyulmasını təklif edir. Bu abidə həm şəhidmizin adını daim yaşatmaq, həm gələcək nəsildə işğalçıya qarşı intiqam hissini alovlandırmaq, bir daha dünya ictimaiyyətinin diqqətini erməni vəhşiliyinə yönəltməklə ermənilərin əsl mahiyyətinin ifşa olunmasında mühüm rol oynaya bilər”.



Qaynaq: “Borçalı” İC-nin mətbuat xidməti