Azərbaycanlıların Mədəniyyət Mərkəzi Marneulidə Novruz bayramına həsr edilmiş təntənəli tədbir keçirdi. - Nergiz ALİYEVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Azərbaycanlıların Mədəniyyət Mərkəzi Marneulidə Novruz bayramına həsr edilmiş təntənəli tədbir keçirdi. - Nergiz ALİYEVA
Tarih: 23.03.2011 > Kaç kez okundu? 5648

Paylaş




Mart ayının 20-də Marneuli şəhərinin, “Qaya” restoranında Azərbaycanlıların Mədəniyyət Mərkəzi tərəfindən xalqımızın milli bayramı və Gürcüstanın dövlət bayramı olan Novruz bayramına həsr olunmuş tədbir təşkil olunmuşdur. Tədbirdə Azərbaycan –Gürcüstan Parlamentləarası Dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva, Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov, Kvemo Kartli qubernatorunun müavini və Gürcüstan Azərbaycanlıları Konqressinin sədri Hüseyn Yusubov, SOCAR şirkətinin nümayyəndəsi Arif Əliyev, Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan tələbələr, ziyalılar iştirak etmişlər.

Tədbiri açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov qonaqları salamlayıb onları bayram münasibətilə təbrik etdi, bu bayramın Gürcüstam prezidenti Mixail Saakaşvilinin fərmanı ilə bu ildən dövlət bayramı kimi elan olunması ilə bağlı ölkə başçısına öz minnətdarlığını bildirdi. Daha sonra? Mərkəzin sədri tələbələrin təhsili ilə bağlı ətraflı danışdı. “. Hər birimiz üçün bu gün çox xoşdur ki, daima təhsilimizə, mədəniyyətimizə dəstək göstərən və həmişə bayramlarda bizimlə birgə olan millət vəkili Qənirə xanım Paşayeva yenə də Gürcüstandadır, və bizimlədir. Hamımızın adından Qənirə xanıma öz səmimi təşəkkürümüzü bildiririk. Çox sevindirici haldır ki Tbilisidə təhsil alan azərbaycanlı gənclərin sayı ildən ilə artır Bu günki görüşün əsas məqsədindən biri SOCAR Dövlət Neft Şirkətinin ötən il vahid test iüsülu ilə qəbul olan tələbələrin təqaüdlərini elan etmək və onlara bayram hədiyyələri çatdırmaqdır. nəzərinizə bir şad xəbəri daha çatdırmaq istəyirəm. Bizim müraciətimiz əsasında artıq 20 tələbəni təqaüdlə təmin etməyi Azərbayan Dəmiryolu Bankı öz üzərinə götürüb, və həmin gəncər bu gün bura dəvət olunublar. Bunun üçün bizim müraciətlərimizə müsbət cavab verən şirkətlərə öz təşəkkürümüzü bildiririk”.

Millət vəkili , Azərbaycan-Gürcüstan Parlamentləarası Dostluq Qrupunun rəhbəri, Qənirə Paşayeva çıxışında Azərbaycanlıların Mədəniyyət Mərkəzinin işlərinin əhəmiyyəti və faydası haqqında danışdı. Gənclərə müraciət edən Qənirə xanım onların təhsillərinə ən çox diqqət yetirmələrini istədi, “Hər bir ölkənin işıqlı gələcəyi onun təhsilində, savadındadır, bunun üçün Siz yaxşı təhsil almalısınız, sizin üçün təşkil olunan bütün fürsətlərdən səmərəli istifadə edib hər birimizin ümüdlərinii doğruldmalısınız. Bu istiqamətdə Gürcüstan azərbaycanlıları üçün H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva , SOCAR şirkətinə, ``GİLAN holding Jalə meyvə şirələri`` və digər şirkətlərə sizin adınızdan təşəkkürümü bildirirəm. Bundan başqa mən istərdim Gürcüstan prezidenti cənab Mixail Saakaşviliyə minnətdarlığımı bildirəm ki, bizim bu milli bayramımızı rəsmi şəkildə Gürcüstanda qeyd olunması haqqında fərman imzalayıb, bu addım hər iki ölkənin dostluğundan irəli gəlir.” Millət vəkili eyni zamanda Gürcüstanda azərbaycan mədəniyyətinin inkişafı və təbliği ilə məşqul olan insanlar və təşkilatlara minnətdarlığını bildirərək C’mil’ Məmmədovanın bədii rəhbərliyi ilə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən ``Sarvan`` folklor rəqs qrupunun da nailiyyətlərini vurğuladı.

Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov isə çıxışında istehdadlı və savadlı gənclərlə fəxr edib onların gələcəkdə yaxşı mütəxəsis olmalarına əmin olduğundan bildirdi.

Kvemo Kartli bölqəsinin qubernatorunun müavini, GAK-ın sədri Hüseyn Yusifov isə çıxışında xalqımızı bayram münasibətilə təbrik etdi bu bayramın ölkəmizdə dövlət bayramı kimi qeydi artıq bir neçə gündür ki həm ölkənin paytaxtında həm də bölgələrdə yüksək səviyyədə keçirilir, bu da hər birimizin sevincini artırır.

``SOCAR`` Dövlət Neft Şirkətinin nümayyəndəsi Arif Əliyev çıxış edərək gənclərin təhsillərinin vacibliyi haqqında və şirkətin gənclərin təhsilinə diqqətinin gələcəkdə də olacağından danışdı.

Gürcüstanın Azərbaycanlı Gəncləri İttifaqının sədri Leyla Məmmədova, tələbə Ləman Məmmədova və digərləri çıxışında bayram təbriklərini və qonaqlara təşəkkürlərini bildirdilər. Daha sonra millət vəkili Qənirə Paşayeva və ``SOCAR``-ın əməkdaşı Arif Əliyev tələbə gənclərə bayram hədiyyələri payladılar.

Tədbirin bədii hissəsi Əməkdar artist Tünzalə Ağayevanın vətənpərvər mahnılarılə və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin “Sarvan” folklor rəqs qrupunun rəngarəng çıxışları davam etdi.

Həmin gün Faxralı kəndindəki bir saylı orta məktəbin həyətində də Novruz şənliyi keçirildi. Tədbirdə Azərbaycanın Millət vəkil Qənirə Paşayeva faxralıları Novruz bayramı münasibəti ilə təbrik edib, onlara əmin-amanlıq, xöş gələcək arzulayıb. “Bu kəndə ilk dəfədir gəlirəm və gəlişim müqəddəs bir gündə olub. Faxralı qədim nəsillərdən, kökdən ibarətdir. Bu kənd həmişə ziyalısı və savadlı insanları ilə fəxr edən bir kənddir.”

Həmin gün məktəb şagirdləri konsert proqramı ilə çıxış edib. Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva mahnıları ilə tədbir iştirakçılarını sevindirib. Axşam isə Faxralının füsunkar bir dağı olan “Gözəl” dağında bayram tonqalları alovlandırılıb. Qənirə Paşayeva Gözəl dağında yandırılan tonqala münasibət bildirib: “Tonqallar müxtəlif səbəblərdən yandırılır. Eldə sevinc və xoşbəxtlik var, ellərimizə yağı düşmən gəlir. Mən arzu edirəm ki, həmişə Gözəl dağının zirvəsində Novruz tonqalları yansın, insanları səadətə, saflığa, əzizlərinə qovuşdursun. ”

Biz düşünürük ki, daima dost və qardaş Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü bərqərar olacaq və xalqlarımız bu bayramları da birgə qeyd edəcəklər.





Azərbaycanlıların Mədəniyyət Mərkəzi

Mətbuat xidmətinin rəhbəri: Nərgiz Əliyeva

Gürcüstan, Marneuli şəhəri

















Yorumlar









Aktif Ziyaretçi 170
Dün Tekil 778
Bugün Tekil 1662
Toplam Tekil 4275780
IP 3.144.100.252






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























19 Cemaziye'l-Evvel 1446
Kas m 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Vatan ne T rkiyedir T rklere ne T rkistan,
Vatan b y k ve m ebbet bir lkedir: TURAN
(Ziya G KALP)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap