Özbəkistanda sürücülük məktəbləri bağlanır - Şahnaz Bəylərqızı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Özbəkistanda sürücülük məktəbləri bağlanır - Şahnaz Bəylərqızı
Tarih: 08.01.2011 > Kaç kez okundu? 4711

Paylaş




Təkcə Daşkənddə bir ildə sürücülük kursları üçün verilən rüşvətin dəyəri 3 milyon dollardır



Özbək hökuməti özəl sürücülük kurslarını bağlamağa qərar verib. Məqsəd də yollarda təhlükəsizliyi təmin etməkdir.



YALNIZ MÜDAFİƏ NAZİRLİYİ



Aprelin 1-dən Özbəkistandakı bütün özəl sürücülük məktəbləri bağlanır. Sürücülük kurslarını sovetlərin vaxtında olduğu kimi, yalnız Müdafiə Nazirliyinin «Vətənpərvər» idarəsi apara biləcək.



Bu həftə elan olunan qərar o deməkdir ki, təkcə paytaxt Daşkənddə 130-dan artıq, ölkədəsə yüzlərlə özəl sürücülük məktəbi bağlanacaq. Bu sektordakı minlərlə adam işsiz qalacaq.



«Qərar ləğv olunmasa, mənim 12 işçim iş yerini itirəcək. Siz özünüz saya bilərsiz ki, belə məktəblərdə işləyən nə qədər adam işsiz qalacaq».



Daşkənddəki sürücülük məktəblərindən birinin rəhbəri Svetlana Aleksandrova belə deyir.



SAHİBKARLAR ETİRAZ EDİR



Yanvarın 5-də Daşkənddə sürücülük məktəblərinin sahibləri Özbəkistan Sahibkarlar Birliyi ilə hökumətin qərarından şikayət veriblər. Sahibkarlar bir məqama da diqqət çəkirlər ki, prezident İslam Kərimov 2011-ci ili «kiçik biznes və şəxsi sahibkarlıq ili» elan edib.



RƏSMİ İZAHAT



Özəl məktəblərdən çıxan sürücülər səriştəsizdirlər, yol qəzalarında onların böyük payı var

Özəl sürücülük məktəblərinin bağlanmasının rəsmi izahı da verilib. Hökumətin gətirdiyi səbəb odur ki, özəl məktəblərdən çıxan sürücülər səriştəsizdirlər, yol qəzalarında onların böyük payı var. Əksər tələbələrin dərslərə mütəmadi gəlmədiyi və sürücülük vəsiqəsini rüşvətlə aldıqları deyilir.



Lisenziya almaq üçün isə şəxs Daxili İşlər Nazirliyinin Yol Təhlükəsizliyi Departamentində sürücülük imtahanı verməlidir. Amma müşahidəçilər deyirlər ki, imtahandan keçmək üçün sürücü 50 dollar rüşvət verməlidir.



RÜŞVƏT DAHA DA ARTACAQ



Özbəkistanda ilk cəhddə sürücülük imtahanı verə bilməyənlərə çox nadir hallarda rast gəlmək olar.



Ekspertlər deyirlər ki, Yol Təhlükəsizliyi Departamentində korrupsiyanı aradan qaldırmadan qəzaları azaltmaq məqsədilə özəl məktəblərin bağlanması əhəmiyyətsizdir. Dərsə girməyən, rüşvətlə vəsiqə alan sürücülər yenə də yol qəzaları törətməkdə davam edəcəklər.



Adının çəkilməsini istəməyən, Daşkənddəki sürücülük məktəblərindən birinin sahibi AzadlıqRadiosuna deyib ki, hökumətin yeni planı korrupsiyanın daha da artmasına səbəb olacaq.



Özbək polisi, 12 may 2010

«Hökumət Sovet dövründəki kimi, məktəblərə yalnız özü nəzarət etsə, vəsiqə almaq istəyənlər kursa yazılmaqdan ötrü aylarla növbə gözləyəcəklər», - deyir sahibkar. «Bu da rüşvətin artması deməkdir, keyfiyyətsə yaxşılaşmayacaq».



MİLYONLAR HARA GEDƏCƏK



Müstəqil uzmetronom.com saytı yazır ki, hökumətin bu addımı Müdafiə Nazirliyinin himayəsinin nəticəsidir. Nazirlik bu sahədə qazanılan milyonlarla dollar üzərində nəzarəti ələ keçirmək istəyir, həmçinin də sürücülük kurslarında verilən milyonlarla rüşvətə.



Təxmini hesablamaya görə, təkcə Daşkənddə bir ildə sürücülük kursları üçün verilən rüşvətin dəyəri 3 milyon dollardır. Bunu da uzmetronom.com saytı yazır.



NOTARİUSLAR DA BAĞLANDI



2010-cu ildə özbək hökuməti dövlət notarius xidmətlərinin xeyrinə işləyəcək qərar verdi - bütün özəl notarius xidmətlərini bağladı. Bunun nəticəsində minlərlə adam işsiz qaldı, ictimai tələbatı ödəməyə qadir olmayan dövlət notariuslarının qarşısındasa uzun növbələr yarandı.



qaynaq: Azadlıq





Yorumlar









Aktif Ziyaretçi 18
Dün Tekil 1046
Bugün Tekil 527
Toplam Tekil 4277472
IP 18.117.78.87






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























21 Cemaziye'l-Evvel 1446
Kas m 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu