İran Borçalını da rahat buraxmır - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









İran Borçalını da rahat buraxmır - Elnur ELTÜRK
Tarih: 10.10.2010 > Kaç kez okundu? 4754

Paylaş


Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlının GünAz.tv Mətbuat mərkəzinə verdiyi Eksklüziv müsahibəni təqdim edirik:



-Bu gün Gürcüstan Azərbaycanlılarının problemləri əsasən nədən ibarətdir?



-Bu gün Gürcüstan Azərbaycanlılarının problemi həddindən artıq çoxdur. Bu problemlər içərisində ən birincisi soydaşlarımızın təhsil ilə bağlıdır. Bu problemin ardınca isə torpaq, dini məsələlər, işsizlik və s. gəlir.



-Eduard Şevarnadze dönəmi ilə müqayisə edən də, indi vəziyyət neçədir?



-Müəyyən qədər inkişaf var. Kiçik vəzifələrdə demək olar ki, rüşvətin kökü kəsilib. Pasport Qediyyat İdarələrində, rayonlarda Sosial Təminat İdarələrində əhali incidilmir. Amma, ümümilikdə götürəndə Eduard Şevarnadze zamanından qalan problemlər hələ də mövcuddur. Hətta bu problemlər artan üzrə getməkdədir. Xüsusilə, Qamsaxurdi zamanından əsası qoyulan, Şevarnadze dönəmindən həyata keçirilməsinə başlanan kəndlərimizin adlarının gürcüləşdirilməsi məsələsi hələ də öz həllini tapmayıb. Mixail Sakaaşvili hakimiyyətə gələndə vəd verdi ki, mən Azərbaycanlıların problemlərini bilirəm və həll edəcəm. Üstəlik, məscidlərimizin məsələsi qalıb. İndi də Bolnisidə olan kəndlərimizin girişində xaç basdırılır. Bu dini dözümsüzlükdür. Gürcüstan dünyaya bəyan edir ki, demokratik cəmiyyət qurur. Buradan özünü demokratik dövlət adlandırır, digər tərəfdən isə müsəlman məzarlarının yanında xaç basdırılır. Son zamanlar məktəblərimizdə müəllimlər işdən çaxırılır. 300 müəllim işdən azad edilib. Arıxlı kəndində fəaliyyət göstərən 650 nəfərlik məktəbin 69 müəllimindən 22 nəfəri işdən çıxarılıb.



-Hakimiyyət rəsmiləri hansı səbəbi əsas gətirib müəllimləri işdən azad edirlər?



-İki səbəb göstərilir. Bunlardan birincisi vauçer sisteminin çatışmamazlığıdır. Əgər, belədirsə onda ermənilərində məktəbləri bağlanmalıdır. İkinci səbəb isə, Gürcüstan təhsil qanuna görə, məktəblərimiz bağlana bilər. Bu günlərdə məsələyə münasibət bildirən Təhsil Naziri Misir Mərdanov açıqlamasında ixtisarların bütün Gürcüstan məktəblərinə aid olduğunu və bunu ölkənin daxili işi kimi bildirməsi təəssüfləndiricidir. Amma ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində təhsil islahatı getmir.



Biz Gürcüstanla strateji müttəfiqiksə, bu məsələ açıq şəkildə ortaya qoyulmalıdır. Təhsil- milli məsələ olduğu üçün mütləq buna münasibət bildirilməlidir. Həm də burada millətin taleyi həll olunur. Digər tərəfdən isə, kobud şəkildə insan hüquqları pozulub. 300 nəfərin işdən azad edilməsi nə qədər insanın sosial problemlər içərisində yaşaması deməkdir. Biz Gürcüstan daxili işlərinə qarışmaq istəmirik. Ancaq burada söhbət bəşəri insan hüquqlarının pozulmasında gedirsə, mütləq bu məsələni ictimaiyyətləşdirmək lazımdır. Yoxsa, gələcəkdə bunun faciəsini yaşayacayıq.



-Maraqlıdır ki, həmin proses digər azlıqlara da qarşı yürüdülürmü?



-Bunu açıq demək lazımdır ki, 2002 ci il Gürcüstanın rəsmi statistikasına görə, gürcülərdən sonra ikinci millət Azərbaycanlılardır. Statistikya görə soydaşlarımızın sayı 284 min nəfərdir. Təbiiki bu belə deyil. Soydaşlarımızın sayı çoxdur.



Bir tərəfdən qeyd edirlər ki, Azərbaycanlılar Gürcüstan dövlətçiliyinin qarantiyasıdır. Hətta 2008-ci il Rusiya- Gürcüstan müharibəsində Azərbaycanlılar ölkənin ərazi bütövlüyünün qorunması yolunda müdafiə dəstəsi də yaratdılar. Azərbaycanlılardan fərqli olaraq Cavaxetiya bölgəsində yaşayan ermənilər separtçılıq ideyalarından çıxış edirlər. Onların QHT və qəzetləri separtçılıq məsələsini qaldırırlar. Fakt olan odur ki, 2008-ci ildə Rusiya təyyarələri ermənistan qalxaraq Gürcüstan ərazilərini bombalayırdı. Gürcüstan siyasətçiləri Azərbaycanla strateji əlaqələrdən danışırlar, bununla yanaşı Azərbaycan məktəblərindən müəllimlərin azad edilməsi bu əlaqələrə kölgə salır.



-Azərbaycan dövləti son illər Gürcüstanı böyük həcmdə yatırımlar qoyur. Borçalıdan olan işadamları bu işdə fəaldırlarmı?



-Azərbaycan-Gürüctan arasında çoxlu sayda iqtisadi əhəmiyyətli müqavilələr imzalanıb. Həm də hər iki ölkəni beynelxalq əhəmiyyətli iqtisadi layihələr bağlayır. Tiflisdə Azərbaycanlı İşadamlar Birliyi fəaliyyət göstərir. Azərbaycan Dövlət Neft Şirkətlərinin Gürcüstan üzrə nümayəndliyi mühüm işlər görür. Yanacaqdoldurma məntəqələrinin açılması buna misal ola bilər. Son vaxtlar Türkiyədən olan işadamları da yatırımlar qoyurlar. Rusiyada yaşayan eloğlumuz, işadamı Ziya Abbasov öz kəndində zavod tikmək istəyir. Artıq addımlar atılır. Düzdür, bu çoxdan atılmalı idi. İndə də gec deyil, ziyanın yarısından qayıtmaq xeyirlidir. Əsas odur ki, işlər görülür. Mütləq bu işlər öz bəhrəsini verəcək.



-Gürcüstan hakimiyyət tərəfindən onlara qarşı problemlər olurmu?



-Hələki elə bir problem yaradılmır.



-İndiyə qədər Qafqaz Araşdırmalar Mərkəzi Gürcüstan yaşayan soydaşlarımız üçün hansı işlər görüb?



-Mərkəz 2007 ci ildən fəaliyyət göstərir. Biz QHT olaraq orada baş verən hadisələri ictimaiyyətləşdiririk. Oranın QHT-ləri ilə əlaqələr qururuq. Birgə tədbirlər düzənləyirik. Gücümüz çatan səviyyədə nəsə etməyə çalışırıq. Maarifçilik istiqamətində iki kitab çap etdirmişik. Bu Gürcüstan milli azlıqlarla bağlı hüquqlarını əks etdirən kitabdır. Bu gün Gürcüstan hakimiyyətində bəzi insanlar qanunların başqa dillərə tərcümə olunmasını istəmir. Kitab 4000 nüsxə çap edilib və Azərbaycan kəndlərinə paylanıb. Mən burada millət vəkili Gültəkin Hacıbəylinin xidmətlərini qeyd etmək istərdim.



İkinci isə Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə Borçalınin etnoqrafiyasını, tarixini, təhsilini və s, özündə əks etdirən “Borçalının Dünəni, Bu günü, Sabahı” adlı məlumat kitabcadır. Hər iki kitab maraqla qarşılandı. Şuranın dəstəyi ilə 800 nüsxə çap etdik, qalan isə 700 nüsxə isə millət vəkili Gültəkin Hacıbəylinin köməkliyi ilə çap edilib. Kitabın Gürcüstanda təqdimatını keçirdik. Təqdimatda Azərbaycanın 4 millət vəkili Lalə Abbasova, Musa Quliyev, Gültəkin Hacıbəyli, Nəsib Nəsibli və ziyalılarımız Elçin İşıxlı, Xaləddin İbrahimli, professor Hidayət Nuriyev iştirak edirdi.



-Bizdə olan məlumata görə, bu gün İran dövləti Gürcüstanda yaşayan gənclərimizin bu ölkədə təshil alması üçün geniş siyasət aparır. Sizin bu haqda fikirlərinizi eşitmək maraqlı olardı.



-Əvvəlki illərlə müqayisə edən də indi 400-yə yaxın tələbəmiz Gürcüstan ali məktəblərində təhsil alırlar. Bəli, bizdə olan məlumatlara görə, İranda fəaliyyət göstərən müəyyən qüvvələr gənclərimizin dini məktəblərdə təhsil almaları üçün geniş fəaliyyət göstərirlər. Sonra da həmin gənclər gəlib dini təbliğat aparırlar. Bu gələcəkdə çox təhlükəli vəziyyət yarada bilər. Nəzərə alsaq ki, orada təshil alan gənclərimizin beyni İrançılıqla doldurulur və biz bunun fəsadlarını yaşaya bilərik. Mən bunun əsas günahını Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəliyinin passiv şəkildə hərəkət etməsində də görürəm. Qurum bu yöndə heç bir iş görmür. Biz mətbuatda bir neçə dəfə bu məsələni qaldırmışıq. Təəssüf ki, heç bir münasibət bildirilməyib. Mən dinimizi təriqətlərə bölmək istəmərdim. Ancaq Gürcüstan Azərbaycanlılarının əksəriyyəti sünni məhsəbini aid olduğuna görə, onlar İranda şiə təriqəti ilə təlimatlandırılırlar. Həmin tələbələr gəlib təbliğat aparırlar. Bu isə məhzəblərarası toqquşmalara gətirib çıxarır.



-Bunun qarşısını almaq üçün hansı təkliflərinizi var?



-Burada sistemli şəkildə çalışmaq lazımdır. Qafqaz Müsəlmanları İdarəsi ciddi çalışmalıdır. Heç olmasa, bölgədə Azərbaycan İslam Universitetinin filialı açılsa çox yaxşı olardı. İmkan vermək olmaz ki, gənclərimiz təhsil almaq üçün İrana getsinlər, qoy Azərbycan və Türkiyə gedib təhsil alsınlar. Gürcüstanda 61 məscidimiz var və cəmi birinin statusu var. Faxralı məscidi 1904-53 cü ilə kimi məscid kimi fəaliyyət göstərib, sonra isə anbar kimi fəaliyyət göstərib. Bu yaxınlarda onun fəaliyyətini bərpa etmək istədilər, hakimiyyət imkan vermədi. Bu məsələ ilə bağlı nə QMİ, nə də onun nümayəndəliyinin bir səsi çıxmadı.







Söhbətləşdi: Elnur Eltürk