İlk Azərbaycan hökmdarı - Dr. Kərəm Məmmədov - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









İlk Azərbaycan hökmdarı - Dr. Kərəm Məmmədov
Tarih: 28.08.2010 > Kaç kez okundu? 4608

Paylaş


Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan Sacoğlu Yusif 884 - cü ildə bütün İslam dünyasının müqəddəs şəhəri olan Məkkənin valisi vəzifəsində çalışırdı. Qardaşı Sacoğlu Məhəmmədin hakimiyyəti dövründə Azərbaycana gələn Sacoğlu Yusif onun varisi elan olundu. 896 - cı ildə qardaşların güclənməsindən istifadə edən xəlifə Sacoğlu Yusifi Samirə şəhərindəki türk qvardiyasının üsyanını yatırtmaq üçün Bağdada dəvət etdi. Öz soydaşlarına qarşı vuruşmaqdan imtina edən Sacoğlu Yusif Azərbaycandan Bağdada xəlifə Mötəzid üçün xərac aparan karvanın qarşısını kəsmiş, "Azərbaycanın varidatı Azərbaycanda qalmalıdır" prinsipi ilə davranaraq, bütün var-dövləti Marağadakı xəzinəyə təhvil vermişdi. Qardaşının ölümündən sonra 901-ci ildə Sacoğlu Yusif Azərbaycan hökmdarı oldu.





Azərbaycanda hakimiyyət dəyişikliyini eşidən erməni hakimi Smbat yenidən öz məkrli siyasətinə başladı. "Qorxusuna dov gələn Smbat, Azərbaycan taxtında Afşini (Sacoğlu Məhəmməd nəzərdə tutulur - Müəllif) Yusifin əvəz etdiyini bilən kimi, müsəlmənlərın əmirəlmöminə (902 - 908 - ci illərdə xəlifəlik etmiş əl-Müqtəfi nəzərdə tutulur - Müəllif) elçilər və Azərbaycan hökmdarına verilməli olan xəracı göndərərək onu Sacilərin "zülmündən" qurtarmağı xahiş etdi". Smbatın göndərdiyi xəracı məmnuniyyətlə qəbul edən xəlifə əl - Müqtəfi onu özünün təbəəsi elan etdi, vergilərini azaltdı və hətta yanına dəvət etdi. Xəlifə Smbata hökmdara layiq libaslar, tac, daş-qaşla bəzədilmiş qızıl kəmər və iti qaçan atlar göndərildi. Bu hədiyyələri alan Smbat çox sevindi və ürəkləndi. Erməni mənbəyinin verdiyi bu bilgidən məlum olur ki, bununla da faktiki olaraq ərəblərlə ermənilər arasında Azərbaycana qarşı ittifaq yarandı. Tədbirli hökmdar olan Sacoğlu Yusif "Smbatın onun itaətindən çıxmasını böyük bir bəla hesab edərək, dərin təfəkkürü ilə bu məsələni xeyli ölçüb-biçdi və xəlifədən ermənilərin qardaşı Afşiinin dövründə olduğu kimi yenə də Azərbaycan hökmdarının ixtiyarına verilməsini tələb etdi". Xəlifədən cavab almayan Sacoğlu Yusif erməniləri yenidən Azərbaycana tabe etmək üçün Beyləqana, oradan isə Qarabağı sürətlə keçərək erməni quldur dəstələrinin toplaşdığı Dağ Borçalısında yerləşən Təşrətəpəyə gəldi. Bunu eşidən erməni hakimi Smbat Taşır istiqamətindəki dar dağ keçidlərinə pusqular qurdurdu. Smbatın hiyləsini başa düşən Sacoğlu Yusif dağ keçidlərinin qərbindəki düzənlikdən keçib Şiraka, oradan isə Dəbilə getdi. Bununla da ordusunun sayı bir neçə dəfə çox olsa da, qorxusundan Azərbaycan türkləri ilə açıq savaşa girməkdən qorxan Smbat mühasirəyə alındı. Ќahaq qan tökülməsini istəməyən Azərbaycan hökmdarı Sacoğlu Yusif özünün suriyalı xristian katibilə Smbata "onu daha ittiham etməyəcəyini və qorxmamağı" tövsiyə edən məktub göndərdi.



Smbatdan Azərbaycana qarşı daha xəyanət etməyəcəyi haqqında yazılı zəmanət alan Sacoğlu Yusif qışlamaq üçün Azərbaycanın qərb paytaxtı olan Dəbil şəhərinə getdi. Yazda öz təbəəsi Smbata tac, ermənilərin katolikosu İovannesə qızılı yüyənli qatır, Smbatın oğlu Aşota bər-bəzəkli paltar və bəylik titulu verən Sacoğlu Yusif yeni paytaxtı olan Ərdəbilə döndü.



907-ci ildə Sacoğlu Yusifin Xilafətə vergi verməkdən imtina edərək, onun fərmanını camaatın ayaqları altına atdı. Bu hadisə Azərbaycanın cənub sərhədlərində müharibə təhlükəsini artırdı. Sacoğlu Yusifin başının xilafətlə mübarizəyə qarışmasından istifadə edən Smbat Bizans imperatoru ilə ittifaq bağlayaraq azərbaycanın qərb torpaqlarına hücuma başladı. Eyni zamanda xəlifə Azərbaycana qonşu ölkələrin hakimlarinə məktublar göndərərək onları Sacoğlu Yusifə qarşı müharibəyə başlamağı əmr etdi. Belə bir fərman Sacoğlu Yusiflə yenicə barışıq imzalamış erməni hakimi Smbata da göndərildi. Xəlifə elçisinin gözü qabağında Sacoğlu Yusifə qarşı göndəriləcək orduya baxış keçirən Smbat eyni zamanda Sacoğlu Yusifə gizli məktub göndərərək, guya bu ordunun ona kömək üçün göndərdiyini bildirdi. Xilafətlə münaqişəni dinç yolla nizamlayan Sacoğlu Yusif xəyanətkar Smbatı cəzalandırmaq üçün qərbə doğru yürüşə çıxdı. Smbat dərhal Abxaziyaya qaçdı. Zəngəzur ve Dəbildən keçən Sacoğlu Yusif Tiflisdə dincəldikdən sonra Smbatı təqib etməyə başladı. 908-ci ilin əvvəllərində, Ќiğ döyüşündə Sacoğlu Yusif Smbatın və ermənilərə köməyə gəlmiş Bizans imperatorunun birləşmiş qüvvələrini darmadağın etdi. Əsir tutulan Smbat edam olundu. Sacoğlu Yusif Arsruni nəslindən olan Qaqiqi ermənilərə hakim təyin edərək, Xəzər sahillərindən Ərdəbilə doğru irəliləməyə çalışan rus dəstələrini darmadağın etdi. Sacoğlu Yusifin başının ruslarla müharibəyə qarışmasından istifadə edən Smbatın oğlu Aşot Tiflisi və Ağstafanı tutaraq buranın müsəlman əhalisinə divan tutdu.



Bu işdə ona öz erməni xislətinə sadiq qalan, Sacoğlu Yusif tərəfindən ermənilərə hakim təyin edilmiş Qaqiq və Bizans imperatoru da yaxından iştirak edirdilər. 917-ci ildə Sacoğlu Yusif yeddi minlik ordu ilə xəlifənin göndərdiyi 20 000-lik ordusunu damadağın etdi. Bu orduya başçılıq edən Xaqan əl-Müflihi Bağdada qaçdı. Sacoğlu Yusif xilafət ordusunun əsir tutulan hərbi rəislərini Rey şəhərinə apararaq onları xalq içərisində rüsvay etdi. Xaqan el-Müflihinin dağılan qoşun hissələrini yenidən toplayan Munis Sacoğlu Yusifə qarşı döyüşə girdi. Bu döyüş də Sacoğlu Yusifin qələbəsi ilə başa çatdı. Xilafət ordusuna iki dəfə qalib gəlməsinə baxmayaraq Azərbaycan hökmdarı Sacoğlu Yusif xəlifə Müktədirə məktub yazaraq, sülh bağlamağı təklif etdi. Xəlifəyə yazdığı məktubda Sacoğlu Yusif Rey vilayətinin Azərbaycana verilməsini tələb edir, bu vilayətdən toplanacaq vergilər hesabına Həzrət Əli nəslindən olanları saxlamağı öz boynuna götrəcəyini bildirirdi. Buna nail ola bilməyən Sacoğlu Yusif, erməni mənbəyinin verdiyi məlumata görə "şir kimi nərildəyərək Azərbaycanın şimal və qərb sərhədlərinə yeridi". Bakıya, oradan da Dərbəndə gedən Sacoğlu Yusif ölkəmizin şimal qapısını möhkəmləndirdi. O, Dərbənd hasarının dəniz suları içərisindəki hissəsini təmir etdirdi. Sacoğlu Yusifin qorxusundan ermənilər öz başçıları Aşot və Qaqiqlə birlikdə Bizans sərhədlərdəki dağlarda gizləndilər.



919-cu ilin iyulunda Ərdəbil yaxınlığındaki döyüşdə Munisin başçılıq etdiyi xilafət ordusu Sacoğlu Yusifi məğlub edərək əsir tutdu. Lakin bu heç də Azərbaycanın yenidən xilafət tərkibinə qatılması demək deyildi. Hakimiyyəti ələ keçirən Sacoğlu Yusifin silahdaşı Subuk əl-Fariki Azərbaycanı işğal etməyə gələn xilafət ordusunu geri oturtdu və xəlifədən Sacoğlu Yusifin azadlığa buraxılmasını tələb etdi. Vaxtı ilə Sacoğlu Yusifi əsir tutmuş Munis özü xəlifədən onun azadlığa buraxılmasını xahiş etdi. İbn Miskaveyhin yazdığına görə, Sacoğlu Yusifin şərəfinə sarayda böyük ziyafət və təntənəli qəbul təşkil edən xəlifə onu Azərbaycan hökmdarı kimi tanımağa, Rey vilayətini ona verməyə məcbur oldu. Sacoğlu Yusifin həbsdə olduğu vaxt Azərbaycanın qərb torpaqlarına basqınlar təşkil etmiş erməni başçıları Aşot və Qaqiq Sacoğlu Yusifin qorxusundan Azərbaycan xəzinəsinə ödəyəcəkləri dövlət vergilərini iki qat artıq verməyə razı oldular. Bu dövrdə xəlifənin öz sarayında da Sacoğlu Yusifi xilafətin bütün Şərq vilayətlərinin hökmdarı hesab edirdilər. Əhməd Kəsrəvi Təbrizi Sacoğlu Yusif hakkında qeyd edir ki, "Sacoğlu Yusif Azərbaycanın böyük və qüvvətli hökmdarlarından biri olmuşdur". Sacoğlu Yusif eyni zamanda şer də yazırdı. Onun xəlifənin zindanında olduğu zaman yazdığı şerlərindən bəzi parçalar qalmışdır. Sacoğlu Yusif bu beytlərdə ölümdən qorxmadığını göstərir. O, dəfələrlə yaxşılıq etdiyi adamların ona pis əməllərlə cavab verdiklərindən şikayətlenir. Sacoğlu Yusifin Azərbaycanda müstəqil olması Bağdadda xəlifə sarayını təşvişə salırdı. 926-cı ildə xəlifə Müqtədir vəziri əl-Xasibiyə əmr etmişdi ki, Sacoğlu Yusifi Azərbaycandan Bağdada çağırsın və qərmətilərlə müharibəyə göndərsin. Azərbaycanın hakiminin xəlifənin bu göstərişini qəbul etməsinin müəyyən səbəbləri var idi. Sacoğlu Yusif qərmətilər üzərində qələbə çaldıqdan sonra Bağdada xəlifə üzərinə hücum etməyi qərara almış və bu məqsədlə də qərmətilər üzərinə hücum etməyi qəbul etmişdi.



Sacoğlu Yusifin Bağdada yaxınlaşması sarayda narazılığa səbəb olduğuna görə, o, Bağdada çatmamış təcili olaraq Vasit şəhərinə göndərildi. Sacoğlu Yusif öz qoşunları ilə Bəhreyində qərmətilərin başçısı Əbu Tahir Cənnabinin üzərinə hücum etməli idi. 927-ci il dekabr ayının 27-də Kufə şəhərinin qapıları qarşısında Sacoğlu Yusifin qoşunları ilə Əbu Tahir əl-Cənnabinin qoşunları arasında müharibə başlamışdı. Sacoğlu Yusif döyüşün əvvəlində qərmətilər gücünə əhəmiyyət vermədi. Döyüşlər səhərdən başlayaraq axşama qədər davam etdi. Sacoğlu Yusifin qoşunları bütün günü ox atışması ilə qərmətilərə çox tələfat versə də, axşama yaxın Sacoğlu Yusif yaralandı və əsir düşərək Əbu Tahirin əlinə keçdi. Sacoğlu Yusif həbs olunduğu çadırdan çıxıb döyüşlərin nə cür getməsini seyr etdiyi zaman Əbu Tahir onun qaçmaq istədiyini zənn edərək öldürülməsini əmr etdi.

Sacoğlu Yusifdən sonra onun soydaşı Sultan Mahmud Qəznəvi İslam dünyasını parçalamağa yönəlmiş qərmətilər hərəkatını yatırtdı. 1054-ci ildə isə indiyə qədər Türk qılıncının kölgəsində yaşayan Abbasilər xilafəti bir daha Türkün - Səlcuqlu sultanı Toğrulun kölgəsinə sığınmaq məcburiyyətində qaldı.



Kərəm Məmmədov

tarix elmlər namizədi





Yorumlar









Aktif Ziyaretçi 169
Dün Tekil 778
Bugün Tekil 1653
Toplam Tekil 4275771
IP 18.117.8.177






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























19 Cemaziye'l-Evvel 1446
Kas m 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Vatan ne T rkiyedir T rklere ne T rkistan,
Vatan b y k ve m ebbet bir lkedir: TURAN
(Ziya G KALP)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu