Türkiyədən görünən Azərbaycan - Asif Mərzili - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türkiyədən görünən Azərbaycan - Asif Mərzili
Tarih: 05.02.2019 > Kaç kez okundu? 1171

Paylaş


Tarix: 11/12/2018



Əli Həsənov: “Türkiyədə oxuyan azərbaycanlı tələbələrin, burada çalışan soydaşlarımızın Azərbaycanın və Azərbaycançılıq ideyasının təbliğindəki rolu təqdirəlayiqdir...”



Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsi və fəaliyyət göstərməsi dövlətimizin xarici siyasətində həmişə baza rolunu oynamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır...”, -deyimi həmişə aktualdır.



Elə bu ideyanın əsgərləri kimi, Tür kiyədə təhsil alaraq burada fəaliyyətlərini Azərbaycançılıq ideyasının təbliği və təşviqi istiqamətində çoxlarına nümunə olacaq Nəcəf və Elşən Qənbərov qardaşları vətənpərvərlik nümunəsi göstərərək bir ideyaya könül vermişdilər. Onların təhsil aldıqları və ali təhsili başa vurduqdan sonra yaşadıqları Kayseri şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dəfələrlə səy göstərdiklərindən məlumatlı idim. Bu dəfə isə bu səylərin bəhrəsini görmək üçün Kayseriyə səfərə çıxmışdım.

Ermənilərin daha çox məskunlaşdığı bu şəhərdə Xocalı abidəsinin qoyulmasının nə demək olduğunu təsəvvür etmək çətin deyil. Nəcəf Qənbərov bu barədə neçə dəfə Kayseri bələdiyyəsinin rəhbərliyinə müraciət etsə də, onun bu təşəbbüsü cavabsız qalmışdı. Türkiyənin dövlət rəhbərlərinədək yazışmalarına müsbət cavab verilsə də, ermənilərin və bəzi ermənipərəslərin sərt müqaviməti bu ideyanın dəstəklənməsinə ciddi maneə olmaqda idi. Nəhayət, Nəcəf Qənbərov Kayseridə boş bir ərazinin alınaraq Xocalı parkı salınması təşəbbüsünü irəli sürür. Sözün yaxşı mənasında inadkarlığı onun bu istəyinə yaşıl işıq yandırır. Lakin bu dəfə Kayseri bələdiyyəsinin rəhbərliyindən ona restoran, ticarət mərkəzi və s. iaşə obyekti yaratmaq üçün yer ayrılması təklifi gəlir. Lakin gənc azərbaycanlı bu təklifi rədd edir. Beləcə, iki hektarlıq ərazi Nəcəf Qənbərovun ixtiyarına verilir. O, dostları ilə birlikdə Xocalı adlı parkda Xocalı şəhidlərinin sayı qədər küknar ağacı əkir, burada lövhə asılır, Kayseri ictimaiyyəti parkı ziyarət edir. Bu, Nəcəf Qənbərovun məqsədinə çatmaq üçün atdığı ən vacib addım olur.

Az keçmiş o, həmin parkda Xocalı soyqrımı abidəsinin açılışını təklif edir. Yenə də onun bu təklifinə müxtəlif istiqamətlərdən müqavimət göstərilir. Nəcəf bəyin Azərbaycançılıq və dövlətçilik, vətənçilik sevgisi ona güz-qüvvət verir, daha da mübarizləşdirir. Bu dəfə onun Azərbaycanın böyük adına hesablanmış bu təşəbbüsünə H.Əliyev Fondunun Moskva nümayəndəliyndən, həmçinin Rusiya Dumasının rəsmisi, tanınmış politoloq Ramin Qasımovdan, Azərbaycandan isə tanınmış iş adamı Hacı Quliyevdən dəstək gəlir. Beləcə, böyük çətinliklərlə də olsa, Azərbaycançılıq ideyası uğrunda inadlı səylər öz bəhrəsini verir. Türkiyə hökuməti Kayseridəki Xocalı parkında “Ana harayı” abidəsinin açılışına rəsmi icazə verir...



Türkiyədən əzəmətli görünən Azərbaycan...



...Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbər heyəti ilə birlikdə bu yaxınlarda həmin Xocalı abidəsinin açılış mərasimində iştirak etmək üçün Türkiyəyə yola düşdük. Səfər proqramımızın zənginliyi və tarixi əhəmiyyəti bir-birini tamamlayırdı. DAMM-nin 1-ci vitse-prezidenti Rasim Məmmədov Kayseridə açılıcaq Xocalı abidəsinin 5 ildir üzərində çalışıldığı barədə əvvəldən bizi məlumatlandırmışdı.

DAMM-nin Moskva nümayəndəliyinin rəhbəri, Rusiya Dumasının rəsmisi, həmyerlimiz Ramin Qasımovun rəhbərliyi və təşkilatçılığı ilə Rusiya Dumasının deputatları - Oksana Puşkina, İrina Radnina, Dmitriy Savelyov, İrek Zinnurov, Sergey Marinin, Tatyana Tibizova, Elena Strokovanın Kyseridə Xocalı soyqırımı abidəsinin açılışında iştirakı təmin edilmişdi.

Biz Kayseridə olanda səfər proqramımıza həmin gün həm də Türkiyənin Ərciyəz Universitetində beynəlxalq əhəmiyyətli konfransda iştirakımız daxil idi. Konfransın baş mövzusu H.Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusunda idi. Ermənistanın işğalçılığı sərt tənqid edildiyi konfransda həm də Rusiya Dövlət Dumasının 8 deputatı iştirak edirdi. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun “Türkiyədə oxuyan azərbaycanlı tələbələrin, burada çalışan soydaşlarımızın Azərbaycançılıq ideyasının təbligindəki rolu böyükdür və bu təqdirəlayiqdir...”, -çağırışı lap yerinə düşdü. Əvvəl dedim, həmin gün bu gənclərin təşəbbüsü və səyi ilə Kayseridə Xocalı abidəsinin açılışı baş tutacaqdı.

Qardaş Türkiyədən dövlət rəsmilərinin, eləcə də Rusiyadan gəlmiş Duma üzvlərinin iştirakçılığı ilə baş tutan beynəlxalq konfransda professor Əli Həsənov, Ərciyəz Universitetinin rektoru Mustafa Çalış, Rusiya Dövlət Dumasının deputatları, Dumanın təmsilcisi Ramin Qasımov, türkiyəli millət vəkili Şamil Ayrım çıxış etdilər. Konfransda, həmçinin Azərbaycandan gəlmiş deputatlarımız- professor Şəmsəddin Hacıyev, Elman Məmmədov, Azərbaycanın Türkiyədəki səfirliyinin rəhbərliyi, eləcə də türkiyəli siyasətçilər, alimlər, DAMM-nin 1-ci vitse Prezidenti Rasim Məmmədov, Xocalı soyqırımı abidəsinin təşəbbüskarlarından olan Nəcəf Qənbərov, DAMM-nin vitse-Prezidenti, iş adamı Hacı Quliyev və bu sətirlərin müəllifi olaraq mən də iştirak edirdik...



Türkiyədə Xocalı abidəsinin açılışı mühüm tarixi hadisə kimi...



Biz beynəlxalq konfransdan sonra Türkiyənin Kayseri bölgəsində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinin açılışında iştirak etdik. Xüsusən də Rusiya Dövlət Duması üzvlərinin iştirakçılığı və çıxışları ilə müşaiyət olunan açılış mərasimində Türkiyədən olan rəsmilərin, çoxsaylı ictimaiyyət nümayəndələrinin, Azərbaycandan olan nümayəndə heyətinin olması mühüm tarixi hadisə idi. Abidənin açılış mərasimdə Rusiya Dövlət Dumasının deputatı Dmitriy Savelyovun çıxışı xüsusilə diqqəti çəkirdi. “...Mən buradan bəyan edirəm, Xocalı faciəsi bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınmalıdır... Xocalıda dinc insanlar görünməmiş vəhşiliklə qətlə yetirilmişdir. Tarixdən bilirsiniz ki, Nürnberq məhkəməsi İkinci Dünya Muharibəsi zamanı dinc sakinlərin öldürülməsinə əmr verənlərlə bağlı layiqli qərar verdi. Xocalıda isə dəhşətli faciənin günahkarları hələ də yaşayır və aparıcı siyasi postları tuturlar. Hörmətli həmkarlar, biz Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səyləri göstərməliyik”, -deyən deputat Ermənistanın işğalçılıq siyasətini sərt tənqid etdi. O, üzünü Kayseridə təhsil alan xarici ölkə tələbələrinə tutaraq dedi: “Təhsil almağınızı bitirib, ölkələrinizə qayıdanda, Azərbaycanda 26 il bundan əvvəl törədilən dəhşətli faciə barədə siyasətçilərinizə, deputatlarınıza danışın. Bundan ötrü danışın ki, sizin parlamentlər rəsmi olaraq bu faciəni Azərbaycan xalqının soyqırımı kimi tanısın. Bu cür faciələr təkrarlanmamalıdır”.

Sonra Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış etdi. Ə.Həsənov Xocalı faciəsini ən yüksək kürsülərdə, tədbirlərdə unutmayan rusiyalı və türkiyəli deputatlara, Türkiyənin siyasətçilərinə dərin təşəkkürünü çatdırdı. “...Burada bir çox məsələlərə yer verildi. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım çıxış etdilər.

Talas bələdiyyə sədri və digər çıxış edənlər Xocalı faciəsinə tam dolğun qiymət verdilər. Sözün həqiqi mənasında Xocalıda dinc sakinlər qətlə yetirilib. Onlar azərbaycanlı, türk olduqlarına görə qətlə yetirilib. Həmin gecə kim ələ keçib, hamısı öldürülüb. Hamısı bir-bir qətlə yetirilib. Hətta şəhərdən çıxan qocaları və uşaqları öldürdülər. Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir... Ondan qabaq tarixdə bir çox faciələr olub. Amma bu faciə öz əhatə dairəsinə görə, törədilmə səbəbinə görə soyqırımından heç nə ilə fərqlənmir. Məhz “soyqırımı” deməklə bu faciənin dəqiq qiyməti verilir”, -deyən Əli Həsənov həm də təəssüflə bildirdi ki, Xocalı soyqırımını törədənlər hələ də azadlıqda gəzir: “Hələ də onlar öz siyasətlərini qururlar. Hələ də onlar öz cəzalarını almayıblar. Onların hər biri beynəlxalq təşkilatlarda Ermənistanı təmsil ediblər. Və bilə-bilə ki, onlar cinayətkardır, buna baxmayaraq, onlara meydan veriblər. Xocalı haqqında həqiqətləri dünyaya çatdırmaqla, Xocalı haqqında kitablar nəşr etdirməklə, abidələr qoymaqla erməni xalqına qarşı düşmən əhvali-ruhiyyəsi aşılamaq istəmirik. Biz erməni xalqının içərisindən çıxmış, uzun müddət hakimiyyətdə olmuş o cinayətkarları dünyaya tanıtdırmaq istəyirik. Bunların törətdiyi əməllərin mahiyyətini dünyaya çatdırmaq istəyirik ki, bir də belə qanlı faciələr tarixdə təkrarlanmasın. Tarix buna qiymət vermədikcə, belə halların təkrarlanması mümkün ola bilər. Buna görə də sülhsevər bəşəriyyəti bu faciəyə düzgün qiymət verməyə çağırırıq”.

Ə.Həsənov bir daha hamını Azərbaycançılıq ideyası ətrafında birləşməyə və Xocalı dəhşətlərini unutmamağa çağırdı, iştirakçılara, Xocalı abidəsinin qurulmasında əməyi keçən hər kəsə, xüsusən də Türkiyənin dövlət rəhbərliyinə minnətdarlığını yetirdi.

Sonra Xocalı soyqırımı abidəsinin - “Ana fəryadı” xatirə kompleksinin açılış mərasimi oldu. Prezidentin köməkçisi Əli Həsənov “Ana fəryadı” heykəlinin üstundəki qara rəngli pərdənin lentini kəsdi, möhtəşəm abidə iştirakçıların kədərli, həm də qürurlu baxışları ilə öz yerini təsdiqlədi.



Türkiyədə Heydər Əliyev adına Təhsil Mərkəzinin açılışına da şahidlik etdik...



...Həmin gün Türkiyədə Azərbaycan ünvanlı daha bir tarixi hadisəyə şahidlik etdik. Belə ki, Kayseridə H.Əliyev Fondunun təşkilatçılığı ilə görkəmli dövlət xadimi Heydər Əliyevin adına Təhsil Mərkəzi Kompleksinin açılışı oldu. Kompleks H.Əliyev Fondu və Türkiyənin 11-ci prezidenti Abdulla Gülün adını daşıyan Abdullah Gül Vəqfinin birgə təşkilatçılığı ilə Abdullah Gül Universitetinə məxsus təhsil kompleksində yaradılmışdı.

Sonra Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov alqış sədaları altında kompleksin açılış lentini kəsdi. Mərasimdə Rusiya Dövlət Dumasının təmsilcisi Ramin Qasımov, Rusiya Dövlət Dumasının deputatları, eləcə də Türkiyəli millət vəkilləri, Abdullah Gül Universitetinin professor-müəllim heyəti və çoxsaylı tələbələr iştirak edirdilər.

***

Bəli, Türkiyədə Xocalı soyqırımı abidəsinin açılışı bir daha sübut edirdi ki, Türkiyə ilə Azərbaycanı möhkəm iqtisadi-siyasi, mədəni və mənəvi bağlar birləşdirir. Azərbaycanın sevinci kimi, dərdi də Türkiyənindir. Qürurverici idi ki, elə qardaş Türkiyədə Xocalı dərdimiz abidələşdirilmişdi. Ermənilərin çoxluq təşkil etdiyi Kayseri bölgəsində erməni vəhşiliyinin “məhsulu” olan Xocalı soyqırımı qurbanlarının xatirə parkının və “Ana harayı” abidəsinin qoyulması bir daha göstərirdi ki, Azərbaycançılıq ideyası uğrunda səylərin və mübarizələrin meydanında vətənimiz Azərbaycanın böyüklüyü dayanır. Bu ideya hər bir yerdə mənəvi silahmız olmalıdır...



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



Asif Mərzili

Bakı-İstanbul-Kayseri-

İstanbul-Bakı





Yorumlar









Aktif Ziyaretçi 166
Dün Tekil 1046
Bugün Tekil 1219
Toplam Tekil 4278165
IP 3.145.33.230






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























21 Cemaziye'l-Evvel 1446
Kas m 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu