Ramin Bayramov və Anar İbrahimov: Ölkədə demokratik seçim var! - Zülfiyyə Musayeva - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ramin Bayramov və Anar İbrahimov: Ölkədə demokratik seçim var! - Zülfiyyə Musayeva
Tarih: 15.05.2010 > Kaç kez okundu? 4927

Paylaş


Ramin Bayramov və Anar İbrahimov: Ölkədə demokratik seçim var!







Ramin BayramovHazırda ölkəmiz Yerli özünüidarəetmə seçkiləri ərəfəsindədir. Ölkədə segkiqabağı kompaniyalara da start verilib, hakimiyyət, eləcə də müxalifət partiyaları ələ-ayağa düşüblər. Oxucularımıza bu məsələ ilə bağlı məlumat hazırlamaq üçün, çətinliklə də olsa Gürcüstan parlamentinin üzvü Ramin Bayramovla əlaqə saxlayıb, ondan bizi maraqlandıran bir sıra suallara cavab tapdıq. Baxmayaraq ki, Bayramov müsahibə üçün vaxtı olmadığını söylədi, ama biz onu elə iş başında yaxaladıq.



Seçkilərə hazırlıq işləri necə gedir?



Hər il olduğu kimi, bu ildə segiqabağı kompaniyaya start verilib. Bu ayın ortalarında namizədliklər irəli sürüləcək, çalışırıq ki, budcəni ən vacib problemlərin həllinə xərcləyək. Görüləsi işlər əlbətdəki çoxdur, görülənlərdə ki, göz qabağındadır. Bu gün xalqın yaxşı yaşaması üçün və maddi rifahının yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür. Misal üçün, kriminalla mübarizə, korrupsiyanın qarşisının alınması, və s. deyin görək bunu hansını müxalifət edə bilərdi? Onlar ancaq dövləti çirklətmək üçün hərcür çirkin, ağıla sığmaz addımlar atırlar. Istəyirəm biləsiz ki, əhali hər şeyi görür və qiymətləndirir! Ümüdvaram ki, onlar səs verərkən olduqca obyektiv olacaqlar.



Necə düşünürsünüz Gürcüstanda bu günkü müxalifət güclüdürmü, hakimiyyətə gəlmə şansları varmı?



Düşünürəm ki, bü günkü müxalifət təhlükəli deyil! Boş-boş vədlərə xalq artıq inanmır. Onların mənasız mitinq keçirmələri, paytaxtda camaatın asayişini pozmaqdan başqa bir şey deyil. Bu cür mənasız mitinqlərdənsə gördükləri real işlərlə gündəmdə olsalar daha yaxşı olar. Hər bir müxalifətin bir məqsədi var ki, o da vəzifə deyilən yerə yiyələnməkdir.



Paytaxt Tbilisiyə merliyə real namizəd kimi görürsünüz?



Yalnız və yalnız cənab Qiqi Uqulavanı. Onu gürcü xalqı və eləcədə buradakı milli azlıqlar dəstəkləyəcək. Ədalat, bərabərlik hüququ və demokratiya, bunlar hamısı ölkəmizdə var, bunun əsasını isə bizim ölkə başçımız cənab Saakaşvili qoyub. Adi bir misal olaraq deyə bilərik ki, Azərbaycan xalqının Novruz bayramını Gürcüstanın milli bayramı kimi qeyd edilməsini ölkə başçımız özü Marneulidə keçirilən bayram şənliyində açıq elan etdi. Sevindirici hallardan biridir ki, indi artıq bu bayramı əvvəlkindən daha təmtəraqlı və gürcü xalqı ilə birlikdə qeyd edəcəyik. Bu gün mənimlə bir çoxları razılaşar ki, cənab Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra ölkədə milli azlıqlara qarşı münasibət olduqca yaxşılaşdı.



“Ölkədə demokratik seçim var və seçkilər də qanun çərçivəsində keçiriləcək.”—Ramin Bayramov belə deyir.



Eyni sözləri —“Ölkədə demokratik seçim var və seçkilər də qanun çərçivəsində keçiriləcək.”— Xristian-Demokrat hərəkatının Marneuli gənclər təşkilatının sədri, eyni zamanda majoritar deputatlığa namizəd Anar İbrahimov da söyləyir.



Bizim partiya artıq iki ildir ki, Marneulidə fəaliyyət göstərir. Biz Gürcüstan azərbaycanlılarını Gürcüstanda gedən siyasi prosseslərlə məlumatlandırır və eyni zamanda onların qarşılaşdığı problemlərin aradan qaldırılmasında onlara yardımçı oluruq. Kvemo-Kartlidə (Borçalı) bir çox problemlər var hası ki, hakimiyyət göz yumur. Misal üçün, Marneuli rayonunda əhalinin əsas məşğuliyyəti kənd-təsərrüfatıdır ki, mövsüm vaxtı olduğu üçün əhalinin suvarma problemi var, bir çox kəndlərdə içməli su problemi, bəzi kəndlərdə isə qaz borularının kəndin içi ilə keçməsinə baxmayaraq həmin kəndlərdə təbii qazın olmaması problemi var. Eyni zamanda kəndarası yolların bərbad, məktəblər isə acınacaqlı haldadır və s. əhali bu problemlərlə bağlı adiyyəti orqanlara müraciət etsə də problemlər təəsüf ki, öz həllini tapmır.



Siz müxalif partiya olaraq əhaliyə nə vəd verirsiz?



Bizim vədlərimiz seçgi platformamızda öz əksini tapıb. Beleki, bizim tariflərə görə, gələcəkdə təbii qaz 10 qəpik, işıq enerjisi 5 qəpik içməli su isə tamamilə pulsuz olacaq, hansı ki hal-hazırkı qiymətlərdən qat-qat ucuzdur.



Paytaxt Tbilisiyə merliyə real namizəd kimi görürsünüz?



Bizim fikrimizcə Tbilisinin meri Gürcüstanın Azərbaycandakı ilk səfiri olmuş Qiorqi Çanturiya olmalıdır. Nəzərə alsaq ki, o Azərbaycanda səfir olarkən xalqımızla möhkəm dost münasibətləri yaratmış və hər iki tərəf üçün səmərəli bir çox işlər görmüşdür.



Sonda mən Xristian-Demokrat hərəkatının hər bir namizədinə böyük nailiyyətlər arzu edirəm.



Zülfiyyə Musayeva



Xüsusi olaraq Regional Media Şəbəkə üçün.