Bakı Mühəndislik Universitetinin tələbələri müvəffəqiyyət qazanıb - Receb RZAYEV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Bakı Mühəndislik Universitetinin tələbələri müvəffəqiyyət qazanıb - Receb RZAYEV
Tarih: 10.12.2018 > Kaç kez okundu? 408

Paylaş


30 noyabr - 5 dekabr 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində “43-cü ACM ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Çempionatı (komanda və fərdi) keçirilib.

Müsabiqədə Azərbaycan Respublikasının 8 ali təhsil müəssisəsi 16 komanda (hər komandada 3 tələbə və komanda rəhbəri): ADA 2, ADAU 1, ADNSU 2, UFAZ 2, AU 1, BANM 4, BDU 2, BMU 2 və məktəblilər 1 komanda olmaqla təmsil olunub.

Bakı Mühəndislik Universitetinin komandalarına universitetin Kompüter və İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə rəhbərlik edib.

2 dekabrda “43-cü ACM ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı” keçirilib. Komanda müsabiqəsində NEERC regionu üzrə Rusiya Federsiyası, Belarus Respublikası, Azərbaycan Respublikası, Gürcüstan Respublikası, Ermənistan Respublikası, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Özbəkistan Respublikasının ali təhsil müəssisələrindən 300 komanda iştirak edib. Müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. Komanda müsabiqəsində “Baku Engineering University 1” komandası (Rəşad Məmmədov, Ülvi Aslanlı, Əyyub Nəcəfzadə) ACM ICPC 2018-2019 “Azərbaycan Çempionu” sertifikatına, ACM ICPC 2018-2019 NEERC III dərəcəli sertifikata və Cənubi Qafqaz Açıq Çempionatının II dərəcəli diplomuna, “Baku Engineering University 4” (Tağı Əşrəfov, Asiman Ağayev, Sultan Murtuzaliyev) komandası ACM ICPC 2018-2019 NEERC “Fərqlənmə” sertifikatına və Cənubi Qafqaz Açıq Çempionatının “Yüksək Nailiyyət” sertifikatına layiq görülmüşlər.

4 dekabr 2018-ci il tarixində “Cənubi Qafqaz Açıq Çempionatı”nın fərdi müsabiqəsi keçirilib. Fərdi müsabiqədə 80 nəfər iştirak edib. Müsabiqə iştirakçılarına 3 saat ərsində 8 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. Fərdi müsabiqədə Bakı Mühəndislik Universitetinin tələbələri Rəşad Məmmədov II dərəcəli diploma, Sultan Murtuzaliyev III dərəcəli diploma, Ülvi Aslanlı, Tağı Əşrəfov “Yüksək Nailiyyət” sertifikatına, Asiman Ağayev, Əyyub Nəcəfzadə “Fərqlənmə” sertifikatına layiq görülmüşlər.





Yorumlar









Aktif Ziyaretçi 13
Dün Tekil 946
Bugün Tekil 153
Toplam Tekil 3194081
IP 3.237.67.179






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























































13 Rebiü'l-Ahir 1442
Kasım 2020
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Bir Kere Yükselen Bayrak Bir Daha İnmez!
(Mehmet Emin RESULZADE)


Ekle Çıkar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2020 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.001 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu