Mətbuat konfransı keçirilib - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Mətbuat konfransı keçirilib
Tarih: 25.12.2017 > Kaç kez okundu? 1308

Paylaş




Milli Turizm Təbliğat Bürosunun ilin yekunlarına dair media üçün məlumatı “Milli Turizm Təbliğat Bürosu” 7 fevral 2017-ci il tarixdə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” nə uyğun olaraq “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən ölkəmizin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istif adəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən publik hüquqi şəxs qismində təsis edilmişdir.



Milli Turizm Təbliğat Bürosu təsis edildiyi tarixindən etibarən strukturlaşma, maddi texniki təminatın formalaşdırılması, eyni zamanda “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol xəritəsi”-nin tədbirlər planında ona tapşırılan işlərin icrası ilə bağlı geniş işlər görüb. Büro öz mandatına uyğun olaraq, Bakı şəhərinin turistik imkanlarının artırılması, mövcud potensialdan maksimum istifadə edilməsi, şəhərin turistik imkanlarının hədəf ölkə və bazarlarda tanıdılması, Bakı şəhərinin turistlər üçün daha cəlbedici məkana çevrilməsi, turistlərin məmnunluğunun artırılması, səfərləri müddətində Bakı və ölkənin tarixi, mədəni zənginliyi, kulinariyası barədə ətraflı məlumat əldə edə bilmələri istiqamətində əhəmiyyətli fəaliyyət sərgiləyib.



Büro fəaliyyətini bir neçə istiqamət üzrə qurub.

• 2017-ci il 20-26 mart tarixində Bakı şəhərinin Sabir bağında Milli

Turizm Təbliğat Bürosu tərəfindən həyata keçirilən Novruz bayram tədbirlərində ölkəmizin bütün regionlarını təmsil edən kollektivlər bölgələrin mədəni həyatını yüksək səviyyədə nümayiş etdiriblər. 8 gün ərzində 40-dan artıq musiqi, rəqs və folklor kollektivi çıxış edib.

Novruz festivalına gün ərzində 30-35 min, bəzi günlərdə isə 50-60 min nəfər insan qatılıb. Tədbir xüsusilə turistlər tərəfindən böyük maraqla qarşılanıb.



• “İslam oyunları” zamanı İslam ölkələrindən xeyli sayda turistin Bakıya

gəlməsini nəzərə alaraq İran, İndoneziya, Malayziya, Misir və Türkiyənin ölkəmizdəki səfirlikləri ilə birlikdə Bakının Sabir bağında və Nizami küçəsində hər bir ölkənin ayrı-ayrılıqda mədəniyyət günləri təşkil edilib. Tədbirlərdə çox sayda turist iştirak edib.



• Büro tərəfindən http://azerbaijan.travel/ portalı müasir yeniliklər

nəzərə alınmaqla tam əsaslarla yenidən qurulub və istifadəçilərin xidmətinə verilib.



• Bundan başqa Bakı şəhərinin turistik imkanları, tarixi, şəhərdə

təşkil edilən tədbirlər və qonaqların öz asudə vaxtlarını səmərəli təşkil edə bilmələri üçün http://salambaku.travel/ səhifəsi hazırlanıb istifadəyə verilmişdir.



• Şəhərimizə səfər etmək istəyində olan turistlərə öz səyahətlərini

planlaşdırmağa və səfərlərini özlərinin qurmasına yardım etmək məqsədilə “Do it Yourself” paketlərinin hazırlanması, bu paketlərin vahid elektron bazada toplanması və turizm şirkətlərinin bu sistemə inteqrasiyasının təmin olunması ilə bağlı işlərə başlanıb.



• Bakı şəhərinin və ölkənin turist təqvimi hazırlanıb və

www.azerbaijan.travel və www.salambaku.travel səhiflərində yerləşdirilib.



• 8 dekabr 2017-ci il tarixində Kiyev şəhərində Milli Turizm Təbliğat

Bürosu tərəfindən təşkil edilmiş “Sizin Azərbaycan – 2018” adlı seminar-təqdimat tədbiri keçirilmişdir. Büro və Azərbaycandan olan turizm firmalarının nümayəndələri Bakı şəhəri və ölkənin turizm imkanları ilə bağlı tədbirə qatılan 20-dən çox Ukrayna turizm şirkətlərinin nümayəndələrinə təqdimatlar etmişlər.



• Büro tərəfindən Bakının ev muzeylərinin təbliğini nəzərdə tutan layihə

həyata keçirilir. Layihə çərçivəsində ev muzeyləri (Vaqif Mustafazadənin ev muzeyi, Uzeyir Hacıbəylinin ev muzeyi, Numizmatika muzeyi və Tahir Salahovun ev muzeyi) barədə hazırlanan qısa video çarxlar daha sonra sosial şəbəkələr vasitəsilə təbliğ olunur.



• Bakı şəhərinin 16 hotelində Büro tərəfindən müasir üslubda hazırlanmış

məlumatlandırma lövhələri quraşdırılmışdır. Bu lövhələrdə həm məlumatlandırma flayerləri yerləşdirilir, həm də monitorun köməkliyi ilə Bakı şəhəri barədə hazırlanmış videolar nümayiş etdirilir.



• Büro tərəfindən ötən müddət ərzində Çexiya, Slovakiya, İtalya, İsrail,

Latviya, Litva və Polşadan olan turizm firmalarının və tur operatorlarının nümayəndələrinin ölkəyə “fam trip”ləri təşkil edilmişdir.



• 12 Sentyabr tarixində İngiltərənin London şəhərində Çelsi-Qarabağ

komandaları arasında keçirilən oyun öncəsi şəhərin məşhur “London Eye”

kimi tanınan ərazisində fleş-mob təşkil edilmişdir. Analoji aksiya Qarabağ klubunun Atletiko Madrid komandası ilə səfər qarşılaşmasında da Azərbaycan Respublikasının İspaniyadakı səfirliyi ilə birgə həyata keçirilib və futbol oyununa gələn yerli vətəndaşlar və qonaqlara Azərbaycan və Bakı şəhərinin turistik imkanları təqdim edilib.



• 27 Sentyabr Ümumdünya Turizm günü ilə əlaqədar olaraq Milli Turizm

Təbliğat Bürosunun əməkdaşları “Sputnik” media şirkətinin təşkil etdiyi və Azərbaycanla yanaşı, Gürcüstan, Belarus, Moldova, Qırğızıstanın turizm nümayəndələrinin iştirak etdiyi telekörpüyə qatılıblar.



• Avqustun 15-dən 20-ə qədər Milli Turizm Təbliğat Bürosu, Çin Hava

Yolları ilə Çinin sosial media jurnalistləri və blogerlərinin Azərbaycana səfəri təşkil edilib.

• Çexiyanın velobaykerler qrupunun ZAM layihəsi çərçivəsində Red Bull

şirkəti ilə birlikdə yüksək səviyyəli video çəkilişlər aparılıb və sentyabr ayından etibarən müxtəlif sosial şəbəkələrdə paylaşımlar edilib.

• Red Bull şirkətinin yerli ofisinin təşəbbüsü dəstəklənmişdir və

dünyaca məşhur avstriyalı velosiped sürücüsi Kenny Bellynin iştirakı ilə Azərbaycanın palçıq vulkanlarını və Qobustan tarixi abidələrini tərənnüm edən video layihə həyata keçirilmişdir.

• Bakıda keçirilən Fashion week moda həftəsinin təşkilinə texniki dəstək

göstərilib. Nəticədə dünyaca məşhur Forbes jurnalında Azərbaycanla bağlı iki məqalənin dərcinə nail olunub.

• Ukraynanın ən populyar realiti şoularından olan Зважені та щасливі

şousunun finalçıları və çəkiliş qrupu Milli Turizm Təbliğat Bürosunun dəvəti ilə Bakıya səfər edib və yarışın final verilişi Azərbaycanda çəkilmişdir.

• Noyabrın 20-dən 24-dək İsrair şirkətinin dəstəyi ilə Azərbaycanı

cəlbedici turistik məkan kimi göstərən “Open Skies” verilişi çəkilmişdir.

• Belarus televiziyası və sosial media resurslarında yerləşdirmək üçün

“Vpervie v Baku” adlı verilişin, “Oxota i Ribalka” 30 dəqiqəlik 10 silsilə verilişin və NTV televiziya kanalı üçün Azərbaycan haqqında 1-saatlıq verilişin çəkilişinə texniki dəstək göstərilib. Hazırlanan verilişlər artıq yayınlanıb və xeyli diqqətlə qarşılanıb.



• Bakı şəhərinin brendinin hazırlanması və brendin təşviq edilməsi

istiqamətində işlərə başlanılmış və işlərin effektiv icrası üçün bazar araşdırmaları aparılmışdır. Bu istiqamətdə təcrübəsi olan yerli və xarici şirkətlərlə müzakirələr təşkil edilmiş, yerli mütəxəssislər də cəlb olunmaqla işçi qrupu yaradılmışdır. Müzakirələrin yekunu olaraq əldə olunan məlumatlar əsasında Büronun ekspertləri tərəfindən müvafiq qurumlara təqdim olunması üçün təkliflər hazırlanıb və icrası ilə bağlı ayrı-ayrı dövlət qurumları ilə müzakirələrə başlanıb.



• Bakı şəhərinin turist avtobuslarından və bütün turizm məkanlarından

(atraksionlardan) qısamüddətli (24-48 saat müddətində) istifadə üçün turist kartlarının (Bakucitycard) hazırlanması istiqamətində müvafiq işlər görülmüşdür.



• Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə şəhərin bir neçə

yerində quraşdırılacaq valyuta dəyişmə məntəqələrində ayrıca turizm məlumat köşklərinin fəaliyyətinin qurulmasına Büro tərəfindən dəstək göstərilir.



Daha ətraflı məlumat üçün Büronun mətbuat katibi Kənan Quluzadə ilə əlaqə saxlaya bilərsiniz.

Kenan.guluzade@ntpb.az



--

National Tourism Promotion Bureau





Yorumlar









Aktif Ziyaretçi 171
Dün Tekil 1046
Bugün Tekil 1078
Toplam Tekil 4278022
IP 3.138.36.168






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























21 Cemaziye'l-Evvel 1446
Kas m 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap