Bakı Mühəndislik Universitetinin əməkdaşlarının muhtəşəm uğuru - Receb RZAYEV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Bakı Mühəndislik Universitetinin əməkdaşlarının muhtəşəm uğuru - Receb RZAYEV
Tarih: 06.06.2017 > Kaç kez okundu? 1308

Paylaş


Dunyada elmi göstəricilərin ölçülməsi həm elmi fəaliyyətlərin təbliği, həm də ölkə və universitet elmi reytinqi üçün əhəmiyyət kəsb edir. Bu sahədə ən ixtisaslaşmış platform məşhur “Thomson Reuters” şirkətinin “Web of Science” sayılır. 22 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanması Azərbaycan elm ictimaiyyəti üçün mühüm əhəmiyyətli yenilik olmuşdur. Müqaviləyə əsasən, ölkənin ali təhsil müəssisəsinə abunə imkanı yaratmaqla, onlara korporasiyanın məhsul və xidmətlərinə çıxış imkanı yaradılmış və universitetlərə “Web of Science”platformasının bazasına çıxış imkanı verilmişdir. Bu addımdan sonra son illərdə Azərbaycandan bu bazada indekslənən jurnallarda nəşrlərdə bir canlanma hiss olunur. Dəqiq elmlərdə muəyyən qədər elmi nəşrlər hər il elm ictimaiyyərinə təqdim edilsə də, ictimai elmlərdə bu bazalarda indekslənən jurnalllarda Azərbaycandan olan nəşrlər təəsuf ki, hələlik azlıq təşkil edir. Hər il sadəcə 10-15 elmi məqalənin çap ediləbildiyini nəzərə alarsaq bu istiqamətdə muəyyən addımların atılması vacib olardı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, 8 noyabr 2016-cı il tarixində yaradılmış Bakı Mühəndislik Universiteti az bir zamanda bir çox yeniliklərə imza atmışdır. Bu günlərdə bu yeniliklərə daha biri əlavə edilmişdir. Universitet əməkdaşları: Maliyyə kafedrasının müdiri dos.Elçin Süleymanov ilə Beynəlxalq Münasibətlər kafedrasının əməkdaşları dos. Ceyhun Mahmudov və Nurtac Vidadilinin birgə yazdığı `Transition to renewable energy and sustainable energy development in Azerbaijan ` dünyanın energi sahəsində ən reytinqli jurnallarından olan "Renewable and Sustainable Energy Reviews" jurnalında nəşr olunmuşdur.

http://www.sciencedirect.com/science/article/pii/S1364032117308043



Qeyd edək ki, məqalə bu il ərzində bu jurnalda dos.Elçin Süleymanovun nəşr olunan ikinci məqaləsidir. "Renewable and Sustainable Energy Reviews" Oksford , Böyuk Britaniyada nəşr olan Elsevier elmi platformu jurnalıdır. Energi sahəsində ən nüfuzlu nəşrlərdən hesab edilən bu jurnalın impact faktoru 10-a yaxındır. Nəşr olunduğu tarixdən Azərbaycandan ilk məqalələr olan hər iki məqalənin mövzusu Azərbaycanın enerji problemlərini tədqiq etməkdədir.

http://www.sciencedirect.com/science/article/pii/S136403211730151X

MDB məkanından bu jurnalda hazırda Rüsiya və Özbəkistandan sadəcə bir məqalə nəşr olunmuşdur. Azərbaycandan isə bu jurnalda bir ildə iki nəşr ölkə elmi üçün böyük uğurdur. Qeyd edək ki, BMT Ərzaq və Kənd Təssərrufatı təşkilatının bir neçə layihəsində Azərbaycanı təmsil edən Elçin Süleymanovun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali məktəblər üçün nəşr hüququ (qrıfli nəşr) verilən bir dərslik, üç dərs vəsaiti və dörd fənn proqramının, 30 dan cox muxtəlif ölkədə nəşr olunan yüzə yaxın elmi tədqıqatın müəllifıdır. Buğunlərdə onun həmmüəllifi olduğu daha bir məqaləsi “Web of Science” platformunda indekslənən İsveçrənin Economies MDPİ jurnalənda nəşr olunmuşdur.

http://www.mdpi.com/2227-7099/5/2/13

Dünyanın ən məşhur elmi tədqiqat portallarından SSRN, EconPaper, RePEc , University Library of Munich, Germany MPRA, Academia, Researchgate, Indexcopernicus, Citeulike, Scholar.google, Academic Research.Microsoft, Mendeley, ORCID Web of Science Thomson Reuters, Socionet və diğər elmi resurs bazalarına daxil edilən yüzə yaxın tədqiqatlardan, bu bazaların statistikalarına görə tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdəndir.