Veysəloğlu şirkətlər qurupu Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb - Receb RZAYEV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Veysəloğlu şirkətlər qurupu Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb - Receb RZAYEV
Tarih: 10.05.2017 > Kaç kez okundu? 1206

Paylaş


Bakı Mühəndislik Universiteti (BMU) universitet –iş dünyası əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Universitet yarandığı qısa müddət ərzində 20-dək şirkətlə əlaqə qurub, əməkdaşlıq edir. Mütəxəsis hazırlığında nəzəri biliklərlə yanaşı təcrübəvi biliklərin də xüsusi əhəmiyyəti var.

Ölkəmizdə tanınmış, dünyanın 20-dən artıq ölkəsindən 100-dən çox fabrikindən məhsul idxal edən, eyni zamanda istehsal sahələri ilə məşğul olan və pərakəndə sektorda əhaliyə xidmət göstərən Veysəloğlu şirkətilə də əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən tərəflər birgə tədbirlər, treninqlər keçirəcək, universitet tələbələri şirkətdə ixtisaslarına uyğun təcrübə keçəcək, istehsalat prosesi ilə tanış olacaqlar.

Universitetin rektoru professor Havar Məmmədov universitetin maddi-texniki bazasının müəllim heyətinin yüksək səviyyədə olduğunu, mühəndislik fakültəsi ilə yanaşı iqtisadiyyat fakültəsinin də yüksək ixtisaslı kadr hazırladığını şirkət rəhbərliyinin diqqətinə çatdırıb. Universitet rəsmisi həmçinin hazırda universitetdə yüksək balla qəbul olunmuş tələbələrin və çox sayda Prezident təqaüdçülərinin təhsil aldığını da bildirib. Gələcək planlardan danışan rektor ölkəmiz üçün ehtiyac olan yeni ixtisaslar üzrə də kadr hazırlığının aparılacağını qeyd edib.

Şirkətin fəaliyyəti haqqında geniş məlumat verən Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri əsas məqsədlərinin ölkəmizin milli iqtisadiyyatının inkişafına töhvə vermək olduğunu bildiriblər. Görüşdə bildirilib ki, bunun üçün maliyyə və texnologiyadan öncə savadlı və bacarıqlı kadrlara ehtiyac var. Kadırların hazırlanması üçün isə universitetlərlə yanaşı inkişaf etmək istəyən şirkətlərin də üzərinə məsuliyyət düşür. Veysəloğlu şirkəti bu istiqamətdə üzərinə düşəni missiyanı əməli fəaliyyəti ilə yerinə yetirməyə hazırdır.





Yorumlar









Aktif Ziyaretçi 52
Dün Tekil 1097
Bugün Tekil 1331
Toplam Tekil 4073258
IP 3.15.156.140






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.788 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap