“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verildi - Receb RZAYEV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verildi - Receb RZAYEV
Tarih: 29.04.2017 > Kaç kez okundu? 1412

Paylaş


Bakı Mühəndislik Universitetində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirilir. “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub. Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.



Bu il respublika üzrə 24 ali təhsil müəssisəsindən 52 komanda “www.olimpiada.az” saytında qeydiyyatdan keçib və olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti tələbələri bu il olimpiadaya xüsusi maraq göstərir. Olimpiadada müxtəlif komandaların tərkibində 20-dən artıq xanım iştirakçı təmsil olunur.



Olimpiada iştirakçılarını salamlayan Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin İKT– nin inkişafına göstərdiyi diqqət və qayğıdan, o cümlədən , təhsil müəssisələrinin kompyuterləşməsi haqqında həyata keçirilən dövlət proqramlarından danışıb. Rektor yeni yaranmış universitetin fəaliyyəti və gələcək planları haqqında məlumat verərək, universitetdə mühəndislik sahəsində müasir və nümunəvi laboratoriyaların olduğunu vurğulayıb. BMU-nun laboratoriyalarından və elmi potensialından istifadə edərək beynəlxalq və ölkə miqyasında konfransların və olimpiadaların yüksək səviyyədə keçirilməsi mümkündür. Bu gün keçirilən olimpiadanın keçirilməsi üçün də hər cür şərait yaradılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”–nin bəndlərindən birinin “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” olması hər il ənənəvi olaraq keçirilən olimpiadanın əhəmiyyətli olduğunu göstərir. Eyni zamanda olimpiadada fərqli universitetlərin tələbələrindən ibarət komandaların iştirakı İKT cəmiyyətinin nümayəndələri kimi əlaqələrinizin yaranmasına və gələcəkdə birgə layihələr üzərində işləmənizə şərait yaradır . Nazir müavini dövlət tərəfindən və təmsil etdiyi nazirlik tərəfindən gənclərin layihələrinin dəstəkləndiyini, hara və necə müraciət etməli olduqlarını izah edib. Bu il olimiadada iştirak edən tələbələr arasında qızların çox olmasının sevindirici hal olduğunuda diqqətə çatdırıb.

AMEA–nın İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Rəşid Ələkbərov 2007-ci ildən keçirilən olimpiadanın statistikasına baxdıqda iştirakçı komandaların sayının artığını görmək olar. Təmsil etdiyim institut elmlə təhsilin inteqrasiyası sahəsində mühüm işlər görür. İstitutun gənclər üçün yaratdığı imkanlardan da danışıb.

Münsiflər heyətinin sədri Ramin Mahmudzadə və olimpiadanın təşkilatçılarından Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat veriblər.



Qeyd edək ki, Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın “www.olimpiada.az” saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.



Olimpiada beynəlxalq “ACMICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında proqramlaşdırma üzrə beynəlxalq olimpiada) qaydaları üzrə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.



Qaliblər “Nar” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq.



Məlumat üçün bildiririk ki, olimpiadanın növbəti (final) mərhələsi 06 may 2017-citarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.