Leyla Əliyevaya Xocalı həqiqətlərini dünyada təbliğinə görə türk ictimai xadimindən jest – Fuad MADATOV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Leyla Əliyevaya Xocalı həqiqətlərini dünyada təbliğinə görə türk ictimai xadimindən jest – Fuad MADATOV
Tarih: 01.03.2017 > Kaç kez okundu? 1493

Paylaş


Türkiyədə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, tanınmış ictimai xadimi Hacı Quliyev və Türkiyənin tanınmış ictimai xadimi, “Doğru Yol Partiyası”nın (DYP) sədr köməkçisi və “Business Channel Turk” şirkətinin rəhbəri Seyhan Soylu adıçəkilən telekanalda Müge Oruçkaptanın təqdimatında yayımlanan “Sektora yön verənlər” verilişində qonaq olublar.

... məlumatına görə, veriliş zamanı əsasən 20 Yanvar və Xocalı soyqırımı haqqında müzakirələr aparılıb.

S.Soylu xanım bu ilin yanvarın 19-dan 20-nə keçən gecə 20 Yanvar şəhidlərini anmaq üçün Moskvada Qırmızı Meydanda qürurverici aksiya keçirib. Aksiya zamanı əlində tutduğu üzərində Ulu Öndər Heydər Əliyev ilə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün kəlamlarının və Azərbaycan-Türkiyə bayraqlarının əks olunduğu plakatı nümayiş etdirib. Bu zaman polislər S.Soylunu saxlayıb və polis idarəsinə aparıblar. İctimai xadim hadisə ilə bağlı rus dostlarına məlumat verib və Rusiya rəsmilərinin müdaxiləsindən sonra azad olunub və yenidən Qırmızı Meydana qayyıdaraq aksiyasını davam etdirib.

S.Soylu aksiyada nümayiş etdirdiyi plakatı verilişə gətirərək, üzünü Hacı Quliyevə tutub və deyib:

““Azərbaycana andım vardı” adlı məqalədə də aksiyanı 20 Yanvar şəhidlərinə, Ulu Öndər Heydər Əliyevə və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə həsr etdiyimi yazmışam. Onu da deyim ki, bu plakatın mənim üçün riskli həyat hekayəsi var. Gördüyü işləriylə, türkçülüyə-Azərbaycana verdiyi dəyərləriylə, o cümlədən canlarını itirən bir xalq bütünlüyünü qorumaq üçün qanıyla həmin torpaqlarda bədəl ödəyən bütün Azərbaycan qardaşlarıma görə bu plakatı Leyla xanıma hədiyyə edirəm. Sizin kimi parlaq simalı insanların sayəsində Azərbaycanın qürurlarını müxtəlif ölkələrdə səsləndirən və bir dərviş olaraq bunu sizə də təqdim edirəm ki, Leyla xanıma çatdırasınız.”

S.Soylu onu da vurğulayıb ki, qismət olarsa, bir gün Azərbaycan bayrağını Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyənin ilk kadın pilotu olan Mustafa Kemal Atatürkün mənəvi övladlarından biri olan Sabiha Gökçenin şərəfinə Xocalıda asacaq:

“Söz verirəm ki, ya İrəvanda qondarma “soyqırım abidəsi”ndə alışan atəşi söndürüb Azərbaycan bayrağını asacağam, ya da Xocalı da Azərbaycan bayrağını daha yüksəklərə sancacağam və dünyaya sübut edəcəyəm ki, əsl soyqırım Azərbaycanlılara qarşı törədilib.”

Qonaqlar veriliş zamanı Xocalı Soyqırımında həmvətənlilərimizin başına gələn dəhşətli hadisələrdən və onları törədən Ermənistan hakimiyyətinin cinayətkar siyasətindən danışıblar və bu siyasəti tənqid ediblər. H.Quliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu baxımdan dünyanın bir çox ölkələrində gördüyü işlərdən söz açıb:

“Leyla xanım Azərbaycanda çox sevilir. Onun təşəbbüsü ilə Xocalı Soyqırımı ərəfəsində dünyanın bir çox ölkələrində aksiyalar, mitinqlər keçirilir və bütün dünyanın diqqətini Xocalı Soyqırımına yönəlir. “Xocalıya Ədalət” devizi ilə hadisənin günahkarlarının cəzalandırılmasını tələb edilir. Bizim də Türkiyədə olmağımız məhz bu proseslərə təsadüf edir.”

Veriliş zamanı S.Soylu Ermənistanın Türkiyə və Azərbaycana qarşı olan kini aradan götürməsini və işğal niyyətindən əl çəkmnəsini söyləyib. O, bildirib ki, Ermənistan hakimiyyəti anlamalıdır ki, əgər Qarabağı əsl sahiblərinə-Azərbaycana qaytararsa, ölkələrində çox böyük inkişaf olacaq:

“Əvvəla Türkiyə ilə sərhədlər açılacaq, daha sonra ermənilər həm Azərbaycan iqtisadiyyatının böyüklüyündən, həm də Türkiyənin beynəlxalq əlaqələrindən faydalanacaqlar.”

Türkiyınin 15-dən çox telekanalında yayımlanan məhz bu veriliş qardaş ölkənin mətbuatında da geniş yer verilib.

Onu da qeyd edək ki, Türkiyəyə səfər edən H.Quliyevin əsas məqsədi Xocalı Soyqırımı ilə bağlı “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Türkiyənin kahramnaras Kayseri, və dig’r şəhərlərində keçirilən geniş miqyaslı aksiyalarda və tədbirlərdə iştirak etməsi olub.