DAMM İB-nin yeni prezidenti: xalq yazıçısı Çingiz Abdullayev - Fuad MADATOV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









DAMM İB-nin yeni prezidenti: xalq yazıçısı Çingiz Abdullayev - Fuad MADATOV
Tarih: 02.11.2016 > Kaç kez okundu? 1560

Paylaş




DAMM İB-nin yeni prezidenti: xalq yazıçısı Çingiz Abdullayev

Noyabrın 1-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin 28-29 oktyabr tarixlərində baş tutan 20 illik Yubiley tədbirləri və konfransından sonra yeni seçimdə İdarə Heyətinin ilk toplantısı keçirilib.

Genişləndirilmiş iclasda DAMM İB-nin İH üzvləri, təşkilatın rəhbər strukturlarının rəhbərləri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri iştirak edirdi.

Toplantıda uğurla keçən konfransdan hazırlanmış qısa video-filmə baxış oldu. Daha sonra iclasda çıxış edən DAMM İB İH-nin üzvü Rasim Məmmədov təşkilatın son aylardakı fəaliyyət, eyni zamanda görülən uğurlu işlər barədə geniş məlumat verdi. R.Məmmədov onu da xatırlatdı ki, İdarə Heyətinin fövqəlada iclasını keçirməkdə əsas məqsəd ümumi Konfransın qərarını yerinə yetirmək, DAMM İB-yə yeni prezident və I vitse-prezident seçməkdir.

Yekun qərara əsasən, İH üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyaşöhrətli dedektiv əsərlər müəllifi, xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezidenti, ictimai xadimlər, Milli Məclisin üzvü Rəşad Mahmudov, ictimai lider Hacı Quliyev, Rəhilə Həsrətova isə vitse-prezidentlər seçildilər.

DAMM İB-nin yeni prezidenti, AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycanın mədəniyyət tarixindən, diaspor hərəkatından, həmçinin dünyada tanınmağımızda bu yöndəki fəaliyyətlərdən söz açdı. Tanınmış yazıçı onu da bildirdi ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi öz fəaliyyətini gücləndirərək xarici ölkələrlə mövcud mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.

Daha sonra toplantıda tanınmış incəsənət ustaları - əməkdar artistlər Aygün Zeynalova və Elza Seyidcahan maraqlı musiqi proqramıyla çıxış etdilər.

Xatırladaq ki, hər zaman şəffaflığı əsas tutan, İctimai Nəzarət Koalisiyasının təsisçilərindən olan DAMM İB İdarə Heyətinin toplantısı Feysbuk səhifələrində canlı yayımlanırdı.

İctimai Nəzarət Koalisiyasının - Analitik Beyin Mərkəzi

İctimai Nəzarət Koalisiyasının Analitik İnformasiya Xidməti





Yorumlar









Aktif Ziyaretçi 40
Dün Tekil 1787
Bugün Tekil 1425
Toplam Tekil 4069346
IP 18.188.158.92






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu