Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında çıxış edib - Narmin İSMAYILOVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında çıxış edib - Narmin İSMAYILOVA
Tarih: 01.11.2016 > Kaç kez okundu? 1802

Paylaş


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında çıxış edib.

Nazir çıxışında Azərbaycan nümayəndə heyəti adından yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir.

O qeyd etmişdir ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafında iqtisadiyyatın bir qolu olan turizm əhəmiyyətli rol oynayır. Nazir son illər bu sahədə həyata keçirilən layihələr haqqında məlumat verərək, viza sadələşdirilməsinin tətbiqindən sonra əvvəlki illərlə müqayisədə xarici turistlərin səfərlərində 11 % artımın olduğunu qeyd etmişdir. Bununla yanaşı, Əbülfəs Qarayev ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışmış, 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və tədbir çərçivəsində təşkil olunacaq turizm nazirlərinin konfransı haqqında da məlumat vermişdir.

O qeyd etmişdir ki, 2017-ci il dünyada “İnkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində ölkəmizdə də bir sıra layihələr həyata keçiriləcək.

Çıxış zamanı Azərbaycan Respublikası Prezidentinin turizm sahəsinə göstərdiyi yüksək diqqət, 2016-cı ilin 1 sentyabr tarixində turizmin inkişafına dair imzalanmış Sərəncamın əhəmiyyəti və hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edildiyi xüsusilə vurğulanmışdır.





Yorumlar









Aktif Ziyaretçi 170
Dün Tekil 1046
Bugün Tekil 807
Toplam Tekil 4277751
IP 3.141.201.95






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























21 Cemaziye'l-Evvel 1446
Kas m 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu