Ərdoğanın baş məsləhətçisi Bakıda regional tədbirdə çıxış etdi - Asif Mərzili - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ərdoğanın baş məsləhətçisi Bakıda regional tədbirdə çıxış etdi - Asif Mərzili
Tarih: 14.10.2016 > Kaç kez okundu? 1606

Paylaş


Bu günlərdə Bakıdakı «Hilton» Hotelində Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının genişləndirilmiş iclası keçirildi… Assosiasiyanın Prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov iclasa sədrlik edirди... O, əvvəlcə qonaqları salamladı, sonra iclasın gündəliyindəki məsələləri geniş şərh etdi, mövzu ətrafında qonaqları çıxış edərək fəal olmağa səslədi. Sədr Assosiasiyanın əsasnaməsinin yeni redaksiyada təsdiqi üçün təkliflərin verilməsini və müzakirəsini təklif etdi. Çoxsaylı təkliflərin bir-bir müzakirəsi davam etdirildi. Rusiya, Türkiyə, Azərbaycan və Bolqarıstan nümayəndələri müzakirələrdə daha fəal iştirak edirdi.

İclasın gündəliyinə həm də Assosiasiyanın qeydiyyatı ilə əlaqədar məlumatlar və perspektivdəki fəaliyyəti, Assosiasiyanın gələcək iş proqramının müzakirəsi və digər cari məsələlər daxil idi. Tədbirə, həmçinin Türkiyədən daha bir mötəbər qonaq təşrif buyurdu. Belə ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın hüquqi məsələlər üzrə baş məsləhətçisi xanım Özlem Zengin Assosiasiyanın iclasına qatıldı və maraqlı təkliflərlə çıxış etdi.

Tədbirdə çıxış edən Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimov bildirdi ki, bu mötəbər tədbirin Bakıda keçirilməsinin özəl əhəmiyyəti var. Qeyd etdi ki, Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının yaradılması təşəbbüsü Bolqarıstanda irəli sürülüb və genişləndirilmiş iclasın Bakıda keçirilməsi də orada nəzərdə tutularaq təklif olaraq irəli sürülmüşdü: “Əziz dostlar!.. Zaman göstərir ki, əməkdaşlıq edən ölkələr sırasında bəzi hallarda hüquqi cəhətdən problemlər yaranır. Assosiasiyanın yaradılmasında da məqsəd odur ki, bu kimi problemlər yarananda məsələni həll etmək asan olsun. Həmçinin elm adamları da bu təşkilata müraciət edə bilər. Biz onların elmi nailiyyətlərinə dəstək verə biləcəyik. Onu da xatırladım ki, Bolqarıstanda keçirilən kitabımın təqdimatı zamanı belə bir ideya ortaya atıldı və təşəbbüs irəli sürüldü. Bu mənə xoş idi. Daha sonra bu Assosiasiya Bolqarıstanda təsis olundu. Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının baş ofisi də məhz Bolqarıstanda olacaq. Ancaq onu da qeyd edim ki, bütün ölkələrə Assosiasiyanın qapıları açıqdır və dəyərli hüquqşünaslar özünü orada görə bilər… Daha bir vacib məqam: yaxınlarda Assosiasiyanın Fondu yaradıldı və fond dünyada tanınır, BMT-də qeydiyyatdan keçib. Bu fond çox fəal iş aparır. Fondun sədri isə hamınızın dostu Çingiz Abdullayevdir”.

Sonra fondun rəhbəri Çingiz Abdullayev söz aldı. O, bildirdi ki, fondun 34 üzvü var və “Mən qonaqları gözəl Bakıda görməkdən çox məmnunam. Hazırda fondumuzun üzvü olan 34 ölkə təmsil olunur. Hazırda bir sıra ölkələr də var ki, məsələn, Hindistan, Cənubi Afrika Respublikası və digər dövlətlər də fondumuza üzv olmaq istəyirlər. Fondumuzun fəaliyyəti beynəlxalq mahiyyət daşıyır…».

Daha sonra üzv ölkələrin nümayəndələri çıxış etdilər. Bolqarıstanın Hüquqşünaslar Assosiasiyasının sədri Vladislav Slavov çıxış edərək dedi ki, «Assosiasiyanın yaradılması ilə bağlı protokol 16 hüquqşünas tərəfindən imzalanıb, onlar Azərbaycan, Türkiyə, Bolqarıstan, Rusiya və digər ölkələri təmsil edir. Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının protokol sənədləri hələ tam hazır olmasa da, yaxın vaxtlarda bu da yekunlaşacaq. Hamınızı bu günkü tədbir münkasibətilə təbrik edirəm…».

***

Nəhayət, geniş müzakirə və təkliflərdən sonra çıxışların yekunlaşdırılması təklifi irəli sürüldü və iştirakçılar Assosiasiyanın Nizamnaməsinin qəbul edilməsi üçün səsverməyə başladılar... Nizamnamə yekdilliklə qəbul edildi...

***

Xatırladırıq ki, Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti isə hüquq elmləri doktoru, ictimai xadim, professor İlham Rəhimovdur. Bu mötəbər tədbirdə Türkiyədən, Bolqarıstandan, Rusiyadan, Belorusdan, Yunanıstandan, İrandan, Serbiyadan, həmçinin Azərbaycandan tanınmış hüquqşünas-alimlər iştrak edirdi. Assosiasiyanın genişləndirilmiş iclasında Azərbaycan Ədliyyə nazirinin müavini Azər Cəfərov, Bolqarıstan Hüquqşünaslar Assosiasiyasının sədri Vladislav Slavov, Belarus Hüquqşünaslar Assosiasiyasının sədri Viktor Sergeyeviç Kamenkov, Yunanıstan Vəkillər Assosiasiyasının sədri Yoanis Paxiotis, İranın Texnologiya Universitetinin beynəlxalq məsələlər üzrə vitse-prezidenti Abbas Maleki, Rusiya Beynəlxalq Slavyan Akademiyasının Prezidenti, tanınmış hüquqşünas, akademik Sergey Baburin (Rusiyadan 9 nümayəndə), Serbiya Respublikası Arbitrajının sədr müavini, professor Aleksandr Çipiç, Türkiyədən Prezident R.T.Ərdoğanın hüquqi məsələlər üzrə baş məsləhətçisi xanım Özlem Zengin və Avroasiya Əlaqələri və Təşəbbüslər Assosiasiyasının prezidenti Toğrul Vəli, Türkiyə Vəkillər İttifaqının direktorlar Şurasının üzvü Gürşad Karakabəy, Türkiyə Daxili İşlər Nazirliyinin baş hüquqşünası Əli bƏkbər Əsgər, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin hüquq departamentinin rəhbəri Selmaq Oqut, həmçinin Azərbaycandan çoxsaylı tanınmış professor və akademiklər iştirak edirdilər.

Onu da deyək ki, Assosiasiyanın yaradılması bölgədə bir sıra problemlərin hüquqi müstəvidə həllinə yardımçı olmaqdan əlavə, həmçinin Türkiyə-Azərbaycan əlaqələrində yeni bir hüquqi mərhələnin bünövrəsi sayıla bilər.

Asif Mərzili,

jurnalist

Bakı