PRESS RELİZ - Efsane BAYRAM - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









PRESS RELİZ - Efsane BAYRAM
Tarih: 20.10.2014 > Kaç kez okundu? 3059

Paylaş


Dünya Gənc Türk Yazarlar Birliyinin “Paytaxtdan bölgələrə...bölgələrdən paytaxta” adlı layihə çərçivəsində silsilə tədbirləri respublikamızın müxtəlif bölgələrində yaşayıb-yaradan istedadlı gənc yazarlar, ədəbi ictimaiyyətin nümayəndələrinin, poeziya həvəskarlarının iştirakı ilə keçirildi. Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutan tədbir DGTYB-nin idarə heyətinin üzvləri, təşkilatın təsisçiləri və gənc şairlərin Fəxri Xiyabanda ümummilli liderin məzarını, Şəhidlər Xiyabanı, Türk şəhidlərinin abidəsini ziyarətlə başladı. Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunda gənc şairlərlə görüş oldu. Qonaqları qəbul edən BAMF-in rəhbəri Umud Rəhimoğlu çağdaş ədəbiyyatımızda yer alan gənc şairlərin yaradıcılığı barədə söhbət açdı. Bildirdi ki, gənc yazarlar təkcə öz istedadlarına arxayın olmamalı, daim öz üzərində işləməyi, müasir dünyada yeniliklərindən də xəbərdar olmalı, qarşısına böyük hədəflər qoymalı, beynəlxalq aləmə inteqrasiyaya can atmalıdır. DGTYB-nin təsisçilər şurasının başqanı Əkbər Qoşalı bölgələrimizdə istedadlı gənclərin yaradıcılığına toxundu, bildirdi ki, DGTYB-nin fəaliyyəti məhz onların ədəbi ictimaiyyətə tanıdılmasına yönəlib. Layihənin rəhbəri, DGTYB-nin üzvü Əfsanə Ələsgərli “Paytaxtdan bölgələrə...bölgələrdən paytaxta” layihəsinin məramından söhbət açdı. Bildirdi ki, layihə çərçivəsində “Nurlan” nəşriyyatında işıq üzü görmüş “Bölgələrdən səslər 2” kitabı gənc imzaları tanıtmaq və onlara dəstək olmaq üçün uğurlu vasitədir. Nəşrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb yaradan altmışa yaxın gənc, istedadlı yazarın yaradıcılığından örnəklər yer alır. Gənc yazarlarla diskussiya şəraitində keçən tədbirdə bir qrup gənc şeir nümunələri səsləndirdi.

Tədbirin davamı kimi layihə çərçivəsində işıq üzü görmüş “Bölgələrdən səslər-2” toplusu nun təqdimatı Gəncliyə Yardım Fondunda baş tutdu. Kitab haqqında məlumat verən ön söz müəllifi nəşrin yaradıcılıq örnəkləri, janr baxımından rəngarəng olduğunu dedi. Buraya heca və sərbəst və əruz vəznində yazılan şeirlər, hekayələr, esse düşüncələr daxildir. Qeyd edildi ki, sözügedən kitab bir çox gənc imzaların ədəbi ictimaiyyətə tanıdılması, onların ədəbi aləmdə uğurla addımlamasına təkan rolu oynayır.

DGTYB-nin təsisçilər şurasının başqanı Əkbər Qoşalı bu cür layihələrin çağdaş Azərbaycan ədəbiyyyatında gənclərin yaradıcılığına geniş imkanlar verildiyini vurğuladı. Bunun nəticəsidir ki, artıq müxtəlif nəşrlərlə ədəbi ictimaiyyətdə tanınan gənc şairlər ədəbiyyatımızın işıqlı gələcəyindən xəbər verir. O, həmçinin DGTYB-nin əsas təsisçilərindən biri kimi, təşkilatın idarəçiliyinin artıq gənc nəslə həvalə edilməsindən fəxrlə danışdı.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim kitabın nəşr edilməsini gənc yazarlar üçün böyük stimul olduğunu vurğuladı və onları təbrik etdi. AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq müasir dövrdə gənc yazarların ədəbiyyatımızda rolundan və fəaliyyətindən danışdı və bildirdi ki, əsl istedad harada olmasından asılı olmayaraq, gec-tez üzə çıxır, dəyərli ədəbi əsərlər ədəbi əsərlərin diqqətini cəlb edir.

Birliyinin təsisçilərindən olan “Birlik” dərgisinin baş redaktoru İlqar İlkin bu cür topluların gənc yazarlar üçün böyük töhfə olduğunu vurğuladı və gəncləri təbrik etdi. DGTYB-nin təsisçilərin biri, şair Elşən Əzim bölgələrdə yazıb-yaradan gənclərin yaradıcılıq potensialından söhbət açdı.

Kitabın tərtibçilərindən olan və onun ərsəyə gəlməsində əməyi olan gənc yazarlar İntiqam Yaşar, Şəfa Vəli, Gülnar Səma və Tural Adışirin çıxışlarında bu nəşrin müxtəlif bölgələrimizdə yaşayan gənc yazarlar üçün əsl hədiyyə olduğunu vurğuladılar. Bildirildi ki, məhz bu cür ədəbi tədbirlər və nəşrlər sayəsində bölgə yazarları da ümumilikdə ölkədə gedən ədəbi proseslərdə yaxından iştirak edir.

Çıxış edən qonaqlar; “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin baş redaktoru Nəcibə İlkin, jurnalist-publisist Eldəniz Şamlı Abbaslı və digərləri bu cür nəşrlərin gənc yazarların yaradıcılığına mühüm töhfə olduğunu vurğuladı və gələcəkdə də bu cür layihələrin davamlı olmasını vurğuladılar. Çıxışçılar ümidvar olduqlarını bildirdilər ki, sözügedən nəşr “Bölgələrdən səslər” kitabının birinci hissəsi kimi (2012), ədəbi ictimaiyyətdə maraqla qarşılanacaq.

Son olaraq, Rəşid Behbudov adına mahnı teatrında "PAYTAXTDAN BÖLGƏLƏRƏ... BÖLGƏLƏRDƏN PAYTAXTA..." layihəsi çərçivəsində "zirvə tədbiri”-- musiqili poeziya gecəsi keçirildi. Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi tədbirdə ölkəmizin müxtəlif bölgələrində yaşayıb-yaradan gənc istedadlı şairlərin ifasında şeirlər səsləndirildi. İlk olaraq, səhnəyə çıxan “Savalan” mistik qrupunun başqanı Novruz Novruzlunun “Babam” mahnısı alqışlarla qarşılandı. Musiqili poeziya gecəsində çıxış edən sevilən müğənni, respublikamızın xalq artisti Flora Kərimovanın, türk dünyası ilə bağlı oxuduğu mahnılarla seçilən Aslan Hüseynovun, vokalist İlham Əsgəroğlunun ifaları, eləcə də gənc tar ifaçısı, Asəf Zeynallı adına musiqi məktəbinin şagirdi Asəf Aydınoğlunun çıxışları maraqla qarşılandı. Tanınmış bəstəkar Sevinc Tofiqqızının piano arxasında aftolmoloq-alim Zərifə Əliyevaya həsr etdiyi kompozisiyanı ifa etməsi iştirakçıları lirik ovqata köklədi.

Sonda Münsiflər heyəti tərəfindən qiymətləndirilən və öz məzmun yükü, yaradıcı tapıntılarına görə seçilən ən yaxşı şeirlərin müəllifləri fəxri diplom və hədiyyələrlə təltif edildi.

Atatürk Mərkəzinin baş redaktoru şair-publisist Dəyanət Osmanlı, Azərbaycanin ən çox oxunan yeni nəsil yazıçısı, “Ekran-efir” qəzetinin baş redaktoru Varis Yolçuyev, “Birlik” dərgisnin baş redaktoru, DGTYB-nin təsisçilərindən İlqar İlkin, DGTYB-nin təsisçilərindən dos.dr. Rəsmiyyə Sabir, TÜSİAB-ın məsul katibi Səcuq Düzgünün üzvü olduğu münsiflər heyəti ilk beşlikdə olan şeir müəlliflərini seçdilər. Qərara əsasən ilk yerə Taleh Mansur (Qazax), ikinci yerə Emil Rasimoğlu (Salyan), üçüncü yerə Elçin Aslangil (Ucar) layiq görüldü. Sonrakı dörd və beşinci yerə layiq görülən İntiqam Yaşar (Gədəbəy) və Səxavət Kəlbəcərli (Kəlbəcər) həvəsləndirici mükafat qazandılar. Poeziya axşamının qalibi, gənc yazar Taleh Mansurun bu yaxınlarda avtoqəzada vaxtsız dünyasını dəyişən vətənpərvər gənc fəal Fuad Əbdülrəhmanlının ruhuna ithaf ən söylədiyi “Hər qəbrə bir söz basdırın” adlı şeiri bir çoxlarını kövrəltdi. Bütün iştirakçı gənclərə “Onur bəlgələri” təqdim edildi.

Birinci yerin sahibinə mükafatı Milli QHT Forumu Sumqayıt şəhər koordinatoru, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Başqan müavini, DGTYB Himayədarlar Şurasının üzvü Hacı Mübariz Hacıoğlu, ikinci yerin sahibinə mükafatı DGTYB Məsləhət Şurasının üzvü, “SAN YARLIĞI” Ödül Komissiyasının başqan müavini Cəlaləddin Qasımov, üçüncü yerin sahibinə isə mükafatı “Almaz” dərgisinin baş redaktoru, şair-publisist Aydın Rəşid təqdim etdi.

Sonda istedadlı vokalist İlham Əsgəroğlunun “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altına poeziya axşamına yekun vuruldu.

Qeyd edək ki, Əfsanə Ələsgərlinin rəhbəri olduğu "PAYTAXTDAN BÖLGƏLƏRƏ... BÖLGƏLƏRDƏN PAYTAXTA..." adlı layihənin məqsədi paytaxt mühitindən kənarda—bölgələrdə yaşayıb-yaradan gənc istedadlı yazarları üzə çıxarmaq, yeni imzaları ədəbi mühitə qazandırmaq, bölgə yazarlarının ümumrespublika ədəbi mühitinə inteqrasiyasına yardımçı olmaqdır.



Dünya Gənc Türk Yazarlar Birliyinin ictimaiyyətlə əlaqələr bölməsi





Yorumlar









Aktif Ziyaretçi 42
Dün Tekil 1927
Bugün Tekil 1687
Toplam Tekil 4067821
IP 18.221.165.246






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu