Əhliman Əmiraslanov: “Yüksək ixtisaslı rezidentlər hazırlamağa imkanımız var” - Günel ASLANOVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Əhliman Əmiraslanov: “Yüksək ixtisaslı rezidentlər hazırlamağa imkanımız var” - Günel ASLANOVA
Tarih: 23.05.2014 > Kaç kez okundu? 2870

Paylaş




ATU rezidentlərinin 2-ci elmi-təcrübi konfransı keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Rezidentlərin 2-ci elmi-təcrübi konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə əklil qoyublar.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. ATU-nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov açılış nitqi zamanı ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin himayədarı olduğunu, bu sahədə çalışanlara, xüsusilə səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərdiyini xatırladıb. Akademik elmi-praktiki konfransın əhəmiyyətindən danışıb, həmçinin rezidentura sisteminə keçidin əhəmiyyətindən söz salıb: “3 il öncə Azərbaycanda rezidentura sisteminin tətbiqi başladı. Çünki artıq ənənəvi internatura sistemi özünü doğrultmurdu, bir il ərzində yüksək ixtisaslı mütəxəssis hazırlamaq mümkün deyildi”.

Ə.Əmirasanov hazırda vəziyyətin köklü surətdə dəyişdiyini bildirib: “İndi ATU-nun klinikaları yaradılıb, çoxsaylı mütəxəssislərimiz var. Bütün bunlar yüksək səviyyəli rezidentlər hazırlamağa imkan verir. Rezidentura təhsili tibb sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün bütün dünyanın, Amerikanın, Avropanın qəbul elədiyi bir yoldur”. ATU-da rezidenturanı bitirəcək həkimlərin ən yaxşı mütəxəssislər olacağına əminliyini bildirən rektor konfransın işinə uğurlar arzulayıb. Daha sonra plenar məruzələrin təqdimatına başlanıldı.

Qeyd edək ki, Azərbaycanda 2011-ci ildən etibarən ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul həyata keçirilir. Hazırda ATU-da 38 ixtisas üzrə rezidenturada 390 nəfər təhsil alır. Universitetin klinikalarında rezidentlərin işləməsi üçün hər cür şərait yaradılıb, onlar fəal şəkildə xəstələrin müayinə və müalicəsinə cəlb olunurlar. Rezidentlərin elmi hazırlığına da xüsusi diqqət yetirilir. Klinikalarda bütün laboratoriya və diaqnostik kabinetlər elmi araşdırma aparmaq istəyən rezidentlərin ixtiyarına verilmişdir. Ötən il ATU rezidentlərinin ilk buraxılışı olub.





Yorumlar









Aktif Ziyaretçi 30
Dün Tekil 1097
Bugün Tekil 908
Toplam Tekil 4072835
IP 18.223.0.53






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu