Aqil Kəngərli: "Abbasqulu bəy Şadlinskinin yanında olan Talıbov Ermənistan xüsusi xidmət orqanlarının əmakdaşı olub" - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Aqil Kəngərli: "Abbasqulu bəy Şadlinskinin yanında olan Talıbov Ermənistan xüsusi xidmət orqanlarının əmakdaşı olub" - Elnur ELTÜRK
Tarih: 06.03.2013 > Kaç kez okundu? 2907

Paylaş


Tarixçi-şair Aqil Kəngərli ilə müsahibə

- Aqil bəy, xalqımızın qəhrəman oğlu Abbasqulu bəy Şadlinski şəxsiyyəti kim olub?

- Azərbaycan xalqının 20-ci əsr qəhrəmanlıq tarixində xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin mühüm yeri var. O, 1886-cı ildə qərbi Azərbaycanda - Vedibasar mahalının böyük Vedi kəndində anadan olub. Haqqın, ədalətin tərəfdarı olan Abbasqulu bəy gənc yaşlarından ermənilərin haqsızlığının, yalançılığının, vəhşiliyinin, nankorluğunun şahidi olmuş və ömrünün sonuna qədər onlara qarşı mübarizə aparmışdır.

Rusiya imperiyasının çökməsi nəticəsində müstəqil Azərbaycan və Gürcüstan cümhuriyyətləri yaradıldıqda, erməni daşnakları da dövlət qurmaq fikrinə düşdülər. Buna isə qonşu dövlətlərin ərazisi hesabına nail olmaq istəyirdilər. Onlar Göyçə, Zəngəzur, Dərələyəz, Loru-Pəmbək və digər qədim türk torpaqlarında qətllər törətməyə, yerli türk müsəlman əhalisini məhv etməyə və öz torpaqlarından qovub çıxartmağa başladılar. Xalqın mərd oğulları erməni hücumlarının, nizami daşnak ordusunun həmlələrinin qarşısını almaq üçün özünü müdafiə dəstələri düzəldərək, mübarizə aparırdılar. Belə özünümüdafiə dəstələrindən birinə - Vedibasar özünü müdafiə dəstəsinə Abbasqulu bəy başçılıq edirdi. Vedibasar, Dərələyəz, İrəvan mahallarında öz igidliyi ilə seçilən Abbasqulu bəy daşnak hücumlarının qarşısını məharətlə almış, onları dəfələrlə ağır itkiyə məruz qoymuşdur. Silah gücü ilə Abbasqulu bəyə bata bilməyən daşnaklar onu ələ almaq, şirnikləndirmək metodlarına da əl atmışlar. Öz vətəninə, millətinə sadiq olan Abbasqulu bəy onların bütün iyrənc təkliflərini rədd etmişdir.

- Rəhmətlik babam Abbasqulu bəy Şadlinski ilə bağlı xatirələrini danışarkən, onun bolşeviklərin tərəfinə keçməsini belə əsaslandırırdı ki, daşnaklara qarşı mübarizə aparıb, onları torpaqlardan təmizləmək üçün bu addımı atmışdı. Çünki babamın atası "Qırmızı tabor"da onunla birgə savaşmışdı. Səhv etmirəmsə, 1920-ci ildə Şərur-Dərələyəzin insanları Maku vilayətinə keçmişdilər. Sonradan Abbasqulu bəy strategiyasını dəyişməyə məcbur oldu və bolşeviklərə yaxınlaşma xəttini tutdu...

- Mənim ata yurdumun - Dərələyəzin Sallı kəndinin əhalisini tamamilə qırılmaqdan qoruyan, ərzaqla təmin edən, sonra isə cənubi Azərbaycanın Maku şəhərinə keçirən məhz Abbasqulu bəy və onun dəstəsi olub. Nənəm hələ 70-ci illərin axırlarında mənə bu insanın igidliyindən söhbət açmışdı və gördüklərini danışmışdı. Ana tərəfdən Abbasqulu bəylə eyni ərazidən -Vedibasardan olduğumdan yaşlı qohum-əqrəbamdan onun haqqında çox şey eşitmişəm. Babamın indi 92 yaşı var, sağ-salamatdır və o, bu gün də Vedibasar igidlərindən, ilk növbədə isə Abbasqulu bəydən ağızdolusu danışır. Abbasqulu bəyin dəstəsində Kərbalayı İsmayıl, Qəmlo, Keçəl Teymur, Səttar oğlu Musa, Məhərrəm kimi igidlər döyüşüb. Bir müddət cənubi Azərbaycanda qalan Abbasqulu bəy yenicə Sovet hakimiyyəti qurulmuş Naxçıvana çağırılır. Naxçıvana gələn Abbasqulu bəy 400 nəfərdən ibarət "Qırmızı tabor" yaradır və Zəngəzurun, Dərləyəzin daşnaklardan təmizləməsində mühüm rol oynayır. Ermənistan sovetləşdirildikdən sonra dinc əməklə məşğul olur, sement zavodunun tikintisində çalışır .

- Bu gün Abbasqulu bəyin öldürülməsi ilə bağlı ziddiyyətli fikirlər bildirilir. Əslində, Abbasqulu bəyi kim qətlə yetirdi və onun öldürülməsində əsas məqsəd nə idi?

- Şübhəsiz ki, bolşevik cildinə girən daşnaklar 1918-20-ci illəri unutmamışdılar və Abbasqulu bəydən qisas almağa çalışırdılar. Kolxoz quruculuğu ilə razılaşmayan, sovet hökümətinə tabe olmayan və Abbasqulu bəyin keçmiş silahdaşı və dostu olan el ağsaqqalı Kərbəlayı İsmayılı dilə tutmaq, yola gətirmək üçün məhz onu göndərdilər. Onun həyatının bu hissəsi mərhum yazıçımız Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində əks olunur. Burda əsas məqsəd Abbasqulu bəyi aradan götürmək, həmçinin keçmiş dostları, onların tərəfdarlarını, qohum-əqrəbalarını üz-üzə qoymaq idi. Bu, erməni xislətidir. Əslində Abbasqulu bəyin ölümündə nə Qəmlonun (onun əsl adı Qəmbəralı olub), nə Kərbəlayı İsmayılın günahı olmayıb. Bu, Ermənistanın o vaxtkı xüsusi xidmət orqanlarının əli ilə törədilib. Bu haqda bizim tədqiqatçılarımız kifayət qədər yazıblar. Mənim babamdan eşitdiyim isə odur ki, Abbasqulu bəy və Xəlillə (o kolxoz sədri olub ) birlikdə olan 3-cü şəxs - yəni Talıbov Ermənistan xüsusi xidmət orqanlarının əmakdaşı olub.

- Bəs, əvvəldən Abbasqulu bəyin Kərbəlayi İsmayılla, Qəmlo ilə arasında hansısa bir ziddiyyət olubmu? Bəzi tarixçilər deyirər ki, 20-ci illərin əvvəllərindən onların arasında soyuqluq yaranmağa başlayırdı. Bu haqda nə deyə bilərsiniz?

- Vaxtilə Abbasqulu bəy də, Qəmlo da, Kərbəlayı İsmayıl da birlikdə daşnaklara qarşı birgə vuruşublar. Əslində Qəmlo filmdə göstərildiyi kimi qəddar adam olmayıb, amma vuran-tutan, igid adam olub. Mən uşaq vaxtı Qəmlonun oğlu İbrahim kişini İmişlidə görmüşdüm. Abbasqulu bəydən sonra Qəmlonu da aradan götürürlər. Onu bir məclisə dəvət edib, sonra isə xaincəsinə güllələyirlər. Mən ağsaqqallardan eşitdiyimə görə, ona gizlindən güllə atan adamın adı Şirəli olub. Kərbəlayı İsmayıl isə Türkiyəyə keçir və 1948-ci ildə İqdırın Daşburun kəndində 78 yaşında vəfat edir.

Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 27
Dün Tekil 1927
Bugün Tekil 130
Toplam Tekil 4066265
IP 18.118.1.232






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.478 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu