«Polis saxlayanda «mən jurnalistəm» deyirlər» - Rufik İSMAYILOV/Aysel ARAZ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









«Polis saxlayanda «mən jurnalistəm» deyirlər» - Rufik İSMAYILOV/Aysel ARAZ
Tarih: 30.01.2013 > Kaç kez okundu? 2723

Paylaş


Seymur Həsənli: «Sosial baza olmadığından eyni mənbədən qidalanan bir neçə jurnalist də «etirazçı» kimi özlərini təqdim edir»





Yanvarın 26-da Bakının Sahil bağında və ətraf ərazilərdə “Silahı üstümüzdən çəkin” şüarlı aksiya keçirilib. Aksiya icazəsiz olduğundan polis gəncləri dağılışmağa və asayişi pozmamağa çağırıb. Lakin polisin qanuni tələbinə riayət olunmayıb. Belə olan halda polis aksiyaya müdaxilə edib və asayişi kobud şəkildə pozan bəzi gəncləri saxlayıb.



Bununla bağlı açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Gənclər Təşkilatının sədri Seymur Həsənli inkişaf edən cəmiyyətlərdə aksiyanın keçirilməsini normal hal kimi dəyərləndirərək, bildirib ki, bu halın özü azadlığın, demokratiyanın göstəricisidir. Lakin o, bu cür demokratik dəyərlərdən sui-istifadə edərək, ölkəmiz və dövlətçiliyimiz əleyhinə təbliğat aparılmasına qarşı olduğunu dilə gətirib: “Dünyanın istənilən ölkəsində razılaşdırılmamış aksiyaların qarşısı polis tərəfindən alınır və burda heç də qəribə mənzərə yoxdur. Avropa ölkələrində, o cümlədən İngiltərədə, Yunanıstanda baş verən aksiyalar elə zorakılıqla yatırılır ki, həmin dövlətlərin anti-demokrat adlandırdıqları ölkələrdə eyni hal bu səviyyədə baş vermir. Son aylar Azərbaycanda da silsilə şəklində bir neçə aksiyalar keçirildi. Əsgər ölümləri ilə bağlı keçirilən aksiya həm ictimaiyyət, həm də rəsmilər tərəfindən yüksk qiymətləndirildi. Mən də həmin aksiyada iştirak etdim. Müşahidə edirdim ki, polis bizim təhlükəsizliyimizi yüksək səviyyədə qoruyur. Amma sonradan başqa məkan və zamanda bəzi maraqlı qüvvələr tərəfindən aksiyanın mahiyyətinə zidd şüarlar səsləndirildi. Polis də aksiyaya müdaxilə edib məhz həmin şəxsləri, insanların həssas məqamından öz məqsədləri naminə istifadə etmək istəyənləri həbs etdi. Sonradan bir sıra müxalifət mətbuatında bu həbslər ümumilikdə əsgər ölümü ilə bağlı keçirilən aksiyanın nəticəsi kimi təqdim edildi. Əlbətdə, belə hallar yolverilməzdir. Bizə yaxşı məlumdur ki, bəzi qüvvələr illərdir razılaşdırılmış və razılaşdırılmamış aksiyalar, mitinqlər təşkil edirlər. Lakin əhali onlara dəstək vermir. Belə olan halda həmin qüvvələr cəmiyyətin tələbi sayılacaq hər hansı aksiya və ya tədbir keçirilən zaman, bundan öz mənafeləri naminə yararlanmaq istəyirlər. 26 yanvarda təşkil olunan aksiya həmin qüvvələrin iç üzünü bir daha ortaya qoydu. Çünki hansısa milli adla meydana çağırış yox idi. Özlərindən başqa kimsə qatılmadı həmin aksiyaya. Bu da onu deməyə əsas verir ki, yəqin, bu qüvvələrə seçki ilində hər nə vasitə ilə olursa, olsun fəallaşmaq tapşırığı verilib. Onlar da bu tapşırığı canla-başla yerinə yetirirlər”.



Həm Binə Ticarət Mərkəzində, həm də İsmayıllı rayonunda baş verənləri dərindən araşdırdığını, insanlarla ünsiyyətdə olduğunu diqqətə çatdıran S.Həsənli, hər iki ünvanda bir qrup insana qarşı, həqiqətən də haqsızlıq olduğunu və etirazın da buna görə baş verdiyini söyləyib. Qeyd edib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində etiraz edən vətəndaşlarla görüş keçirilib, bu məsələlər həllini tapıb: “Gəlin görək, həmin aksiyalarda iştirak edən insanların biri də özünü radikal “müxalifət” təmsilçisi kimi qələmə verirmi? Əlbətdə ki, xeyr. Ancaq 26 yanvar aksiyasında vəziyyət tamam fərqli idi. Bu aksiya ilə bağlı bütün çəkilişləri, mətbuatdakı operativ məlumatları izlədim. Beş-on nəfər gənc müxalifət təmsilçisi icazəsiz aksiya keçirməyə cəhd etdi. Polisin qanuni tələbi, xəbərdarlığı nəzərə alınmadığından aksiya iştirakçıları asayiş keşikçiləri tərəfindən saxlanıldılar. Beləliklə də icazəsiz aksiya başa çatdı. Burada bir maraqlı məqam da gözümüzdən yayınmadı. Çox qəribədir ki, bəzi jurnalistlər də bu aksiyanın iştirakçısı kimi özünü təqdim etməyə çalışırdı. Aksiya iştirakçıları ilə bərabər onlar da asayişin pozulmasına yönəlik, hakimiyyət və iqtidar əleyhinə şüarlar səsləndirirdilər. Bilmək olmurdu onlar cəmiyyəti operativ, dəqiq, qərəzsiz və vicdanlı şəkildə informasiya ilə təmin edənlərdir, yoxsa müxalifət partiyasının üzvləri. Konkret olaraq belə aksiyalarda tərəf kimi çıxış edən bu mətbuat işçilərinin verdiyi xəbərin, yazdığı yazının qərəzsiz olacağını düşünmürəm. Görünür, sosial baza olmadığından eyni mənbədən qidalanan bir neçə jurnalist də “etirazçı” kimi özlərini təqdim edir, polis tərəfindən saxlanıldıqda isə - “mən jurnalistəm”, deyirlər. Bundan sonra da işlədikləri mətbuat orqanlarında - “polis jurnalisti həbs etdi”, deyə, silsilə materiallar verirlər. Məncə, bu, xoşagəlməz haldır və Azərbaycanın imici üçün yaxşı heç nə vəd etmir”.





Yorumlar









Aktif Ziyaretçi 47
Dün Tekil 1097
Bugün Tekil 1349
Toplam Tekil 4073276
IP 13.58.39.23






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu