Taleh Xasməmmədov: “5 ailənin 13 üzvü Azərbaycan vətəndaşlığından imtina edəcəklərini bildirir” - Peyman SADIQOĞLU - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Taleh Xasməmmədov: “5 ailənin 13 üzvü Azərbaycan vətəndaşlığından imtina edəcəklərini bildirir” - Peyman SADIQOĞLU
Tarih: 16.01.2013 > Kaç kez okundu? 3167

Paylaş


Hüquq müdafiəçisi Taleh Xasməmmədov hüquqlarını müdafiə etdiyi Göyçay rayonunda yaşayan Rəhmanovlar ailəsinin başına gətirilən olaylar barədə “XALQXEBER.AZ” vasitəsilə aidiyyatı qrumlara müraciət ünvanlayıb.



Müraciətdə deyilir:



Rəhmanovlar ailəsi son 2 il ərzində müxtəlif qanunsuzluqlarla üzləşərək sonunda 5 ailənin 13 üzvü əsassız məhkəmə qətnaməsi ilə zorla evlərindən çıxarılmaqla evsiz qalıblar. Ailənin 5 üzvü azyaşlı uşaqlardır. Z.Tağıyev küçəsi ev 93 ünvanında yaşayan Rəhmanovlar ailəsi kirayə evlərə köçməklə yaşayırlar. Artıq yaşayışı çətin durumda olan ailə üzvləri ölkə prezidentinə və Türkiyə səfirliyinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığından imtina və qonşu dövlətdən sığınacaq almaqdan başqa yol qalmadığını bildiriblər.



Hadisələrin təfərrüatı bundan ibarətdir ki, 24 avqust 2010-cu il tarixində 1974-cü il təvəllüdlü Göyçay rayon sakini ll qrup əlil olmuş qarabag müharibəsi iştirakçısı Rəhmanov Fuad Şıxı oğlu kiçik sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə “Zaminbank” ASC-nin Göyçay filialından 20 000 (iyirmi min) manat kredit götürmək məqsədi ilə özünün və mülkiyyətçi atasının razılığı ilə yaşadiqları evi girov qoymaqla həmin məbləğdə ipoteka kreditini bankdan götürmüş olur.



Hər ay 1000 (min) manat olmaqla 3(üç) ay normal ödəniş etmiş borclu Rəhmanov Fuadın səhhətində qəfil problemlər yaranır . Həkimlər ona ciddi müalicə almağı və işləməməyi məsləhət bilirlər. Fuadın ambulator stasionar tibb kartından da görünür ki, o “dilin infiltratı” yarası xəstəliyindən ciddi əziyyət çəkib və o çəkisinin yarısını itirmiş olub.10 may 2011-ci il tarixində Mingəçevir şəhərində əməliyyat olunmuş Fuadın səhhətində heç bir irəliləyiş olmayır, tibb komissiyasının rəyinə əsasən I qrup əlil hesab olunub və 06 sentyabr 2011-ci il tarixində həmin xəstəlikdən dünyasını dəyişib.



Rəhmanov Fuad və bank arasında bağlanmış ipoteka müqaviləsində zamin şəxs atası Rəhmanov Şıxı Abdulhəmid oğlu olmuşdur. Göyşay şəhər İnzibati Ərazi Nümayəndəliyindən Göyçay rayon Z.Tağıyev ev 93 ünvanında qeydiyyatda olub yaşayanların sayı barədə arayışda Fuad və atasının adı qeyd edilmişdir. Qeydiyyatda olan digər 9 nəfər şəxs barəsində isə heç bir qeyd göstərilməmişdir. Həmçinin həmin ünvanda azyaşlı uşaqların olması da qeyd olunmamışdır. Bir sözlə bankla müştəri arasında bağlanmış formal müqavilədən digər ailə üzvləri xəbərsiz olmuşdur. Bu neqativ hal məhkəmədə müəyyən olduqda Göyçay şəhər İnzibati Ərazi Nümayəndəliyi yenidən Göyçay şəhər Z. Tağıyev ev 95 qondarma ünvanında 11 nəfər şəxsin olduğu barədə saxta arayış vermişdir. Hansı ki, belə bir ünvan mövcud deyil. Rəhmanovlar ailəsinə məxsus bir ünvan var o da ki, ev 93. Hakim Elxan Babayev bütün qanunsuzluqları bilsə də həmin ünvanda qeydiyyatda olanların hüuqlarını pozmaqla qətnamə qəbul etmiş nəticədə də həmin ailə üzvləri evlərindən çıxarılaraq kirayələrə üz tutmuşlar. Bankla müqavilədə 60 000 (altmış min) manat dəyərində qiymətləndirilmiş əmlak məhkəmə çəkişməsindən sonra 40 000 manata hərraca çıxarılmış, ikinci hərracda isə 25 500 manata satılmışdır.



Fuadın ölümündən sonra “Zaminbank” ASC cərimə faizləri ilə şişirdilmiş 25 500 manat pulu onun ailə üzvlərindən tələb etmiş və Göyçay rayon məhkəməsində iddia qaldıraraq girov qoyulmuş evin onlardan alınması və hərraca çıxarılması üçün tələblər irəli sürmüşdür. Borcun ödənilməsindən onun yaxın qohumları imtina etməyiblər. Rəhmanovlar ailəsi məhkəmədən onlara vaxt verilməsinini və ya borcun hissə-hissə ödənilməsini xahiş etsə də məhkəmə hakimi Elxan Babayev onlara qarşı qərəzli mövqe tutmaqla ciddi qanun pozuntularına yol verməklə qətnamə qəbul etmişdir. Nəticədə iddiaçı bankın maraqları təmin olunaraq borclu ailənin xahişləri rədd edilmiş olub.



Hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə İpoteka Haqqında Qanuna zidd bir çox qanunsuzluqlar olmuş və buna görə də məsuliyyət heç bir orqanın üzərinə yönəlməmişdir. Həmçinin hərraca çıxarılma qaydaları da pozulmuşdur. Bütün çatışmamazlıqların aradan qaldırılması üçün ədalətli məhkəmə qərarlarına ehtiyac duyulsa da buna məhəl qoyulmamışdır. Mülki Məcəllənin tələblərinə zidd olaraq Rəhmanovlar ailəsinin bütün üzvlərinin yaşayış sahəsindən istifadə hüququna hansı əsasla xitam verildiyini isə anlamaq çox çətindir.



İpoteka haqqında qanunda nəzərdə tutulub ki, İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.



Qeydiyyat orqanı, onun vəzifəli şəxsləri və əməkdaşları qeydiyyat qaydalarının pozulması nəticəsində maraqlı şəxsə vurduqları zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İpoteka kağızı ilə ipoteka müqaviləsi arasında uyğunsuzluq olduqda, ipoteka kağızının qanuni sahibi onun ləğv edilməsini və eyni zamanda yeni ipoteka kağızının verilməsini tələb edə bilər. İpoteka kağızının qanuni sahibi bu cür uyğunsuzluğu aşkar etdiyi halda dərhal ipoteka qoyana, o, üçüncü şəxs olduqda, həmçinin əsas öhdəlik üzrə borcluya məlumat verməlidir. İpoteka kağızını tərtib edən göstərilən uyğunsuzluqla və onun aradan qaldırılması ilə əlaqədar zərərə görə məsuliyyət daşıyır.



Hərracla bağlı hərəkətlərə gəldikdə isə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Bundan əlavə elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.



Hərracın sifarişçisi də Göyçay rayon məhkəməsinin İcraçılar Bölməsinin rəisi Abdurrəhmanov İlqar olmuşdur ki, o da məhkəmə qətnaməsinin icrasına tələsmiş və bankın maraqlarına uyğun işlərə həvəsli olduğundan kasıb bir ailənin əmlakının gizlincə hərraca çıxarılıb satılmasında fəal iştirak etmişdir. Hərrac barədə heç bir məlumatı olmayan Rəhmanovlar ailəsi onlara qarşı bu cür amansızlığı düşünə bilməmişdilər.



İnsanlığa qayğı və diqqət göstərmək bacarığından uzaq hakimin qərarı belə də olmalıdır. Onun az da olsa insafı olsaydı , böyük bir ailənin əmlakının qorunması və onların gələcək taleyi barədə düşünərək məsələnin başqa yönümdə həllinə çalışardı. Mərhum Fuad Rəhmanova məxsus borcu ödəyəcək dəyərdə onun ticarət obyekti də olub. Həmin obyektin evin əvəzində götürülməsi təklifi də olduğu halda hakim yenə də evin hərraca çıxarılmasını üstün tutub. Hansı ki, ipoteka müqaviləsinin düzgün olmadığını nəzərə alaraq müqaviləyə xitam verilməsi və ya dəyişdirilməsi, borcun hissə-hissə ödənilməsi və ya başqa bir əmlak üzərinə həbsin qoyulması üçün şərait və imkanlar olub. Həmçinin qeydiyyatda olanlarla bağlı arayışın saxta olduğunu bilərək əsassız yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi qərarı hakimin ciddi səhvlərindəndir. Bununla yanaşı sözü gedən ünvanda qeydiyyatda olan bir neçə nəfər haqqında məhkəmə qaydasında yaşayış sahəsindən istifadə hüququna xitam verilməsə də, onlar da evdən zorla çıxarılıaraq eyni aqibətlə üzləşiblər.



Məgər Mülki Məcəllənin bir ziddiyətli maddəsi böyük bir ailə olan azərbaycan vətəndaşlarının həyat şəraitindən önəmlidirmi? Bir hakimin istəyinə görə II qrup qarabağ müharibəsi əlilinin ölümündən sonra onun həyat yoldaşı , 1 yaşlı övladı, 72 yaşlı valideynləri və yaxın qohumları küçəyə atılmalı idimi? Budurmu ədalət?



Yuxarıda qeyd olunan səbəblərdən Rəhmanovlar ailəsi ölkə vətəndaşlığından imtina etməyi qərarlaşdırıblar. Onlar son 2 il ərzində əsl faciə yaşadıqlarını və belə haqsız, qanunsuz işləri ağıllarına gətirmədiklərini qeyd ediblər.







XALQXEBER.AZ





Yorumlar









Aktif Ziyaretçi 49
Dün Tekil 1505
Bugün Tekil 896
Toplam Tekil 4075677
IP 3.142.124.252






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu