Abdulkadir Erkahraman: “Qarabağ məsələsinin mövcudluğu Azərbaycanın başının qatılması üçündür” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Abdulkadir Erkahraman: “Qarabağ məsələsinin mövcudluğu Azərbaycanın başının qatılması üçündür” - Elnur ELTÜRK
Tarih: 11.11.2012 > Kaç kez okundu? 2991

Paylaş


Türkiyədə fəaliyyət göstərən Beynəlxalq İqtisadiyyat və Ticarət Dərnəyinin sədri Abdulkadir Erkahramanla müsahibə



- Abdülkadir bəy, Ermənistanın separatçı Dağlıq Qarabağ rejimini 2015-ci ilə qədər ən azından kiçik və çırtdan dövlətlər tərəfindən tanıdacağı ilə bağlı mətbuatda fikirləri yer almaqdadır.

Sizcə, belə bir addım atılarsa, bölgə üçün nələr vəd edir?



- Ermənistanın buna getməsi ağılsızlıq olardı. Bu addım avantüradan başqa bir şey ola bilməz. Bu, danışıqlar prosesinə böyük zərbə vuracaq.



Onu qeyd edim ki, bundan ən çox ziyan çəkən tərəf Ermənistanın özü olacaq. Hətta, bu addım bölgədə qarşısıalınmaz müharibənin başlanmasına gətirib çıxara bilər.



Üstəlik, rəsmi Bakı buna imkan verməz. Çünki, Azərbaycan rəsmən danışıqlardan çıxdığını elan edə bilər. Bu isə beynəlxalq qurumların maraqlarına cavab vermir. Beynəlxalq ictimaiyyət buna sərt etirazını bildirəcək. Bu tipli informasiyaları yaymaqla, Azərbaycanda insanlar arasında psixoloji gərginlik yaratmağa çalışırlar.



- Ermənistan nə üçün münaqişənin həll olunmasında maraqlı deyil?



- Bilirsiniz, problemin uzanmasında başqa güclərin rolu var. Nəzərə almaq lazımdır ki, münaqişə həll olunarsa, Azərbaycan və Türkiyənin bölgədə və dünyada mövqeləri güclənəcək.



Bu isə bir çox qüvvələrə sərf eləmir. Onsuz da türklərin bölgədə nüfuzu artmaqdadır. Üstəlik, iki qardaş ölkə, bölgənin ümumi inkişafı ilə bağlı yürütdüyü ortaq iqtisadi siyasət, iki dövlətin gücünü artırmaqdadır. Nəzərə almaq lazımdır ki, türk dünyasının birliyi istiqamətində güclü işlər getməkdədir.



Ümumilikdə, Qarabağ məsələsinin mövcudluğu və prosesin bu formada uzanması Azərbaycanın başının qatmasına hesablanan bir siyasi oyundur.



- Ümumiyyətlə, Türkiyənin Dağlıq Qarabağ münaqişəsində fəallığı münaqişənin həllinə hansısa bir formada müsbət təsir göstərəcəkmi?



- Türkiyə ilk gündən münaqişənin həllində maraqlıdır. Unutmaq olmaz ki, Türkiyə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən deyil ki, münaqişənin həllinə hansısa bir formada təsir göstərə bilsin. Amma, buna baxmayaraq, qardaş Azərbaycanın haqq səsini dəstəkləyirik və münaqişənin qısa müddətdə həll olunmasını istəyirik.



Bu gün Türkiyə bütün potensialını münaqişənin həll olunmasına sərf edir və bütün beynəlxalq tədbirlərdə bu haqda dünya ictimaiyyətinə bilgilər verir. Türkiyə bu məsələdə sonsuza qədər Azərbaycanın yanındadır.



- Bu gün Azərbaycan-Türkiyə arasında olan iqtisadi əlaqələrin inkişafı sizi qane edirmi?



- Hər iki ölkənin rəsmiləri açıqlamalarında qurulan iqtisadi və ticari əlaqələrin daha da artacağını qeyd edirlər. Bu gün əlaqələrimiz inkişaf edir. Xüsusilə, qarşılıqlı yatırım siyasəti artmaqdadır. Son illər azərbaycanlı iş adamları Türkiyənin müxtəlif sahələrinə yatırımlar qoymaqdadır. Bu çox müsbət haldır. Amma, hesab edirəm ki, bunu daha da artırmaq lazımdır.



Söhbətləşdi: Elnur Eltürk







Yorumlar









Aktif Ziyaretçi 44
Dün Tekil 1787
Bugün Tekil 1269
Toplam Tekil 4069190
IP 3.15.6.77






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu