Cavid Şahverdiyev:”Bir daha bəyan edirəm ki, nə Avrasiya.net, nə də Bakunews.tv-nin Rəsul Quliyevlə bağlantısı var” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Cavid Şahverdiyev:”Bir daha bəyan edirəm ki, nə Avrasiya.net, nə də Bakunews.tv-nin Rəsul Quliyevlə bağlantısı var” - Elnur ELTÜRK
Tarih: 02.11.2012 > Kaç kez okundu? 3083

Paylaş


Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin təsisçisi və sədri, Avrasiya İnformasiya Agentliyinin və Bakunews.tv internet televiziyasının təsisçisi və baş direktoru Cavid Şahverdiyevlə müsahibə



- Cavid bəy, bu günlərdə fəaliyyətə başlayan BakuNews.tv hansı zərurətdən yarandı?



- Azərbaycanda fəaliyyət göstərən internet televiziyalarının sayını dəqiq bilməsəm də hazırladıqları verilişlər sırf siyası xarakter daşıyır. Mənim istəyim isə daha çox sosial problemləri ictimailəşdirən bir internet televiziyası açmaq idi. Onu da deyim ki, bu istək 4-5 ay öncə yaranmışdı və tezliklə də istəyimə çatdım. Təbii ki, dostlarımın köməyi ilə. Adını da özüm seçdim, fəaliyyət istiqamətini də, dizaynın formasını da. Necə deyərlər, əhalinin bütün təbəqələrinin marağını əhatə etdirən yeni bir layihəni tezliklə reallaşdırdım. Məqsədim əsasən cəmiyyətin aztəminatlı təbəqəsinin problemini işıqlandırmaq və onların həllinə nail olmaqdır. Düzdür, internet televiziyasında keçirdiyimiz sorğumuza əsasən insanların əksəriyyəti daha çox siyasi məsələlərin işıqlandırılmasına üstünlük verirlər. Amma bununla yanaşı biz daha çox sosial problemlərə vaxt ayırmağı da düşünürük.



- Təbii ki, hələ tv-nin fəaliyyətindən tam razı deyilsiz..



- Əlbəttə razı deyiləm. Bakunews.tv iki aydır ki, açılıb. Hələ biz qarşımıza qoyduğumuz məqsədə tam çatmamışıq. Bunun üçün çox vaxt tələb olunur. Həm kadr potensialımız, həm də verilişlərin hazırlanmasında müəyyən çatışmazlıqlarımız var. Amma onu da etiraf edim ki, bu qısa müddət ərzində uöurlara da imza atmışıq. Kanalın baxımlılığı üçün bütün gücümüzü birləşdirmişik. Artıq bunun nəticəsini görürük. Bizə reklam vermək istəyənlərin sayı artır. Gənc Tamaşaçılar teatrı və Musiqili Komediya Teatrından bir neçə aktyor bizim tv-yə müraciət edərək “Qonağımız var” satirik proqram açıblar. Bundan başqa mənəviyyat proqramını açmaqla bağlı Folklor İnstitutundan bizə müraciət ediblər. Digər qurumlar, QHT və siyası partiya liderləri də efirmizdə öz fikir və mülahizələrini ictimaiyyətə çatdırmaqda onlara yardımçı olmağımızı xahiş ediblər. Təbii ki, biz də onlara yardımçı olub efir vaxtı veririk. Amma bu o demək deyil ki, kim gəldi, nə istədi onu bizim tribunadan deyə bilər. Bakunews.tv heç bir şəxsə dövlət və dövlətçiliyimizin əleyhinə çıxış etməsinə icazə verməz. Bizim məqsədimiz dövlətimizi, müstəqilliyimizi qoruyub saxlamaqdır.



- Güney Azərbaycanla bağlı verilişlərin yayımlanması nəzərdə tutulurmu?



- Bakunews.tv dünyanın istənilən yerində yaşayan hər bir soydaşımızın televiziyasıdır. Onların problemlərini işıqlandırmaq, hüquqlarını qorumaq bizim borcumuzdur. Güney Azərbaycanımız, orada yaşayan milyonlarla soydaşımızın yanındayıq. Güney Azərbaycanla bağlı silsilə veriləşlər hazırlamağı planlaşdırmışıq. Artıb bizə bir neçə layihə təklif olunub. Bu layihələr üzərində işləyirik. Gələn ildən tv-də bu layihələrdən birini seçib proqramlaşdıracağıq.



- Bir də belə fikir dolaşır ki, Sizin televiziya xaricdə müxalif qüvvələr tərəfindən maliyyələşdirilir. Bu haqda nə deyə bilərsiniz?



- Heç bir qüvvə də deyə bilməz ki, o, Bakunews.tv-ni maliyyələşdirir. Ümumiyyətlə bizim televiziyanı heç kəs maliyyələşdirmir. Hamısı dostlarımın təmannasız yardımlarıdır. Televiziyanın saytının, studiyanın yaradılması hamısı dostlarım tərəfindən olunub. Kameraların, mikrafonların alınmasına gəlincə isə bu o qədər də çox vəsait tələb etmədiyindən kredit vasitəsilə həll etmişik. Verilişlərin aparıcıları da həmkarlarımızdırlar ki, onlar da məndən pul tələb etmirlər. Yəni kollektiv şəkildə bu missiyanı(vəzifəni) üzərimizə götürmüşük. Düzdür, xaricdəki dostlarımız bizə maddi yardım etmək istədiklərini bildiriblər. Amma mən imtina etmişəm. Bizi daha çox eks-spiker Rəsul Quliyevlə bağlayırlar. Bir daha bəyan edirəm ki, nə Avrasiya.net, nə də Bakunews.tv-nin Rəsul Quliyevlə bağlantısı var. Düzdür, Avrasiya.net-də Rəsul Quliyevin bir neçə müsahibəsi dərc olunub. Amma bu onu deməyə əsas vermir ki, təsisçi olduğum media (mətbuat) qurumlarını o, maliyyələşdirir. Belə bir məsələ olsaydı heç nədən qorxmadan açıq-aşkar deyərdim ki, Rəsul Quliyev tərəfindən maliyyələşirik. TV-nin işçilərindən də soruşa bilərsiz ki, onlara əmək haqqı verirəm, ya yox. Bir daha deyirəm, onlar ictimai əsaslarla işləyirlər. Nə indi Rəsul Quliyevin puluna ehtiyacımız var, nə də sonra olacaq. TV reklamdan və yaxud da müqavilə əsasında pullu efirdən əldə etdiyi vəsaitlə özünü maliyyələşdirə bilər ki, bu da qanuna müvafiqdir.





Yorumlar









Aktif Ziyaretçi 19
Dün Tekil 1238
Bugün Tekil 804
Toplam Tekil 4065011
IP 3.17.74.227






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.382 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu