Nürəddin Xoca: “Qarabağ müharibəsində qəhrəman Gəncə taboru terrorçu erməni “Arabo” taborunu darmadağın etdi” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Nürəddin Xoca: “Qarabağ müharibəsində qəhrəman Gəncə taboru terrorçu erməni “Arabo” taborunu darmadağın etdi” - Elnur ELTÜRK
Tarih: 15.09.2012 > Kaç kez okundu? 3592

Paylaş


Keçmiş Qarabağ müharibəsi iştirakçısı, teref.info saytının baş redaktoru, tanınmış jurnalist Nürəddin Xoca ilə müsahibə

- Nurəddin bəy, bu günlərdə ermənilər Qarabağda dinc insanlarımızı öldürən “Arabo” taboru haqda film çəkərək, bu quldur və cinayətlar dəstəni “qəhrəman” elan ediblər. Keçmiş müharibə iştirakçısı olaraq, bu dəstə haqda nə deyə bilərsiniz?

- Arbo taboru M Eqizaryan tərəfindən Suriya, Livan,Fransa, ABŞ və Sovet –Əfqan döyüşlərində iştirak etmiş muzdlulardan ibarət Avropanın ən güclü muzdlu taborundan biri idi!!

29 iyun 1992- ci ildə 123- cü rotanın 2- ci Gəncə taborunun komandiri Mehman Ələkbərova tezliklə kəşfiyyat rotasının komandiri Vaqif Həmidovdan Ağdərənin Həsənqaya kəndinə tərəf böyük erməni silahlı qüvvələrinin yaxınlaşması haqda məlumat gəldi! Mehman Ələkbərov Həsənqaya kəndinin qırağında yerləşən əkinlikdə kəşfiyyatın mövqe tutması haqda əmr verdi. Özü isə taboru trevoqa ilə qaldırarq komandanlığı məlumatlandırdı və Həsənqaya kəndinə tərəf bütün əlində olan qüvvələr ilə hərəkət etdi. Həsənqaya kəndinin qırağında Mehman Ələkbərovun məharətli manevri (gedişi) sayəsində erməni qüvvələri mühasirəyə alındı! 171 nəfər şəxsi heyyətə malik olan, ən axırıncı müasir silahlarla silahlanmış bu muzdlular dəstəsi 146 nəfərlik 123- cü rotanın 2- ci Gəncə taboru tərəfindən tamamı ilə məhv edildi. Taborunun komandiri M. Eqizaryan 3 nəfərlə hər şeyini atıb qaça bilmişdi. 167 nəfər düşmən leşi Həsənqaya kəndinin qırağında yerdə qaldı. Beləliklə Avropanın mifləşdirilmiş ən güclü müzdlu taborlarından biri sayılan, Xocalı və Qaradağlar soyqırımının bir nömrəli günahkarlarından olan “ ARBO “taboru qeyri bərabər döyüşdə Mehman Ələkbərovun məharətli manevrləri ilə bacarmayaraq panikaya uğramış və məhv edilmişdi! Ən müasir silahlarla silahlanmış böyük döyüş təcrübəsi olan 171 nəfərlik taboru qarşı, atıcı silahları olan 146 nəfərlik bir könüllülər taboru vuruşurdu.

Mamvel Eqizaryan Qaradağlı və Xocalı soyqırımının bir başa ilhamvericisi olub və bu taboru amansızlığı ilə tanınırdı. Ermənilər bu batalyonun məhvini 1994- cü ilə qədər gizlədirdilər. Lakin 1994- cü ildə Mamvel Enqibaryan taborunun məhv edildiyini boynuna aldı.

- Bu dəstənin ləğvi Azərbaycan ordusunun ümumi əhval-ruhiyyəsinə necə təsir etdi?

- Qarabağda hərbi əməliyyatları aparan 2-ci korpusun 123-cü polku tabeliyində olan Gəncə taborunun komandiri Mehman Ələkbərovun fitri hərbi istedadı ona imkan verdi ki, az qüvvə ilə Həsənqaya kəndinin ərazisində Arabo taborunun özünə sərf eden əraziyə çəksin və orada düşməni itki vermədən məhv etsin. Bu döyüş erməni silahlı qüvvələrinə ruh düşgünlüyü gətirdi. Azərbaycan silahlı qüvvələrinə isə əks hücuma keçmək üçün ruh yüksəkliyi verdi və inisiativi əllərinə almağa şərait yaratdı. Bununla da Azərbaycan ordusu erməni əlində olan, bağlanmış Kəlbəcər yolunu azad etdi, Laçın istiqamətində Sarıbaba strateji əhəmiyyətlı yüksəklikdən Laçına hücumu başladı.

- Belə bir cəsur komandirin sonrakı taleyi necə oldu?

- Mehman Ələkbərov 93-cü il Gəncə hadisələri zamanı 709-cu briqadaya hücum edən hökumət qoşunları ilə müdafiə olunan 709-cu briqadanın müdafiə olunan əsgərlərin arasına ağ bayraqla girib, sülh yaratmaq istəyən zaman güllələnmişdir. Bu zaman onun yanında olan batalyonun müavini Mehman Cəfərov da güllələnərək öldürülmüşdür. Bu hadisənin şahidi olan Mehman Ələkbərovun qardaşı Ağakərim Ələkbərovun dediyinə görə onları Qazax briqadasnın əsgərləri güllələmişdir.





Yorumlar









Aktif Ziyaretçi 46
Dün Tekil 1787
Bugün Tekil 1204
Toplam Tekil 4069125
IP 18.224.53.202






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu