"Ermənidən mükafat almaq arsızlıqdır" - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









"Ermənidən mükafat almaq arsızlıqdır" - Elnur ELTÜRK
Tarih: 28.06.2012 > Kaç kez okundu? 2977

Paylaş


Fəxrəddin Hacıbəyli: "Belə insanların əyilməyəcəyi bir şey yoxdur"

Almaniya Xristian Demokratlar İttifaqının üzvü, jurnalist Fəxrəddin Hacıbəyli ilə müsahibəsi

- Fəxrəddin bəy, bu günlərdə yazar Seymur Baycanın ermənilərdən mükafat alması ölkədə kifayyət qədər ciddi səs-küyə səbəb oldu. Özü də buna haqq qazandıraraq, üstəlik, əcəb elədiyini bildirməsinə münasibətinizi bilmək maraqlı olardı?

- Mən bu insanları heç anlaya bilmirəm. Sülhə, əminamanlığa, barışa ermənilər can atırlarsa, bunun üçün sərmayə qoyurlarsa, lap yeri gələndə simalarına yazıqlıq, süni günahkarlıq görkəmi verirlərsə, bunu başa düşmək olar, bu ermənilərə xas xüsusiyyətdir və əslində elə bu cür də davranmalıdırlar. Torpaq işğal edib və 20 idir əlində saxlayanlar istərdi ki, hər şey tezcə unudulsun, əlindəkini nə vaxtsa geriyə qaytara biləcəyi ehtimalınıı daim gündəmdə saxlayan ümumi kin, nifrət soyusun, hər şey yaddaşlardan silinsin. Bunu ermənilər edirləsə, tam haqlıdırlar.

Mən də işğalçı tərəfin bir münayəndəsi, ölkənin vətəndaşı olsaydım buna çalışardım. Amma bizimkilər (əgər onlar həqiqətən də bizimkidilərsə) düşmənin etməli olduğunu ondan qabağa düşüb canla-başla edirlərsə, buna nə ad verək? Bunun anlamı nədir? Erməni bir azərbaycanlıya nəyə görə mükafat verərmiş? Millətini sevdiyindənmi, onun gələcəyini aydınlatmağa çalışdığındanmı? Vətəndaşı olduğu ölkənin mənafeyini hər şeydən üstün tutduğunamı? Beşikdə körpənin alnına güllə sıxılmasını unuda və bağışlaya bilməməsinəmi görə? Nəyə görə ödülləndirər bir azərbaycanlını erməni, əgər o ayərbaycanlıdırsa və dəyərlərini danmayıbsa, ayaq altına atmayıbsa?

- Yəni sizə bu qədərmi təsir edib?

- Mən də, elə mükafat alan şəxs də müharibə bölgəsindənik, müharibə nəticəsində o da, mən də evimizi itirmişik, öldürülən insanlarımızın qanının iyi hələ burnumdan getməyib, bədənlərinin müxtəlif üzvlərini itirmiş insanların qışqırtıları hələ də qulaqlarımızdadır, el arasında deyilir, həlak olan insanlarımızın qəbirdə hələ cəsədləri soyumayıb... Bəs bu nə melanxoliyadır, bu nə arsızlıqdır? Adam arsız olanda heç olmasa ayağı altına almayacağı bircə şey, heç olmasa bir dəyər saydığı nəsə saxlayar. Mükafat olan (fərqi yoxdur bunu ədəbiyyata, incəsənətə görəmi, gimnastikaya görəmi, hoppanıb-düşməyəmi, nəyə görə aldığı fərq etməz) bu müharibə nəticəsində itirdiyi uşaqlığına aldığı bu hədiyyə ilə haqq qazandırmış olurmumu? Evinin (yəqin ki, olub) dağıdılmasına "afərin" demiş olurmu? Öldürülən insanlarının qanının halalığını vermiş olurmu? Millətinin tapdanan ismətinə "əh, nə olsun, mənimki deyil ki" demiş olurmu? Fərqli fikirli, olmaq nə bilim, guya çoxluqdan seçilmək, kütlənin fövqündə olmaq arsızlıq deyil? Alnamırsınızmı ki, erməni tərəfi bu barışıq üçün əldən-ayaqdan gedir. Hər şeyin bir an öncə bitməsi, unudulması altına imza atdıqları fəlakətlərin, vəhşiliklərin yaddaşdan silinməsi və növbəti planlarını həyata keçirmələri üçün qonşuluğunda unutqan, başına gətirilənləri yaddaşından silmiş manqurd çoxluq istəyirlər? Bir saata möhtac idisə, mən ona o saatın daha bahalısını alıb yollaya bilərdim. Bəs harda qaldı bunların sol dünyagörüşləri, mübarizə, maddi nemətlərə əqidəsini satmamaq fəlsəfələri? Yoxsa evindən didərgin salmış düşməninin əlindən həddiyyə almaq əqidə sferasına daxil deyil? Harda qaldı bəs "filan Nobel mükafatçısı filan prezidentin verdiyi ödülü geri qaytardı" populizmi? Hər yerdə (təbii ki, özü kimiləri istisna olmaqla) sifətinə qinaq dolu baxışların zillənəcəyinii bilə-bilə erməninin 50-100 avroloq hədiyyəsinə boyun əyənin hansısa prezidentin100-200 minlik ödülünü əlinin axrasıyla itələyəcəyini iddia etməsi boşboğazlıqdır. Bu özünü baha satmaq, özünü "əyilməzlik" mücəssəməsi kimi kütləyə sırımaqdır. Belə insanların əyilməyəcəyi bir şey yoxdur. Əgər hələ də evini işğalda saxlayandan 50 avroloq bir hədiyyəsinə boyun əyirsə, belə insanların əyilməcəyi, qarşısında muti olmayacağı, mədəsnin sulanmayacağı bir şey yoxdur...





Yorumlar









Aktif Ziyaretçi 53
Dün Tekil 1505
Bugün Tekil 1269
Toplam Tekil 4076050
IP 18.222.10.9






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu