SOYQIRIM QURBANLARI DAİM YAD EDİLİR - Serraf ORUCOĞLU - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









SOYQIRIM QURBANLARI DAİM YAD EDİLİR - Serraf ORUCOĞLU
Tarih: 09.06.2012 > Kaç kez okundu? 3057

Paylaş


Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verərək “Azərbaycan Xalqının Soyqırım Qurbanları” mövzusunda fotolardan və rəsm işlərindən ibarət keçirilən səyar sərgi haqqında məlumat verərək qeyd etdi ki, 2010-cu ilin iyun ayında Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi növbəti böyük layihəsi olaraq Azərbaycanda ilk dəfə “Azərbaycan Xalqının Soyqırım Qurbanları” muzeyini yaratmışdır.

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı qeyd etdi ki, XIX-XX əsrlərdə erməni şovinistləri azərbaycanlılara qarşı çoxlu sayda geniş miqyaslı soyqırım cinayətləri törətmişlər. Belə aksiyalar sırasında XIX əsrin 70-90-cı illərində, XX əsrin 1905-1907, 1918-1920, 1930-1940, 1948-1953, 1960-1970, 1988-1993-cü illərində erməni terror təşkilatlarının azərbaycanlılara qarşı keçirdiyi qanlı aksiyaları göstərmək olar. Bunun nəticəsində iki əsr ərzində 4 milyondan artıq azərbaycanlı xəsarət almış, yurd-yuvasından didərgin düşmüş, həlak olmuşlar. Lakin beynəlxalq aləmdə bu cinayətlər haqqında kifayət qədər məlumatların olmamasından, bunların beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməməsi, həmçinin tarixi ədalətin bərpası istiqamətində göstərilən səylərin əksəriyyətinin heç bir nəticə verməməsi göz qabağındadır.

Əksinə, erməni diasporasının beynəlxalq aləmdə apardığı yalan və iftiralarla dolu təbliğat bir sıra dövlətlərin qondarma erməni soyqırımını tanıması, çox hallarda isə bəzi dövlətlərin və tanınmış qeyri-hökümət təşkilatlarının ermənilərə müxtəlif təyinatlı yardım və dəstək göstərmələri ilə nəticələnir. Belə bir vəziyyətdə erməni şovinistlərinin və onların havadarlarının keçirdiyi siyasətdən əziyyət çəkən azərbaycanlıların hüquqları kobud şəkildə pozulur, onların haqq səsləri eşidilmir. Ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdiyi soyqırımların qurbanlarına həsr olunmuş muzeyin yaradılması bu problemin aradan qaldırılmasına, Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası istiqamətində atılacaq mühüm addım olacaq.

“Azərbaycan Xalqının Soyqırım Qurbanları” muzeyinin tədbirlər planına əsasən respublikamızın bütün rayon və şəhərlərində açıq havada səyyar sərginin keçirilməsini planlaşdırmışdır. Sərginin keçirilməsi ilə Rayon İcra Hakimiyyətlərinə göndərilən müraciətlərimizə əsasən Bakı şəhərinin Nizami rayonunda 10-11 noyabr 2011-ci il tarixdə, Binəqədi rayonunda 17-18 fevral, Səbail Rayon İcra Hakimiyyətinin tədbirinə əsasən 24 fevral “Hilton” oteldə, Nərimanov rayonunda 24-25 fevral, Səbail rayonunda 8 may 2012 –ci il tarixlərində açıq havada səyyar sərgi keçirilmişdir. Keçirilmiş tədbirlər rayon içtimaəti arasında böyük maraqla qarşılanmışdır.

Elşən Uluxanlı təssüf hissi ilə bildirdi ki, müraciət ünvanladığımız, Bakı şəhərinin digər rayonlarından bu günə kimi səyyar sərginin keçirilməsinə razılıq ala bilməmişik. Dəfələrnən bu barədə həmin icra hakimiyyətləri ilə əlaqə saxlasaq da “sizin məktubunuz Başçıdadır” cavabı verilmişdir. Görəsən belə bir tədbirə nəyə görə laqeyid münasibət bəsləyirlər. nəinki rayon İcra Hakimiyyətləri hətda sərgiyə dəvət olunan Ziyalılar, Millət Vəkilləri ələlxususən də Aztv-dən başqa digər aparıcı televiziya kanalları biganə yanaşaraq bu günə kimi keçirilən tədbirlərin heç birində iştirak etməmişlər. Bu isə gənclərimizdə ruh düşkünlüyü yaradır.

Ümüdvadıq ki, belə bir muzeyin yaradılması məqsədi ilə nəzərdə tutduğumuz yerlərdən birində Azərbaycan Xalqının soyqırımına həsr olunmuş muzeyin olması böyük siyasi və rəmzi məna daşımış olacaqdır.

“Azərbaycan Xalqının Soyqırım Qurbanları” muzeyinin layihəsi sahəsində görüləcək işlər, Azərbaycan Dövlətinin 2012-2015-ci ildə, yeniyetmə və gənclər barəsində nəzərdə tutulmuş dövlət siyasətinə və böyüməkdə olan gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyyə olunmasına dəstək olacaqdır.





Azərbaycan Respublikası Milli Qəhrəmanlarını

Tanıtma İctimai Birliyinin Mətbuat xidməti





Yorumlar









Aktif Ziyaretçi 29
Dün Tekil 1927
Bugün Tekil 770
Toplam Tekil 4066904
IP 3.140.242.165






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu