“Hal-hazırda Almaniya-Azərbaycan münasibətlərinin gərginləşməsinə ehtimal azdır” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“Hal-hazırda Almaniya-Azərbaycan münasibətlərinin gərginləşməsinə ehtimal azdır” - Elnur ELTÜRK
Tarih: 27.05.2012 > Kaç kez okundu? 3238

Paylaş


“Hal-hazırda Almaniya-Azərbaycan münasibətlərinin gərginləşməsinə ehtimal azdır”





Köln Üniversitetinin doktorantı, beynəlxalq məsələlər üzrə eskpert İbrahim Əhmədovun “Vətəninfo.az” müsahibəsi



İbrahim bəy, bu gün Almaniya-Azərbaycan münasibətlərində nələr baş verir?



- Bir növ anlaşılmazlıq. Xarici siyasətdə Azərbaycan Almaniya və Avropa ölkələri üçün strateji tərəfdaşdır, lakin bununla yanaşı siyasi mədəniyyət baxımından Azərbaycan və Avropa cəmiyyətləri arasında böyük fərqlər mövcuddur. Müşahidə etdiyimiz siyasi anlaşılmazlıq məhz buradan qaynaqlanır. Avropa mediyalarının xarici ölkələrin daxili siyasətinə tənqidi yanaşması, istər Azərbaycan ya Ukrayna, istərsə də Rusiya və hətta ABŞ kimi dövlətlərə qarşı olsun, təbii bir haldır, və belə hallar Almaniya ilə həmin ölkələr arasında olan siyasi və iqtisadi münasibətlərə adətən ciddi təsir göstərmir.

Nəzərə almaq lazımdır ki, xarici siyasət əsasən üst-üstə düşən maraqlar üzərində qurulur. Cəmiyyətlərdə hökm sürən müxtəlif dəyərlər və mədəniyyət də siyasətə təsir göstərə bilər, lakin çox vaxt bu təsir cüzidir. Belə ki, məsələn, alman siyasətçiləri özlərinin Qərb dəyərlərinə, insan hüquqları və demokratiyaya qarşı sadiq olduğunu, ən azından, mediaların qarşısında sözdə təsdiq etməlidirlər. Lakin çox vaxt siyasətçilər bu bəyanatlara ciddi əməl etmirlər.

Misal üçün jurnalistlər Almaniyanın xarici işlər nazirindən başqa bir xarici ölkədə insan hüquqlarının pozulması hallarını necə dəyərləndiyini soruşanda, nazir nə susa, nə də bu iddianı təkzib edə bilər. Gərək müvafiq bir cavab və ya bəyanat versin ki, özünün və rəhbərlik etdiyi strukturun öz cəmiyyətində mövcud olan dəyərlərə sadiq olduğunu nümayiş etdirsin. Almaniya höküməti və parlamentinin insan hüquqları üzrə müvəkkillərinin işi isə əsasən bundan ibarətdir. Onlar Rusiyada insan hüquqlarının pozulmasını da, Amerikada ölüm cəzasının tətbiq olunmasını da tənqid edə bilərlər, lakin əməldə bu bəyanatlar Almaniyanın xarici siyasətinə ciddi təsir göstərmir. Son zamanlar Azərbaycana qarşı olan şifahi “hücumlara” da məhz bu prizmadan baxmaq lazımdır.



Maraqlı olan odur ki, alman mediasında Azərbaycan hakimiyyəti sərt tənqid olunur, amma bir dəfə olsun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir yazıya və ya Ermənistanın işğalçılıq siyasəti tənqid olunmur. Sizcə, bu nə ilə bağlı ola bilər?



Avroviziya qalmaqalından əvvəl Almaniya KİV-lərində dəfələrlə Qarabağ məsələsi ilə bağlı məqalələr dərc olunmuşdur. Və hətta bu məqalələrin bəzisi Azərbaycana qarşı müsbət mövqedən çıxış edir. Sadəcə son zamanlar Avroviziya ilə əlaqədar olaraq, diqqət Azərbaycanın daxili siyasətinə yönəlmişdir və bu səbəbdən Qarabağ məsələsi və digər məsələlər indi az xatırlanır. Avroviziyadan sonra bu durumun dəyişilməsini gözləmək olar.



Ümumiyyətlə, Almaniya-Azərbaycan münasibətlərinin gərginləşməsi hər iki ölkənin maraqları üçün hansısa problemlər yarada bilərmi və xüsusilə, bu prosesdən Ermənistan hansısa divident qazanması mümkündürmü?



Hal-hazırda Almaniya-Azərbaycan münasibətlərinin gərginləşməsinə ehtimal azdır. Buna görə də bu prosesin nəticələrindən danışmaq indi yersiz olar. Hal-hazırda Azərbaycana qarşı yönəlmiş qara piar kompaniyası nə qeyri adi, nə də planlaşdırılmış bir fenomendir. Bu fenomen artıq başqa ölkələrə qarşı da müşahidə olunub. Misal kimi qarşımızdakı Futbol çempionatı ilə əlaqədar alman mediyasının Ukraynanı atəşə tutmasını gətirmək olar. Bu hal, demək olar ki, hər dəfə böyük mədəniyyət və idman tədbirlərinin astanasında təkrarlanır. Azərbaycan bu KİVlərin nə ilk, nə də son qurbanıdır.

Düzdür, azərbaycanlıların bir çoxuna bəzi tənqid və iddialar əsassız görünür, lakin bu söz azadlığıdır. Avropadakı söz azadlığının mənası budur ki, hər bir söz deyilə bilər, lakin hər deyilən söz qəbul olunmaz. Və xüsusən siyasətdə - bir az latayır səslənsə də - hər deyilən sözə ciddi əməl etməzlər. Alman siyasətçiləri qərbin dəyərlərinə sadiq olduqlarını sübut etmək üçün KİVlərdə yayılan xəbərlərə bir reaksiya göstərməlidirlər, lakin əməldə bu bəyanatların təsiri görünmür. KİVlərdəki Ukraynaya qarşı yönəlmiş tənqid kompaniyasına baxmayaraq, Almaniya höküməti adicə futbol cempionatını boykot etməkdən belə imtina etdi. Siyasi və iqtisadi münasibətlərin kəsilməsindən isə söhbət gedə bilməz. Yeganə nəticə Almaniyanın hökümət məmurlarının Ukraynaya qarşı bir neçə mənfi bəyanat verməsi olub. Azərbaycanla Almaniya arasında olan siyasi və iqtisadi münasibətlər hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır və bu cür gəlib-ötən qalmaqallar bu münasibətlərə ciddi təsir göstərməz.



Eurovision yarışmasına Almaniya mediasında diqqət varmı?



Hər bir ölkədə olduğu kimi, Almaniyada da Avroviziyanı izləyənlər çoxdur. Ehtimal verə bilərik ki, Avroviziya finalının əsnasında, alman telekanallarında Azərbaycana qarşı tənqidi olan materialların yayımlanması daha da artacaq. Lakin biz özümüz bunu ciddi qəbul etməsək, bu qalmaqalın siyasi müstəvidə Azərbaycan-Almaniya münasibətlərinə ciddi mənfi təsir göstərməsinə olduqca az ehtimal var.









Yorumlar









Aktif Ziyaretçi 49
Dün Tekil 1349
Bugün Tekil 957
Toplam Tekil 4074233
IP 18.118.184.237






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu