HİMN QALMAQALI - Nərmin MƏMMƏDLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









HİMN QALMAQALI - Nərmin MƏMMƏDLİ
Tarih: 26.05.2012 > Kaç kez okundu? 3453

Paylaş






Dövlətçilik termini kimi istifadə edilən himn sözü yunan mənşəli olub, ilkin mənada qədim Yunanıstanda allahların və qəhrəmanların şərəfinə qoşulub oxunan təntənəli nəğmələr anlamını daşıyıb. XIX əsrə qədər Avropa ölkələrində də dini nəğmə və mahnılar bu ad altda səslənirdi. Müasir dövrdə isə bu söz beynəlxalq dövlətçilik terminologiyasında "dövlət tərəfindən qəbul edilən milli müstəqillik və milli birlik rəmzi olan təntənəli musiqi əsəri" mənasını daşıyır. Bizdə də məna baxımından fərqli deyil.

Qədim türk ənənəsində Himn

Himnin dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqlarından gəlir. Qədim türklərin dövlətçilik ənənəsinə əsasən bayraq və təbil (əsgəri musiqi) dövlətin istiqlaliyyətinin ən qutsal rəmzləri sayılırdı. Keçmişdəki ifadəsi ilə təbil, bugünkü himni əvəz edirdi. Təbii ki, bu ənənə bizim dövlətçilik tariximizdə də mövcud olub. Belə ki, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında dövlət musiqisini icra etmək üçün 98 nəfərdən ibarət təbilçilər dəstəsi saxlanırdı. Bunu tarixi qaynaqlar da təsdiqləyir. Diqqətçəkici məqam odur ki, keçmişdə də bu musiqi səsləndiyi zaman mütləq şəkildə bugünkü kimi ayağa qalxılmalı idi. (Bu qayda bir tək Osmanlı sultanı II Mehmet tərəfindən aradan qaldırılmışdı.) Beləcə tarixi araşdırmalar da göstərir ki, təbil çalınması ənənəsi tamamilə bugünku himn ənənəsinin mənbəyidir. Bu ənənə dövləti, hökmdarı, milləti təmsil etdiyindən daim türklərdə qutsal sayılıb, elə bu gün bizlərdə də olduğu kimi.



AXC dövründə himnimiz təsdiq olunmayıb

İstənilən xalqın düşüncəsində milli marşları onun mili birliyinin təşəkkülü üçün zəruri sayılır. Hələ 1917-ci il dekabrında "Açıq söz" qəzetində görkəmli yazıçı və ictimai xadim Yusif Vəzir Çəmənzəminli bu məqamı "Zəruri məsələlər" adlı yazısında qeyd edir. Ona cavab olaraq isə dahi Üzeyir Hacıbəyov “Milli Marş” adlı məqaləsini dərc etdirir. Yusif bəy xüsusən bu məsələyə Üzeyir bəyin əl qoymasını arzulayırdı. Doğurdan da bu arzu reallaşır. 1918-ci il Azərbaycan Xalq Cumhuriyyəti qurulur. Bu zaman Xalq Maarif Nazirliyi hökumətin tələbi ilə milli himnin və dövlət gerbinin hazırlanması haqqında rəsmi təkliflərini təqdim edir. Bu barədə ilk dəfə hökümətin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetinin (rusca) 14 Noyabr 1919-cu il tarixli sayında bəhs olunur. Məlumatda bildirilir ki, Xalq Maarif Nazirliyi himnin yaradılması üçün müsabiqə elan edilməsini, müsabiqəyə himn layihələrinin 1920-ci il fevralın 1-nə qədər təqdim olunmasını, ən yaxşı himnə görə isə 15 min rubl miqdarında mükafat verilməsini məqsədəuyğun hesab etmişdir. Və Üzeyir Hacıbəyovun bəstələdiyi marş himn olaraq seçilir. Lakin Dövlət himninin qəbulu sahəsində bu kimi addımlar atılsa da, rus-bolşevik istilası bu ideyanın tam şəkildə gerçəkləşdirilməsinə (himnimiz təsdiq oluna bilmədi) imkan vermir.



Azərbaycan SSR-nin himni



Azərbaycan SSR qurulduqdan sonra uzun bir müddət konstitutsiyada (1921-ci il, 1927-ci il və 1937-ci il konstitusiyalarında) dövlət himni barədə maddə olmamışdır. Dahi bəstəkar Üzeyir Hacıbəyov 1930-cu ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə himn (mətn də bəstəkarındır) tərtib edir. Lakin bu himnin Azərbaycan SSR-nın dövlət himni kimi qəbul edilməsi haqqında məlumat əldə edilməmişdir.



1945-ci ildə qəbul edilən Azərbaycan SSR-in Dövlət himninin bəstəkarı yenidən Üzeyir Hacıbəyov olur. Himnin sözləri isə Səməd Vurğun və Süleyman Rüstəmə məxsus idi. Lakin II dəfə müstəqillik əldə edilməsi ilə bu himn qüvvədən düşür.



90-cı illərdə himn qalmaqalı



Müstəqillik ərəfəsində himn məsələsi müzakirə edilən zaman mətnin redaktəsi şair Vaqif Səmədoğluya, musiqinin redaktəsi Aydın Əzimova tapşırılır. Vaqif Səmədoğlu müsahibələrindən birində himnin mətnində texniki xarakterli dəyişiklik etdiyini deyir. 27 may 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən İsa Qəmbərin fərmanı ilə 1919-cu ilə tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq olunur. Bununla iki yanlışlığa yol verilir: Birincisi, dövlət himni məqsədilə yazılmış “Azərbaycan Milli marşı” yox, başqa əsər (Milli Marş) təsdiq edilir. İkincisi, fikir müxtəlifliyinə baxmayaraq, heç bir ciddi araşdırma edilmədən mətnin müəllifi kimi Əhməd Cavadın adı rəsmiləşdirilir.



Qeyd edək ki, milli himnin bərpa olunması 1991-1992-ci illərdə türkoloq-alim, parlamentin elm, təhsil və mədəniyyət komissiyasının sədri Firudin Cəlilovun rəhbərliyi altında həyata keçirilib. Mövzu ilə bağlı Firudin müəllim qəzetlərin birinə açıqlama verərək bildirmişdi ki, biz çox çətinliklə Azərbaycan SSR-nin himni qəbul olunsun deyənləri inandıra bildik ki, bizim əsl himnimiz 1918-1920-ci illərdə yazılandır. Onun da musiqisi Ü.Hacıbəyovun, sözləri isə Ə.Cavadındır" - deyən Firudin müəllim himnin bərpasında Ə.Cavadın oğlu rəhmətlik Yılmaz Axundzadənin onlara yardımçı olduğunu söyləyir.

Əhməd Cavad ya Cəmo Cəbrayılbəyli yoxsa başqası?

Himnimizin bəstakarı bütün mənbələrdə Üzeyir Hacıbəyov göstərilir. Bu bilgi heç kəsdə şühbə doğurmur. Lakin mətnin müəllifi barədə illərdir səngiməyən söz-söhbətlər baş alıb gedir. Əhməd Cavad da daxil edilməklə, kimisi müəllif olaraq Cəmo Cəbrayılbəylini, kimisi Cəmo Hacınskini, hətta kimisi də elə Üzəyir bəyin özünü müxtəlif arqumentlər gətirərək qeyd etmişdir. Mən nə tarixçiyəm, nə ədəbiyyatşünas, o səbəbdən hansı daha doğrudur, qeyd etməyin çox da doğru deyil. Bu baxımdan sadəcə var olan iddiaları obyektiv şəkildə diqqətinizə çatdırmaq istəyirəm.

Qeyd edim ki, himnimizin sözləri 1919-cu ildə Bakıda ilk dəfə “Milli Nəğmələr” məcmuəsində “Vətən marşı” adı ilə çap olunub. Bu kitab Azərbaycan şairlərinin Vətən haqqında şeirlərinin toplusu idi. Bu məqamı hərkəs yekdilliklə qəbul edir. İddialara görə himnin sözləri qeyd etdiyim məcmuədə "Cəmo bəy" imzası ilə çap olunmuşdur. Bu imza isə ADR dövründə həm parlament, həm də hökümət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur. Lakin bizləri çaş-baş salan iddia edilən ikinci isim Cəmo bəy Cəbrayılbəyli də eyni imzanı istifadə edirdi. Bu barədə xüsusən ədəbiyyatşünas alim, tənqidçi, “Xalq qəzeti”nin şöbə müdiri İlham Abbasov təkid edənlər içərisindədir. Əslində bu heç də yeni bir iddia deyil. Hətta tarixçi Möhsün Əliyev 1990-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin 20 aprel nömrəsində yazdığı məqalədə vurğulayır ki, “Azərbaycan marşı”nın sözləri Cəmo Cəbrayılbəylinindir.” Hətta o vaxtlar qeyd etdilər ki, Cəmo bəy Cəbrayılbəylinin 1919-cu ildə çıxan şeirlər kitabında həmin şeir də var. Alim Aybəniz Kəngərli “Xalq” qəzetində bu haqda məqalə yazdı və həmin kitabın üz qabığını da göstərmişdi.

Maraqlı bir məqamı diqqətinizə çatdırım: Ədəbiyyat İnstitutunun Elmi Şurasının tələbi ilə yaradılan xüsusi komissiya 2000-ci il 1 fevral tarixində akademik Bəkir Nəbiyevin sədrliyi ilə keçirilən iclasda himnin mətninin Əhməd Cavada məxsus olmaması barədə birmənalı şəkildə qərar verdi. Yalnız Cəmo bəy imzasının həmin dövrün başqa bir görkəmli ziyalısı Cəmo Hacinskiyə mənsub ola bilməsi haqqında irəli sürülən ehtimal Cəmo Cəbrayılbəylinin müəllifliyinin təsdiq olunmasını təxirə saldı. Yeri gəlmişkən, qeyd edim ki, Cəmo Hacinski rusdillidir və onun Azərbaycan dilində qələmə aldığı heç bir yazısı əlimizdə yoxdur.

Əhməd Cavada məxsusluğuna gəlincə, bu barədə də deyilənlərə görə elə də ciddi bir arqument yoxdur. Bu barədə ilk dəfə “Respublika” qəzetində Ədəbiyyat İnstitutunun əməkdaşı, elmlər namizədi, Əhməd Cavadın tədqiqatçısı Aybəniz Əliyeva yazmışdı. Şair Vaqif Səmədoğlu bu məsələ ilə bağlı açıqlamasında bildirir ki, onun himnimizin müəllifi olaraq Əhməd Cavadın adının rəsmiləşdirilməsində heç bir rolu olmayıb. Azərbaycan himninin tərtib edilməsinə dair yaradılan komissiyada bu iddianı ortaya atanlardan biri şair Rafiq Zəka olmuşdur. Rafiq bəyin iddiası ilə yanaşı 1968-ci ilə maestro Niyazinin Türkiyədən gətirdiyi “Azərbaycan” adlı jurnalda Azərbaycan marşının müəllifi məhz Əhməd Cavad göstərilmişdi. Hətta Aydın Əzimovun müstəqillikdən öncəki himn üzərindəki redaktəsi məhz bu jurnaldakı notlar üzərində formalaşdırılmışdı. Artıq Meydan Hərəkatı dövründə mitinqlərdə Üzeyir Hacıbəyovun “Koroğlu” operasından uvertura əvəzinə bu himn səsləndirilirdi. Demək Milli Məclis marşı himn olaraq qəbul edəndə o artıq məşhur idi. Hər kəs də mətn müəllifinin, “Azərbaycan” jurnalında qeyd edildiyi kimi, Əhməd Cavad olduğundan əmin idi.

Üçünçü bir iddia isə mətnin müəllifinin də məhz Üzeyir bəy olduğudur. İlk dəfə görkəmli türk musiqişünası Etem Üngörün “Türk marşları” kitabında (Ankara 1966) bu məqamdan bəhs edilmişdir.Yəni kitabda sadəcə musiqinin deyil, sözlərin də müəllifi Üzeyir bəy göstərilirdi. Hətta Ramazan Xəlilov Üzeyir bəyin öz dəst xətti ilə yazılan milli marşın əlyazmasını əldə etmişdi. Orada Üzeyir Hacıbəyovun öz xətti ilə rus dilində musiqi və sözləri Üzeyir Hacıbəyov deyə yazılmışdı. Lakin bu əlyazma rəsmiləşdirilmədi, nəticədə ortaya da çıxmadı.



Himnin sözləri dəyişdirilməlidirmi?

Ciddi araşdırmalar aparmaq əvəzinə məsələnin mahiyyəti dəyişdirilərək “himni dəyişmək” fikri ortaya atıldı. Parlamentdə bu məsələ xüsusilə müzakirələrə səbəb oldu. Hətta (2000-ci il martın 23-də ) bir nəfər müxbir təyyarə meydanında mərhum prezident Heydər Əliyevə “Himnimizi dəyişmək istəyirlər, sizin buna münasibətiniz necədir?” deyə sual vermişdi. Heydər Əliyevin cavabı isə belə olur: “Bizim himnimiz hamınınkından yaxşıdır, onu dəyişmək olmaz!”. Bu cavab himn dəyişilsin deyənləri bir müddət süküta qərq etsə də, az sonra yenidən müzakirələr başlayır.

Bir çox ziyalılardan himnin dəyişilməsinə indiyədək dəstəklər gəlir. Bu məsələni xüsusilə xalq şairi, keçmiş millət vəkili Zəlimxan Yaqub və başqaları parlament səviyyəsində dəfələrlə qaldırır . Millət vəkili Aqil Abbas kimi bir neçə ziyalımız da himndə redaktələr etmək təklifi ilə çıxış etmişdir. Daha bir maraqlı təklif Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri Zeynal Məmmədlidən gəlmişdir. O biri müasir dövrü, biri keçmişi əks etdirən iki himnin tərtib edilməsi təklifi ilə çıxış edir.

Qeyd edim ki, yuxarıdakılar sadəcə himnlə əlaqədər irəli sürülən bir neçə təklifdir. Himnin sözlərinin arxaikliyi, anlaşılmazlığı, mətninin uzunluğu və s. kimi səbəblər göstərilərək müxtəlif təkliflər bildirilmişdir. Lakin himnimizə sahib çıxıb dəyişdirilməsin deyənlər də az deyil. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, şair Vaqif Səmədoğlu, şair Rüstəm Behrudi, Xalq artisti, professor Arif Babayev və başqaları dəstəkçilər sırasındadır.

Son qərar verilməlidir

Bəli, göründüyü bu gün dövlət atributlarına qarşı laqeydliklər çoxdur. Bu isə bizim dövlətimizin əlbət ki, ziyanınadır. Hər bir millət dövlətinə sevgisini onun atributlarına diqqəti fonunda göstərir. Burada xüsusən də ziyalıların böyük məsuliyyəti var. Bu baxımdan əminəm, mənim kimi hər kəs arzu edərdi ki, qeyd edilən məsələyə daha ciddi yanaşılsın. Və günü-gündən artan söz-söhbətlərə son qoyularaq dəqiq və qərəzsiz bilgi verilsin. Mənimçün fərq etmir, istər dahi şairimiz Əhməd Cavad olsun, istər dahi bəstəkarımız Üzeyir bəy, və ya lap Cəmo bəylər olsun. Fərq etməz, onlar bu torpağın övladlarıdır. Amma bu kiminsə haqqını tapdalamağa bizə izn vermir. Onunçün tarixçilərimiz, ədəbiyyatşünaslarımız, musiqişünaslarımız bu məsələni köklü şəkildə araşdırıb gizli məqamları aydınlatmağa borcludurlar. Himnimizin sözlərini dəyişməyə gəldikdə bu məsələ fikrimcə, hal-hazırda çox lazımsızdır. İstər millət vəkillərimiz olsun, istərsə də bu məqama dəstək verən ziyalılarımız öncə bu ciddi məsələni araşdırsınlar, sonra dəyişmək barədə düşünsünlər.





Yorumlar









Aktif Ziyaretçi 46
Dün Tekil 1787
Bugün Tekil 749
Toplam Tekil 4068670
IP 18.221.53.209






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.598 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu