BASIN AÇIKLAMASI - Peyman SADIQOĞLU - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









BASIN AÇIKLAMASI - Peyman SADIQOĞLU
Tarih: 31.03.2012 > Kaç kez okundu? 3195

Paylaş


Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ağsaqqallar Şurası və Qadınlar Şurası 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə bəyanat ünvanlayıb



Bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq.

Son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi daxil olmuşdur.

Rusiya və İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Azərbaycanın parçalanması prosesi başlanmışdır. 1828-ci ildə Azərbaycan torpaqları İran və Rusiya arasında bölüşdürüldükdən sonra, ermənilərə muxtariyyət vəd edilmiş, onlar müxtəlif ölkələrdən, xüsusən də İran və Türkiyədən köçürülərək Azərbaycanın Qərb torpaqlarında yerləşdirilmişlər. On minlərlə erməni tarixi Azərbaycan torpaqları olan İrəvan quberniyasında, Naxçıvanda, Qarabağda, habelə digər bölgələrdə məskunlaşdırılmışdır. 1828-1830-cu illərdə Azərbaycan əhalisinin etnik tərkibi məqsədli şəkildə ermənilərin xeyrinə dəyişdirilmişdir.

Ötən əsrin əvvəllərində xalqımıza qarşı yürüdülən bu siyasət nəticəsində azərbaycanlılar öz əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirmişlər. İyirminci əsrin sonunda isə erməni işğalçıları Dağlıq Qarabağı və ətraf yeddi rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayılı zəbt etmişlər.

Azərbaycan əhalisi dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən insan hüquq və azadlıqlarının kütləvi surətdə pozulması hallarına, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə və deportasiyaya məruz qalmışdır.

1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırım siyasətinin ən dəhşətli təzahürlərindən biri olmuşdur. Erməni daşnakları üç gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, qiymətli tarixi abidələri məhv etmişlər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda və digər bölgələrdə də bu cür faciələr törədilmişdir.

1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150-yə yaxın kənd xarabalığa çevrilmiş, 50 mindən çox soydaşımız qətlə yetirilmişdir.

Erməni şovinistləri azərbaycanlıların öz tarixi torpaqlarından qovulmasına sovet dövründə də nail olmuşlar. Belə ki, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarı ilə 150 min azərbaycanlı Ermənistan SSR ərazisindən deportasiya edilərək, Azərbaycanın Kür-Araz ətrafı bölgələrinə köçürülmüşdür.

1988-ci ildə Ermənistan SSR Ali Soveti «Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında»” hüquqazidd qərar qəbul etdikdən sonra erməni silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, 10 minlərlə insan kütləvi qırğınların qurbanı olmuş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, yüzlərlə yaşayış məntəqəsi, təhsil, səhiyyə, mədəniyyət obyektləri, tarixi abidələr dağıdılmışdır.

Beynəlxalq hüquqa görə, soyqırım ən ağı beynəlxalq cinayət olmaqla, təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayətlər qrupuna aid edilir.

Soyqırım cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş «Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırım hər hansı milli, etnik, irqi yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. Soyqırım və insanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir.

Azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni millətçiləri tərəfindən uzun illər boyu planlı və məqsədyönlü surətdə həyata keçirilib. Halbuki beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının ərazi bütövlüyü, qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir. Xalqımıza qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri beynəlxalq səviyyədə öz siyasi-hüquqi qiymətini almamış bu qanlı soyqırım tarixin açılmamış səhifələrindən biridir.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və ilk dəfə olaraq azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları rəsmi surətdə bəyan edilmişdir. 1998-ci ildən etibarən 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.

Həqiqətdən kənar, saxta sənədlərdə guya soyqırıma məruz qaldıqlarını sübuta yetirməyə çalışan işğalçı Ermənistanın törətdiyi əməllərə dünya birliyi tərəfindən layiq olduğu qiymətin veriməsi vaxtı artıq çatmışdır.

Hətta bu günlərdə Corc Buş administrasiyası uydurma erməni genosidi qətnamə layihəsini Konqresdən keçirməyə çalışanlara qarşı qətiyyət nümayiş etdirmiş, uydurma sənədin qəbulunun beynəlxalq əlaqələr sisteminə ciddi zərbə vuracağını bəyan etmişdir.

Dünyanın bir sıra ölkələrində qondarma “erməni soyqırımı” ilə bağlı dinləmələrin keçirilməsi baş tutmayıb, “erməni soyqırımı”na “yox” deyilib.

1918-ci ilin Mart soyqırımından 89 il keçir, lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür. Beynəlxalq terrorizmə qarşı mübarizə aparmağı qarşısına məqsəd qoyan dünya ictimayyəti, nəhayət, Azərbaycan xalqının başına gətirilən bu zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməlidir.

Ümid edirəm ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləyəcək, ədalət tezliklə öz yerini tapacaq, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunacaqdır. İnanırıq ki, Siz Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın, Azərbaycan xalqının pozulmuş hüqüq və azadlıqlarının bərpa edilməsində bütün imkanlarınızı səfərbər etməklə yardımçı olacaqsınız.\





Dünya Azərbaycanlıları Konqresinin

Mətbuat Xidmətinin Rəhbəri

Peyman Sadıqoğlu





Yorumlar









Aktif Ziyaretçi 22
Dün Tekil 1097
Bugün Tekil 823
Toplam Tekil 4072750
IP 3.133.109.211






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























14 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K peklerin dudaklar de di diye deniz kirlenmez.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 9.775 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu