Güney Azərbaycanı Tərk Edən Milli Fəallar və Amerika Lider Axtarışındadır - Elnur Eltürk - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Güney Azərbaycanı Tərk Edən Milli Fəallar və Amerika Lider Axtarışındadır - Elnur Eltürk
Tarih: 25.02.2009 > Kaç kez okundu? 12733

Paylaş


Bu gün avropanın və dünyanın başqa yerlərində İran despotizm və teokratik dini hakimiyyətinin üsul idarəsinin zülmündən canını qurtaran yüz minlərlə Azərbaycan türkləri yaşayır. Onlar siyasi milli-mənəvi diskriminasiya məruz qalaraq doğulduğu böyüyüb başa çatdıqları məmləkətlərini tərk edirlər.

Xüsusi ilə 1978-79 ci ildə İranda siyasi hakimiyyətin dəyişməsindən sonra milli fəallar kütləvi sürətdə məmləkətlərini tərk etməyə başladılar. 1946 ci ildə milli hökümətin devrilməsindən sonra milli fəallar Güney Azərbaycanı tərk etsədə amma o qədər kütləvi xarakter daşımırdı. Cox təəssüflər olsun ki, həmin siyasət bu gündə getməkdədir.

Düzdür bu gün milli fəalların Güney Azərbaycanı tərk etməsi və daxildə gedən milli azadlıq hərəkatından müxtəlif yollarla kənarlaşdırılmaları İran hakimiyyətinin maraqlarına cavab versədə,ancaq milli hərəkat inkişaf nüvəsini qoruyub saxlayır və məcburi şəkildə ölkəni tərk etməyə məruz qalan milli fəallar yaşadıqları ölkədə milli yönümlü işləri davam etdirməkdədirlər.

İran dövləti və onun despotik siyasəti milli fəalları həbs etdirsədə və ya sui-qəsd yolu ilə aradan götürsədə bu addımlar soydaşlarımızı milli dava aparmaqdan çəkindirmir.

Artıq beynelxalq qurumlar və Amerika administrasiyası,analitik mərkəzlər Güneyin strateji və bölgədə oynadığı rolu hesaba almağa başlayırlar. Son vaxtlar Amerika mediasında İranda yaşayan Azərbaycan türklərinin hüqüqlarının pozulması ilə bağlı tez tez informasiya rast gəlirik. Nəzərə alsaq ki, amerikada medianın siyasi hakimiyyətə böyük təsiri var və əksər vaxtlar amerika hakimiyyətinin qabaqcadan atacağı addımlar ilk öncə mediada əksini tapır.

Yaxın və orta şərqdə gedən geosiyasi proseslər və bunların fonunda Amerika-İran ziddiyyətlərinin artması gələcəkdə Güney Azərbaycanın önəmliyini bir daha artıracaqdır. Amerika İrana daxil olmağın yolunu Güney Azərbaycandan keçdiyini qəbul edir. Bunun artıq işartıları görülməkdədir. Bunları hesablayaraq addımlar atılmalıdır və milli savaş sistemli şəkildə ortaya qoyulmalıdır. Bunun üçün:

Bu məsələdə Güney Azərbaycanın Azadlığı uğrunda mücadilə aparan təşkilatların və qurumların üzərinə böyük məsuliyyət düşür. Hansı təşkilat öz aydın proqramı və güclü intellektual potensialı ilə ortaya çıxa bilsə proseslərə öz təsir gücünü saxlaya biləcəkdir. Zaman hər gün Azərbaycan türklərinin xeyrinə işləməkdədir. Sadəsə olaraq proseslərə təkan vermək üçün xaricdə fəaliyyət göstərən milli təşkilatlarımız milli məsələlərdə birgə addım ata bilsinlər və fəaliyyətlərində assosiativlik yarana bilsin.

Nə qədər ki, milli qurumlar arasında şəxsi intriqalar və milli davaya ziyan gətirəcək mənfi düşüncə tərzi ilə yüklənmiş enerji ab havası hökm sürəcək hərəkata mənfi təsirini göstərəkdir.

Xaricdə yaşayan Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderləri bu məsələdə cox ehtiyyatlı və xalqı çaşdırıcı addımlardan kənarda durmalıdırlar. Çünki,onların hər hansı atacağı mənfi və ya müsbət addımlara bir başa olaraq Milli Hərəkata təsir göstərir.

Artıq sevindirici xəbərlər almaqdayıq milli qurumlar arasında bir birgə addım atmaqları ilə bağlı təşəbbüslər görülməkdədir. Ola bilər ki,bəzi qurumlar arasında cüzi problem ola bilər. Amma tədirəcən münasibətlər öz axarina düşəcəkdir. Bu gün Güney Azərbaycan Milli Oyanış Hərəkatı, Güney Azərbaycan İstiqlal Partiyası və Dünya Azərbaycanlıları Konqresı,Danimarkada fəaliyyət göstərən Güney Azərbaycan İnsan Hüqüqları Komitəsi, Güney Azərbaycan Konqresi və s adını cəkə bilmədiyimiz milli təşkilatlar potensialını səfərbər edərək Güney Azərbaycanın Azadlığı üçün sistemli calışmalar edirlər. Son vaxtlar bu qurumlar avropada parlamentarilərlər görüşlər təşkil edərək diqqəti Güneyə yönəldirlər. Bu gün avropanın siyasi kuluarlarında artıq İranda 35 milyon türk toplumunun məktəb,anadilində qəzet ve jurnallarının olmadığı haqqında bilgilər artmaqdadır.

Amerika Lider axtarışındadır - Maraq doğuracaq məsələlərdən biridə Amerika administrasiya ilə görüşlərə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderləri çağırılmırlar. Bu yaxında GAMOH un lideri doctor Mahmudəli Çöhraqanlının Vaşınqtonda təmaslara keçəciyi barədə xəbərlər dolaşsada amma sonradan heç bir məlumat ortaya çıxmadı.

İran Azərbaycanlıarının Hüqüqlarını Qoruyan Komitənin sədri Faxta Zamanı konqresdə İranda insan hüqüqları ilə bağlı keçirilən dinləmələrə dəvət olunsada bir sıra önəmli görüşlər keçirməsi ilə bağlı informasiya alsaqda ancaq böyük alanda Amerika hələlik Güney Azərbaycanda prosesləri öz arxasınca apara biləcək və situasiyalara təsir edəcək şəxsləri görmür ya da tapa bilmir. Amma buna baxmayaraq Amerika Güney Azərbaycana insan hüqüqları prizmasında yanaşır və bunun böyük siyasi müstəvidə yanaşmağı tələsmir.

Bunun səbəblərini bir cox mənalarda axtarmaq olar. Amma Amerika gec tez İran məsələsində Güney Azərbaycanın tanınmış şəxsləri ilə əlaqələr quracaqdır. Çünki,amerikanın siyasi praktikasında bu ənənə var. Amerika dövləti hakimiyyəti dəyişmək istədiyi ölkələrdə müxalif olan və orada demokratik hərəkatın önündə gələn isimlərlə işləmək təcrübəsi mövcüddür.

Bunun üçün toparlanmaq və milli hərəkata stimul vermək üçün güclü mərkəzlərimiz formalaşmalıdır. Çünki böyük dövlət qurmaq üçün ilk öncə onun əsaslarını yaratmaq lazımdır.



Elnur Eltürk

Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri





Yorumlar









Aktif Ziyaretçi 26
Dün Tekil 1780
Bugün Tekil 449
Toplam Tekil 4276348
IP 3.15.14.245






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























20 Cemaziye'l-Evvel 1446
Kas m 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk ler G n olan 3 May s (1944) b sb t n ayr bir d ncenin sonucudur. d man olan, k l k de i tirerek milletin i ine giren ve h k metin gafletinden yararlanan kom nizme kar T rk gen lerin bir uyarma y r y d r.
(Alpaslan T RKE )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu