Sözün verilib yerinə yetirilməməsi ilk növbədə həmin məmuru əhali arasında bir növ nüfuzdan salır, ona qarşı əhalidə inam itir. - Ramilə Əliyeva - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Sözün verilib yerinə yetirilməməsi ilk növbədə həmin məmuru əhali arasında bir növ nüfuzdan salır, ona qarşı əhalidə inam itir. - Ramilə Əliyeva
Tarih: 06.11.2010 > Kaç kez okundu? 4535

Paylaş


Müsahibimiz Əliyeva Ramilə Ramiz qızı.

Müsahibimiz haqda məlumat.





1990-2001 Qardabani şəhəri 3 saylı Azərbaycan dilli məktəb

2001-2006 Tbilisi İlia Cavcavadze Dövlət Universiteti Azərbaycan dili və ədəbiyyatı, gürcü dili mütəxəsisi (maqistr dərəcəsi)

2007 Tbilisi Siyasi Akademiyası Beynəlxalq münasibətlər və politologiya (III kurs)

İ Ş T Ə C R Ü B Ə S İ

2010 – bu günədək İnsan Hüquqlarının Müdafıəsinin İctima Birliyi TOLERANCE hüquq müdafiəçisi

2004 – 2009 Gürcüstanın İctimai Televiziyası

Azərbaycan dilli «Xəbərlər» müxbir

2009 Azərbaycan dilli qəzet «Varlıq» müxbir

2008.06 Gürcüstanın Daxili İşlər Nazirliyinin Polis Akademiyası dəvət olunmuş mühazirəçi.

2007-2008 Gürcüstanın İctimai Televiziyası

«İtalyan həyəti» tok-şou, blok müəllifi, jurnalist

2006-2007 Kvemo – Kartlinin müstəql qəzeti «Taymer» baş redaktor

2006 may-avqust «İnformator» qəzeti redaktor

2003-2005 IWPR (Institute for War & Peace Reporting) Kvemo Kartlı üzrə müxbir

2001-2002 “Mercy Corps” Tbil isi ofisi tərcüməçi

2004 – bu günədək Gürcüstanın Xalq Müdafiəçisi Aparatında mövcüd olan milli azlıqlar şurasının üzvü

2009 «Varlıq» Mədəniyyət mərkəzinin təsisçilərindən biri

2009 bu günədək Gənc Jurnalistlər Şəbəkəsinin rəhbəri

IWPR, BBC, CNN, MDI, jurnalistika kursları və treninqləri

Heydər Əliyev Fondu və Gürcüstan – filmin yaradıcı heyyətinin üzvü

Aşıq Əmrah (filmin müəllifi) – filmin müəllifi və rejissoru

Unudulmuş Miras – filmin rejissoru

Salam Ramilə xanım !

- Artıq Sizə projelər üzrə mütəxəssis demək olar. Daima bir yerdə addımlamağı sevməyən insan kimi tanıtmısınız özünüzü. Hər dəfə nə isə yeniliklər gəlir. Gələcəkdə nə kimi yenilikləriniz olacaq?

İlk növbədə Regiomedia.net kollektivini və saytınızın oxcularını salamlayıram. Ümumiyyətlə hər bir insan mükəmməlləşməyə doğru can atmalıdır. Müxtəlif yerlərdə addımlamaq insana yeni təcrübələr qazandirir. Bu gun mənim üçün fəxr edici amildir ki, Gürcüstan azərbaycanlılarına aid projelərin bir çoxunda iştirak etmək mənə nəsib olub, bir çoxlarının ideya muəllifi elə özüm olmuşam. Illər ərzində Gürcüstanın Ictimai Televiziyasında çalışıb soydaşlarımızı maraqlandıran, onlar üçün önəmli olan məsələləri işıqlandırmaq bu günkü gün üçün mənə xeyli təcrübə qazandırıb. Gürcüstanda azərbaycanlıların yaşadığı elə bir rayon, kənd yoxdur ki, orada olmayım, ordakı insanların güzəranı, həyat tərzi ilə maraqlanmayım. Mənim üçün sevindirici haldır ki, vaxtilə Varlıq Mədəniyyət Mərkəzinin işə başlamasında müəyyən əməyim olub, bu mərkəzin təsisçilərindən biri olmuşam. Fərəhləndirici haldır ki, Gürcüstanda azərbaycanlı tələbələr asosiayassiyasının yaranması ideyasını irəli sürmüşəm. Və bu kimi bir neçə yenilikdə adım var. Dövlətim və millətim üçün atılan hər bir addımda düşünürəm ki, hər birimiz fəal iştirak etməli, öz potensialımızı əsirgəməməliyik.

Gələcəkdə planlaşdırılan yeniliklərə gəldikdə isə onlar çoxdur, inanın. Hazırda edilən yenilik “Gənclərin səsi” jurnalıdır. Bu jurnalın Kvemo Kartlidəki informasiya vakuumu ilə mubarizə aparması bu gün Ramilə Əliyeva üçün ən prioritetli məsələlərdən biridir. Hazırda jurnal ayda bir dəfə çap edilir, lakin bu azdır və ayda iki dəfə işıq üzü görməsi üçün gələcəkdə işləmək lazımdır. Bu jurnalın daha önəmli tərəflərindən biri də gənclərin inkişafı, regionda baş verən proseslərə qatılmalarıdır. Bir zamanlar belə bir duşuncə vardı - Gürcüstanda istedadlı və potensialı olan azərbaycanlı gənclər yoxdur, xüsusilə də jurnalistika sahəsində. Gənc Jurnalistlər Şəbəkəsi və “Gənclərin səsi” jurnalı süni yaradılan bu mifi məhf etdi. Belə düşünən insanlara sübut etdi ki, gənclər nəinki məqalə yaza bilir, hətta oxunmağa layiq olan dərgilər, jurnal və qəzetlər də tərtib edə bilirlər. Əlbəttə yenə əvvəl dediyim sözlərə qayıdıram, mükəmməlləşməyə doğru hamımız addımlamalıyıq.

- Borçalıdan olan müsahiblərimizə adət olaraq bir sual veririk. Gürcüstanda icimai-siyasi fəaliyyətlə məşğul olan şəxslərin konfrontasiyaya gedərək parçalanmaları və biri-biriləri haqqında qara piar kompaniya həyata keçirmələrini nə ilə əlaqələndirirsiniz? Bu şəxslər millətimizin hüquq və mənafelərini qorumağa layiqdirlərmi? Şəxsən Siz Ramilə Əliyeva olaraq millətiniz üçün hər bir ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslə işləməyə hazırsınızmı? Şəxsi prinsiplərinizi kənara qoyaraq millətiniz üçün çalışmağa hazırsınızmı?

Çox təəssüf edirəm ki, soydaşlarımız bu gün Gürcüstan azərbaycanlıları məsələsini əsl döyüş meydanına çeviriblər və bir-biri ilə vuruşa çıxıblar. Bundan zərər görən isə öncə soydaşlarımız, sonra da müəyyən hissədə vətənimiz Gürcüstandır. Bu gün biz bir-birimizlə polemika aparıb vuruşmalı, bir-birimizə ləkə yaxıb mən səndən yaxşıyam deməli deyil, soydaşlarımızın öz vətənlərində - Gürcüstanda özlərini tam hüquqlu vətəndaş hiss eləmələri üçün çalışmalıyıq, inteqrasiyanın daha düzgün və effektli yollarını axtarmalıyıq. Əhali ilə daha yaxın olmalıyıq, onları dinləməliyik.

Həmişə hansısa bir təşkilatın tam Gürcüstan azərbaycanlıları adından danışmasının eleyhinə olmuşam. Təşkilat və ya birlik öz adından çıxış etməli, apardığı monitorinq və araşdırmalar əsasında danışmalıdır. Gördüklərimiz isə bunun belə olmadığını göstərir. Öz mənafeyini, vəzifəsini güdən şəxsin millət, dövlət mənafeyini qoruması məsələsi bir az şübhəli gəlmirmi?! Millətin, dövlətin mənafeyini qorumaq üçün mənəm-mənəm demək heç də lazım deyil. Bəzi məsələləri elə həll etmək olur ki, bu məsələnin həllində aidiyyatın olduğu belə heç kəsə bəlli olmur. Amma sən vətənin və millətin qarşısında vicdan borcunu ödəmiş olursan. Ambisiyalar müharibəsində iştirak edən əsgərlərin hüquq və mənafe qoruyucusu olması bir az anlaşılmazdır.

Bundan əvvəl verdiyiniz sualdan sitat gətirirəm: Daima bir yerdə addımlamağı sevməyən insan kimi tanıtmısınız özünüzü. Mən şəxsən Ramilə Əliyeva olaraq indiyə qədər, bu ictimai fəaliyyətin 5-6 ilində daim xalqım və dövlətim üçün çalışan insanlarla bir xətdə olmağa hazır olmuşam və bunu realda da etmişəm. Sadəcə müəyyən həqiqətlər üzərə çıxanda insan həmin çirkab gəmisində üzmək istəmir. Bu günün özündə də Ramilə Əliyeva milləti və vətəni üçün lazım olan hər bir projedə iştirak etməyə hazırdır.

- Borçalıda vəziyyət necədir? Sizin fikrinizcə əsas hansı problemləri həll etmək lazımdır?

Kvemo Kartlidə – Borçalıda həllini gözləyən problemlər var və bu problemlər zaman ərzində düzgün yanaşma olduğu təqdirdə həllini tapacaq. Problemlər haqqında danışanda ilk növbədə soydaşlarımızın təmsil olunduğu təşkilatlar arasında bir birlik, ortaq nöqtə xəttinin tapılmasını arzu edərdim. Bu mümkün olsa bir çox məsələlər öz həll axarına düşəcək. Amma heyflər olsun ki, bu gün vəziyyət belə deyil. Qəribə bir hal yaşayırıq, müşahidə edəndə insanı təəccüb və bəzəndə nə qədər lirik səslənsə də kədər hissi bürüyür. Bir təşkilat öz üzvlərini hansısa bir təşkilatın keçirdiyi tədbirə buraxmır, hərə özü üçün bir ada formalaşdırıb və bu adadan, belə deyək, sakinlərini qırağa çıxmağa qoymur, nə də həmin adaya başqa adalardan kimsə gəlməsini istəmir. Prinsip belədir: "ya mənim təşkilatım, ya da get bizim yanımızdan". Gənclər sahəsində də bunu müşahidə edirik tez-tez. Gənclərə azadlıq, müstəqil düşünmə tərzini öyrətmək lazımdır. İndidən qərəzlik, sənin mənim anlamlarını gənclərin beyninə aşılamaqla hansı demokratik cəmiyyətin inkişafından danışa bilərik.

Borçalıda mövcud olan problemlər nə bir sualın cavabında, nə də hər hansı bir məqalədə öz əksini tapa bilməz. Problemlər çoxdur. Ancaq məni bir Gürcüstan azərbaycanlısı kimi hazırkı dövrdə ən narahat edən Gürcüstan azərbaycanlılarının təhsili sahəsində olan problemlərdir. Bu nigarançılıq orta təhsilə, həmçinin elə ali təhsilə də aid edilə bilər. Təhsil sahəsi mənim jurnalist araşdırmalarımın və monitorinqin hazırkı dövründə mühüm sahələrindən biridir, və bu haqda silsilə yazılar hazırlamağı planlaşdırıram.

- Qardabanidə yeni proektlərin uzun müddət həyata keçirilməməsini nə ilə əlaqələndirirsiniz?

Vətəndaş cəmiyyətinin inkişafdan geri qalması ilə yəqin. Birdə vətəndaş cəmiyyətinin inkişafı monopoliya ilə paralel olaraq addımlaya bilməz. Vətəndaş cəmiyyətinin inkişafina monopoliya üsulları ilə cəhd göstərmək heç də düzgün deyil. Qardabanidə inkişaf görmək mənim üçün çox çətin olub. Bəzən düşünürəm ki, bəlkə mən kor olmuşam və infrastrukturda dəyişiklikləri görə bilmirəm. Amma qardabanililərlə ünsiyyətdə olanda, onlarla söhbət edəndə görürəm ki, onlarda bir dəyişiklik, bir yenilik görmürlər. Təsəvvür edin Qardabanidə hələ də sovet dönəmindən qalan küçə adları var. Niyə kimsə islahat edib bu kuçələrə Qardabaninin ziyalılarının, Qardabaninin elmli insanlarının adını verməyi düşünmür. Qardabanidə gənclərin əylənməsi, vaxt keçirməsi üçün bir məkan yoxdur. Yəqin bu sözdən sonra deyəcəklər ki, nə danışırsan, internet kafeler var axı. Hə birdə Dostluq evi. Əslində Dostluq evi Qardabani üçün gözəl məkandır, amma nədən orada daha fəal olaraq tədbirlər keçirilmir? Nədən ora həftədə bir dəfə toplaşan gəncləri görmürük? Suallar çoxdur, bu suallara cavab tapmaq asandır, amma vaxt aparar. Qalsın sizin saytın gələcəkdə hazırlayacaq materialların mövzusu olsun.

- İnteqrasiya haqqında çox söz söhbətlər dolaşır. Fikrinizcə azəri-türkləri inteqrasiyaya hazırdırlarmı? Nəticədə inteqrsiya gözləyərkən, assimilyasiya əldə etmək təhlükəsi nə qədər realdır?

Gürcüstanda yaşayan azərbaycanlılar inteqrasiyaya tam hazırdılar. Son illər ərzində bu sahədə istər yerli, istər beynəlxalq təşkilatlar o qədər layihələr işləyib hazırladılar. Bu layihələrin bir çoxu ilə mən tam razılaşa bilmirdim. Daha doğrusu bəzi layihələr küllü miqdarda məbləğlərin ayrılmasına baxmayaraq istənilən nəticəni vermirdi. Həmin layihələrin regionlarda necə keçirilməsinə dair monitorinqlərin keçirilməsi düşünürəm ki, vacib amil olardı. Inteqrasiya düzgün aparılsa assimilasiya mümkün deyil. Fikrimcə bir çox şeylər məhz sonunda təhsilə dirənir. Bu gün təhsil sahəsində diqqətli olmasaq assimilyasiya qaçılmaz fakt olar, və bu assimilyasiya ünsüründə elə bizim özlərimiz günahkar olarıq. Mənim fikrimcə Azərbaycan dilli məktəblərdə gürcü dilinin tədrisini gücləndirmək və bu sahədə irəli sürülən təklif və tələbləri düzgün istiqamətləndirməliyik. Sizə adi bir misal gətirim. Bildiyiniz kimi Gürcüstanda azərbaycanlılar tək Kvemo Kartlidə yaşamırlar, Şida Kartlidə və Kaxeti də etnik azərbaycanlıların sayı yetərincədir. Şida Kartlinin Kaspi rayonunun kəndlərinin birində Azərbaycan dilli məktəb yoxdur, baxmayaraq ki, kəndin əhalisinin 95 faizini azərbaycanlılar təşkil edirlər. Uşaqlar birinci sinifdən gürcü dilli məktəbdə təhsil alırlar. Bu məktəbin şagirdləri ilə dəfələrlə şəxsən söhbət aparmışam, nəticə çox ürəkağrıdıcıdır. Bu körpə balalarımız nə düz-əməlli gürcü dilini bilirlər, nə də ana dilləri olan Azərbaycan dilində ad və soyadlarını yaza bilirlər. Sualım var hər kəsə, uşaqların gürcü dilli məktəblərdə oxuması çıxış yoludurmu? Təəssüf ediləsi budur, bizlər bu haqda düşünmürük, ancaq əlimizdə olan möhürün itməməsini və tutuduğumuz vəzifədən kənarlaşmamağımızı istəyirik.

- Mədəniyyətimizi təbliğ edən mərkəzlərin Marneuli və Tbilisidə qurulmasını artıq bilirik. Bəs digər rayonlarda mədəniyyətin təbliğinə ehtiyac yoxdurmu?

Azərbaycan xalqının genetik kodu çox güclüdür, xalqımızın mədəni ünsürlərini, tarixini heç bir külək sovura bilməz. Lakin təbliğini bizlər həmişə etməliyik. Belə ki, bu gün bəşəriyyətdə informasiya müharibəsi deyilən bir amilin mühüm rolu var. Bizim mədəniyyətimiz, tariximiz haqqında sevincli və kədərli günlərimizi paylaşdığımız gürcü xalqı da məlumatlı olmalıdır. Mədəniyyətin təbliğinə ehtiyac var, amma mən öz xalqıma aş bişirmək öyrətməklə yanaşı gürcü xalqına da bu aşın bişirilmə qaydasını və necə dadlı olduğunu da öyrədərdim. Bir az satirik bənzətmədir əlbəttə. Sadəcə demək istəyirəm ki, biz bu illər ərzində öz mədəniyyətimizi elə özümuzə aşılayır, özümüzün içərisində təbliğ edirik. Gürcü cəmiyyətində niyə bu mədəniyyəti təbliğ etmirik? Daha bir məsələ, bizlər o qədərmi köməksizik ki, mədəniyyətimizi hansısa kənddə təbliğ etmək üçün məhz hansısa təşkilatdan maliyyə yardımı gözləyək. Yox aciz deyilik, sadəcə olaraq vətəndaş cəmiyyəti yetərincə inkişaf etməyib. Bütün məsələlərin sonunda gəlib dayanırıq vətəndaş cəmiyyətinin inkişafi sonluğunda. Daha bir məsələ, rayonlara bölünürük. Nədən Tiflisdə olan mədəniyyət mərkəzi digər rayonlarda tədbirlər keçirmir? Yenə də monopoliya məsələsi, yenə də bu ərazi mənimdir sən bura girmə teoremi. Ağacı qurd içindən yeyir deyirlər.

- Azərbaycan Respublikasının və ayrıca Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən proektlər haqqında məlumatımız kifayət qədər var. Bəs bu proektlər nədən Qardabanidə həyata keçirilmir?

Azərbaycan Respublikasının bu gün soydaşlarımız üçün keçirdiyi projelər və görülən işlər dəstəklənəsi amildir. Bunu yetərincə dəyərləndirməyi bacarmalıyıq. Heydər Əliyev Fondunun apardığı işlər isə göz qabağındadır – Dmanisidə tikilən mərkəz, bərpa olunan məktəblər çox önəmli işlərdir. Qardabaniyə gəldikdə isə, bu yaxınlarda bildiyiniz kimi Heydər Əliyev Fondu tərəfindən rayonumuzdakı 3 saylı Azərbaycan dilli ictimai məktəb təmir olundu. Inşallah Heyder Əliyev Fondunun projeler nüsxəsində Qardabanidə həyata keçiriləcək işlər gələcəkdə daha da artıq olar.

- Prezident Saakaşvilinin məsləhətçisi Van Bayburtun provokasiya xarakterli müsahibəsi ən çox müzakirə olan xəbərlərdən oldu. Bayburtun müsahibəsinə rəsmi olaraq etiraz edən təşkilatlar oldu ancaq əksər təşkilatlar və şəxslər susdular? Buna səbəb nə idi?

Bu müsahibəni mən də oxudum. Dövlət məmurunun dediyi hər bir sözü əhalinin dövlət siyasətinin tərkib hissəsi kimi qəbul etməsi çox adi və təbii bir haldır. Bu məsələ ilə ilgili uzun müzakirə aparmaq olar. Mənim buna sadecə bir cavabım ola bilər, təəssüf edirəm ki, bu uzun illər ərzində BİZ ola bilmədik, daha artıq təəssüf edirəm ki, helə uzun muddətdə şəxs əvəzlikləri arasında BİZ olduğunu etiraf etmək istəməyəcəyik.

- Redaksiyamıza bəzi şəxslər haqqında (hələlik adlarını açıqlamaq istəmirik) maraqlı və eyni zamanda təəssüf hissi doğuran məlumatlar daxil olur. Məsələn deyilir ki, bəzi təşkilatlar və təşkilat rəhbərləri qondarma erməni soyqırımını tanıyır. Siz bir jurnalist kimi nə deyə bilərsiniz belə şəxslər haqqında? Belə bir şəxslər varmı və Siz onları tanıyırsızmı?

Qondarma erməni soyqırımnı tanıyan insanlar haqqında məlumatım yoxdur. Biz bu qədərmi ahşal olmuşuq ki, öz şəxsi manafeylərimizə görə belə bir addım da ataq?! Bu gün təşkilat yaratmaq anlamı o qədər sadələşib, o qədər adiləşib ki. Yaranan təşkilatların işi isə o biri təşkilatı ləkələmək, o biri təşkilatın rəhbəri haqqında nəsə demək, "banal layihələr" həyata keçirmək, ən yaxşı halda isə heç bir iş görməmək olur. Gürcüstanda fəaliyyət göstərən digər milli azlıqların təşkilatlarına baxanda insanı ağ həsəd aparır. Maraqlıdır nədən Samtsxe Cavaxeti bölgəsində fəaliyyət göstərən vətəndaş forumu fəaliyyətdədir, tərkibinə təxminən həmin bölgədə olan 70-80 təşkilat birləşib. Həmin lahiyə Kvemo Karlidə də baş tutmalı idi. Kvemo Kartlidə də vətəndaş forumu yarandı, yarandı və bir iş görmədən də sükuta uğradı.

- Borçalıda yaşayan azəri-türkləri son zamanlar məmurlardan narazılıqlarını daha açıq şəkildə bildirirlər. Məmurlar deyirlər ki, bu demokratiya ilə əlaqəlidir. Narazı olan əhali isə problemlərin həllinə söz verilməsi ancaq həll edilməməsi ilə əlaqələndirir. Siz nə düşünürsünüz?

Demokratiya o dərəcədə geniş bir anlamdır ki. Bu narazılıqlar həmişə olub, sadəcə indi narazılıqları ifadə etmək üçün vasitələr artıb. Kiminsə öz narazılığını bildirməsinin demokartiya ilə sadəcə söz azadlığı baxımından əlaqəsi ola bilər. Narazılığın ictimailəşməsi və dəfələrlə səslənməsi bu problemin ciddi şəkil almasından və əhalini yetərincə narahat etməsindən danışır. Əlbəttə hər hansı bir məmur əhaliyə bu və ya digər problemin həllini söz verəndə götür-qoy etməli, bu problemin həlli onun səlahiyyətində olub-olmamasını bilməlidir. Sözün verilib yerinə yetirilməməsi ilk növbədə həmin məmuru əhali arasında bir növ nüfuzdan salır, ona qarşı əhalidə inam itir.

- Məmur özbaşınalığının və vədinə sadiq olmaması nədən irəli gəlir? Ola bilərmi ki, məmur seçicisini və etimad göstərəni ilə hesablaşmasın? Cəmiyyətin acizliyindənmi irəli gəlir bu?

Obyektivliyin tərəfdarıyam. Çox nadir hallarda yerli məmurların əhali ilə görüşüb onların problemlərini dinlədiyini eşidib görmüşəm. Bu problemləri onlara əsasən kabinetlərin qarşısında saatlarla qəbul gözləyən vətəndaşlar çatdırırlar. Bəzi vətəndaşlar problemlərinin həllinə dair vəd alırlar, lakin çox gözləməli olurlar... Amma obyektivlikdən irəli gələrək bəzi problemlər yerli məmurlarımızın müdaxiləsi ilə həllini tapıb, bunu qeyd etməmək olmaz. Məmurun seçicisi və ona etimad edəni ilə hesablaşmaması düzgün deyil. Seçkilər zamanı çox zaman bir çox vədlər edilir, lakin sonradan onların yerinə yetirilməsi unudulur, ya da daha prioritetli məsələlər ortaya çıxır. Cəmiyyət aciz deyil, cəmiyyət hər şeyi görür və düzgün qiymətləndirməyi bacarır. Sadəcə olaraq əksər hallarda onlar öz səslərini çatdırmaq vasitələrini tapa bilmirlər. Buna görə də əksər hallarda yerli hakimiyyətlə əhali arasında dialoq tipli görüşlərin təşkil edilməsi, vətəndaş cəmiyyətinin inkişafi sahəsində işləyən QHT-lər üçün önəmli olmalıdır. Məmurlara gəldikdə isə, onlar qarşılarında duran vəzifə və məsuliyyətə daha ciddi yanaşmalıdırlar. Unutmaq olmaz ki, onlar ilk növbədə təmsil etdikləri hakimiyyətin yerli əhali arasında simalarıdır. Onların adının nüfüzdan düşməsi bir başa hakimiyyətin əhali arasındakı nüfuzuna da təsir edir.

- Hal-hazırki dövlət idarəetmə sistemində bəyənmədiyiniz bir xüsusiyyət varmı və ya idarəçilik sisteminə hansı əlavələr etmək istəyərdiniz?

Son illərdə dövlətimizdə aparılan islahatlar təqdirəlayiqdir, xeyli işlər görülüb və bu işlərin fərqinə varmamaq ən azından insanı dəyərlərdən kənar bir şey olardı. Bir çox sahələrdə inkişaf gözəçarpıcıdır. Bir çox regionlarda infrastrukturun inkişafına yetərincə diqqət yetirilir. Əlbəttə müəyyən çatışmayan və işləniləsi məsələlər var və düzgün bir kursun seçilməsinə inanıram. İnsan naşükür olmaz. Avropaya inteqrasiya etmək Gürcüstan qarşısında bu gün önəmli sahələrdən biridir. Yaxın gələcəkdə ölkəmizin Avropa ölkələri arasıda olmasını görmək yaxşı olardı. İdarəçilik sistemində yerli hakimiyyətin əhali ilə daha yaxın olmasını arzu edərdim. Gürcüstanın yeni konstutusiya layihəsi də zatən bunu nəzərə alır, yerli hakimiyyətə daha geniş imkanlar verir, bu imkanların verilməsi isə yerli əhalinin yerli özünüidarəetmə orqanları ilə daha yaxın ünsiyyətdə olmasını nəzərdə tutur.

- Borçalıda dini etiqad azadlığı ilə bağlı vəziyyətin acınacaqlı durumda olması sirr deyil. ABŞ dövlət departamentinin illik hesabatında məs bu faktlar öz yerini tapmışdı. Bu durumdan çıxış yolu varmı? Hakimiyyət bilərəkdənmi dinin yayılmasının qarşısını alır?

Qeyd etdiyiniz hesabat ilə tanışam, daha dəqiq faktlarla deyilsə həmin hesabatda Bolnisi rayonunun Faxralı (Talaveri) kəndində 2009-cu ilin 15 sentyabr tarixində kənd məscidinin bərpa işlərinn dayandırılması faktı yer almışdı. Deməzdim ki, Boçalıda dini etiqad azadliği ilə bağlı durum acınacaqlı haldadır, lakin həll ediləsi məsələlər var. Bu durumdan çıxış yolunu tapmaq əlbəttə mümkündür. Hər bir məsələdə konsensusa gəlmek mümkündür. Hazırda ən ciddi problem Gürcüstan ərazisində olan, bir çox məscidilərin rəsmi qeydiyyat məsələsidir. Qeyd etdiyimiz Faxralı kənd məscidi 1902-ci ildə tikilib və bu tikili ən azından əsrdən artıq tarixi olduğu baxımından tarixi abidə kimi mühafizə olunmalıdır. Lakin hazırda yaşadıqlarımız isə məscidin sırf bir tikli kimi qanun qarşısında acizliyi olmasıdır. Bir ölkədə ölkə başçısının etdiyi hərəkət məncə hakimiyyətin tutduğu siyasətdir. Gürcüstan prezidenti Mixeil Saakaşvili müsəlmanların bayramında məscidləri ziyarət edərək Gürcüstanda yaşayan müsəlmanları təbrik edir. Bundan dolayı nəticəyə gələ bilərik ki, dövlətin siyasəti heç də İslam dininə qarşı yönəldilməyib. Yenə qayıdıram Faxralı məscidi məsələsinə, bu məsələ ilə əlaqədar Gürcüstan Patriarxlığı da dəfələrlə məlumat verib ki, məscidin bərpasının dayandırılması ilə heç bir əlaqəsi olmayıb. Xatırladım ki, patriarxlığın razılığının olmasını sözügedən məscidin bərpasını dayandıran şəxslər tələb edirdilər.

Gördüklərimiz isə bu məscidin bərpasının bir il müddətində dayadırılmasıdır. Artıq təkrarçılıq alınır, amma yenə də təkrar etməliyəm, bir-birimizlə müharibə etməkdənsə bu məsələlərin həllinə çalışmağımız daha onəmli olmazdımı xalqımız üçun?!

- Qardabanidə anadan olub və orada yaşadığınız üçün Sizin müşahidə etdiyiniz maraqlı faktlar haqqında bilgi almaq istəyərdik.

Qardabanidə baş verən bu son illərdə ən sevvindirici hal doğma məktəbimin təmiri oldu yəqin. Bu rayon sanki inkişafdan geri qalıb, çox ürək ağrıdıcıdır. Hər dəfə işlədiyim Tiflis şəhərindən Qardabaniyə qayıdanda təəssüf hissi buruyur məni. Öz rayonumu daha dinamik, daha muasir, daha canli görmək istəyirəm. Monopoliya ünsürlərindən boğulan bir zavallıya çevrilib Qarayazım. Burda cəmiyyətin inkişafı, təhsil seviyyəsinin artırılması üçün görülən işlər o qədər cüzidir ki, görmək mümkün deyil. Bir qardabanili kimi bu gün rayonumda olan problematik məsələlərdə yəqin mənimdə bu rayonun hər bir sakini kimi müəyyən hissədə günahım var. Rayon həyatına daha fəal qatılmaq, burada QHT xətti ilə həyata keçiriləcek projelər haqqında düşünmək lazımdır.

- Əgər Qardabanidə ən fəal şəxslərin reytinqinin cədvəli tutulsa idi kimlər irəli sıralarda olardı?

Qarabanidə fəal şəxslər deyəndə burada umumiyyətlə hansısa sahədə fəallıq varmı fəal şəxslərdən danışaq? Rayon üçün fəal şəxs onun gündəlik həyatında iştirak edən, onun inkişafı üçün çalışan biri olmalıdır. Rayon əhalisinin hər birinin müsbət mənada tanıdığı, hörmət etdiyi bir kəs olmalıdır. Bu cədvəldə ola biləcək şəxsləri sadalamaq çətindir hazırda, ancaq maraqlı bir mövzudur bu haqda bir araşdırma aparmağa dəyir.

- Borçalıda inkişaf nəyə söykənir? Nələr etməliyik və nələri etməməliyik ki nəticədə gələcək nəsil öz dədə baba yurdunda özünü yad kimi hiss etməsin?

Uzun illər ərzində Borçalı diyarından çıxan insanlar bir çox ölkələrdə, xususilə də Azərbaycanda ziyalı təbəqəsinin əsas hissəsini təşkil etmişlər. 90-cı illərdən sonra Zviad Qamsaxurdiya hakimiyyətinin siyasəti nəticəsində bu gündə həllini gözləyən problemlər ortaya çıxmışdır. Uzağa getməyərək bu problemlər arasında azərbaycanlıların yaşadığı kəndlərin adlarının, yeni tarixi-etnik toponimlərin dəyişdirilməsi məsələsi, o dövrdən başlayan miqrasiya dalğası Borçalının durumunu xeyli zəiflətmiş, onu aciz hala gətirib çıxartmışdır. Bu günün özündə də etnik azərbaycanlıların yaşadığı bir çox kəndlərdə illərdi qıfılı açılmayan qapılara rast gəlirik. Gənc nəslin kənddə qalması üçün motivasiya yoxdur. Azərbaycanlılar zəhmətsevər xalqıq. Kvemo Kartli kəndlərindən keçəndə burda yaşayan əhalinin ildə üç-dörd dəfə məhsul gətirə bilməsi bu zəhmətsevərliyin ən bariz nümunəsidir. Bir zamanlar torpaqların bölüşdürülməməsi ciddi problem idi, bu sahədə müəyyən işlər aparıldı, amma nədənsə yenə də əhali torpaq islahatının düzgün aparılmamasından şikayətlənir, bir hektar torpağı icarəyə götürmək üçün ildə təxminən 1000 lari pul ödəməli olduqlarından danışır. Bir çox gənc ailənin bu min larini ödəmək imkanı yoxdur. Bu üzdəndə üz tuturlar Bakiya. Orda tikintilərdə işləyib özlərini dolandrırlar. Torpaq məsələsinə dair prezidentin yeni təşəbbüsü bu problemin aradan qaldırılmasına yəqin yetərli dərəcədə yardım edəcək.

Təhsil sahəsinə çox ciddi diqqət ayırmalıyıq. Bir çox məktəblərimizdə vəziyyət ürəkaçan deyildir. Soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası ümün düzgün metodları seçməliyik. Əhalidə inteqrasiyaya ciddi meyl var, onu düzgün proqram və xəttlə yönləndirmək lazımdır. Nələri etməməliyik deyəndə, yetərlidir bu ambisiya müharibəsi. Hər kəs öz savadına arxalanıb millıti vı dövləti ümün iş görməlidir. Hər birimiz dölətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq. İnsanın vətəni, dövləti onun yaşadığı evdən başlayır. İnsanın evinin sahibkarı onun özüdür, buna qarant isə vətəndaşı olduğu dövlətdir. Bizə gəldikdə yaşadığmız ev bizə məxsusdur, bizimdir və bunun zəmanəti vətəndaşı olduğumuz - vətənimiz Gürcüstandır.

Ötən əsrin 90-ci illərini keçid dövrü adlandırırıq. Zənnimcə bizlər keçid dövrünü indi yaşayırıq, və irəlidəki 5-10 il soydaşlarımız üçün mühüm və bir çox sahələrdə həlledici dövr olacaq. Bu dövr ərzində soydaşlarımızın Gücüstan cəmiyyətinə tam inteqrasıyası artıq başa çatmalıdır, soydaşlarımızı narahat edən dil baryeri düzgün metodlarla aradan qaldırılmalıdır, lakin butun bunlar şəxsi identifikasiyamızı qorumaq şərtilə.

www.RegionMedia.net





Yorumlar









Aktif Ziyaretçi 23
Dün Tekil 1787
Bugün Tekil 1543
Toplam Tekil 4069464
IP 3.146.35.203






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu