Ərdəbilin mədəniyyəti, toponimiyası və Savalan oronimi haqda - Kiyumərs İslami - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ərdəbilin mədəniyyəti, toponimiyası və Savalan oronimi haqda - Kiyumərs İslami
Tarih: 15.05.2019 > Kaç kez okundu? 1410

Paylaş


Azərbaycanın ilkin, tarixən önəmli yerə malik olan və mədəniyyətimizin əsas ocaqlarından sayılan şəhərlərimizdən biri də Ərdəbil şəhəridir. Bu şəhər və ümumilikdə Güney Azərbaycan ən əski dövrlərdən bəri bir çox türk boylarının, o cümlədən subarların, isit və sakaların, hun və xəzərlərin, eləcə də Arsaqların (Arşaq // Əşkani), kolanilərin (golan // colani) və s. ilkin məskəni və ata yurdu olmuşdur.

Bu araşdırmada məqsəd Ərdəbilin qədim mədəniyyəti və toponimikası haqda bəzi düşüncələrimizi ortaya qoymaqdır.

Ərdəbil özünün xalı-xalçası, ipək toxumaları və başqa məhsulları ilə dünya şöhrəti qazanmışdır. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan bu şəhər Azərbaycanın Çin, Hindistan və Avropa ilə ticarət əlaqələrində mühüm rol oynamış, elə bu da xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. Burada toxunan xalçalar "Ərdəbil xalçaları" adı ilə tanınır. XVI-XVII əsrlərdən başlayaraq bu xalçalarda əski həndəsi formalı naxışları əyri nəbati naxışların əvəz etməsi müşahidə edilir. Bu dəyişiklik çox sayda yeni xalça kompozisiyalarının əmələ gəlməsi ilə müşaiyət olunmuşdur ki, bu sırada “Ağaclı xalçalar”, “Ləçəktürünc”, “Şahabbasi” kimi çeşidləri xüsusi qeyd etmək lazımdır.

Ərdəbildə toxunmuş xalılar içərisində ən məşhuru hazərda İngiltərənin “Albert və Viktoriya” muzeyində qorunan “Şeyx Səfi” xalçasıdır. 1539-cu ildə Azərbaycan hökmdarı I Təhmasib Səfəvinin sifarişi ilə toxunmuş bu sənət nümunəsi 56, 12 kv. m sahəyə sahindir. Xalça “Ləçəktürünc” türündəndir.



“Şeyx Səfi” xalçası



Şəhərdə ən qədim və qədim dövrün abidələri o qədər də çox deyil. Bununla belə, şəhər ətrafında bəzi qədim tikililərə rast gəlinməkdədir ki, bu baxımdan Ruinqala onlardan ən qədimi hesab edilir. Bu sıraya orta əsrlərin yadigarı olan Ərdəbil Cümə məscidini də daxil etmək lazımdır. Səlcuqlular dövründən yadigar qalan bu abidə Azərbaycanın ən qədim məscidlərindən biri, milli memarlığımızın qiymətli incisidir. Uca minarəsinin uçmasına baxmayaraq məscid öz əzəmətini saxlamışdır.

Ərdəbilin ən önəmli abidələri Səfəvilər dövrünə aiddir. Onlar şəhərə xüsusi əzəmət və gözəllik verir. Bu memarlıq abidələrindən Şeyx Səfi kompleksinin mədəniyyət və incəsənət tariximiz baxımından xüsusi önəm və qiymətli vardır. Kompleks elm aləmində “qızılbaşlar” adlandırılan Səfəviyyə sufi təriqətinin şeyxlərindən biri Şeyx Səfiəddinin məzarı ətrafında inşa edilmiş abidələrdən ibarətdır. Bu sülalədən olan I Şah İsmayılın hakimiyyət illərində Şeyx Səfinin türbəsinin fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Sonradan o özü də bu türbədə dəfn edilmişdir. Onun oğlu I Təhmasib şahın dövründə Şeyx Səfinin xatirəsinə məscid inşa edilmişdir. I Şah Abbasın hakimiyyəti zamanında isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bu bina böyük kitabxana kimi istifadə edilməklə yanaşı, həmin dövrdə orada rəsmi görüşlər də keçirilmişdir. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşündə həlak olmuş əyanlar dəfn edilmişdir.

Kompleks 2010-cu ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir. Yeri gəlmişkən onu da bildirək ki, Səfəvilər dövlətinin qurulduğu tarix Mədəniyyət Şurası tərəfindən "Ərdəbil milli günü" kimi qəbul edilmişdir.





Şeyx Səfi kimpleksi

Ərdəbil Bazarı da özəl memarlıq tərzində tikilmişdir. Ərdəbilin başqa tarixi abidələrinə gəldikdə, Cəbrayıl Məzarlığını da xwsusi qeyd etmək lazımdır. Əminik ki, şəhərdə arxeoloji tədqiqatlar aparıldıqdan sonra bu abidələrin sayı qat-qat artacaqdır.

Ərdəbilin təbiəti də turizm baxımından yüksək potensiala sahibdir. Bu baxımdan şəhərdən 48 km məsafədə yerləşən Neor gölünü, Şorabel və Balıqlı Çay sahillərini, Savalan dağını və ətraf meşələri, Gür-Gür şələləsini, Sərein isi bulağını və sairəni misal çəkmək olar.

Ərdəbilin tarixi bir çox saxtakar tarix yazarları tərəfindən Sasanilər dövrünə aid edilməyə çalışılır. Lakin Ərdəbilin minilliklərə dayanan, Sasanilərdən çox-çox əsrlər, hətta minilliklər daha əskiyə uzanan, ən qədim türklərlə bağlı olan çox zəngin tarixi vardır. Deyilənlərə ən gözəl sübut Meşkinşəhr ətrafında aşkarlanmış qədim türk kurqanları və onları əhatələyən daş babalar və ya balballardır ki, onların kuman-qıpçaqlara aid olduğu bildirilir. Sumerolog Muazzez ilmiyye Çığın yazdığına görə, Orta Asyada tapılmış sumer tabletləri üzərində Ərdəbilin adı “Dağ belində yaşayan insanlar” kimi və türkcə qeyd edilmişdir.

Fikrimizcə, “Ərdəbil” adı üç onomastik vahiddən təşkil olunub: "ər // ar" (kişi, insan, igid), "ta // tav // tau" (dağ) və "bel" (bel, kəmər). Bu vahidlər türkcədir və yuxarıda deyilənlərlə üst-üstə düşür. Odur ki, şəhərin adının "dağ belində və ya ətəyində yaşayan insanlar və ya igidlər" anlamına gəldiyi düşüncəsindəyik. Lakin başqa variantlar da ola bilər. Məsələ bundadır ki, “Qədim Türk Lüğıti”nin (Древнетюркский словарь) 55-сi səhifəsində yazılanlardan belə aydın olur ki, əski türkcədə “art” kəlməsi “bel” və “dağ döşü” anlamlarında işlənmişdir. Həmin lüğətin 93-cü səhifəsində isə “bel” kəlməsinin əski türkcədəki mənasının iki anlamda; bu gün işlətdiyimiz anlamda və “təpə” // “təpəcik” mənalarında olduğu qeyd edilib. Belə olan halda, “Ərdəbil” toponimini “Dağ döşündəki təpə” kimi şərh etmək lazım gələcəkdir.



Kuman-qıpçaqlara aid balballar (Meşkinşəhr, e.ə. III-II minilliklər)

Mövzumuz baxımından “Savalan” adı da böyük maraq daşımaqdadır. Bir çoxları adı türkcədəki “sav” (söz, vəhy) və “alan” sözlərinin birləşməsi kimi gözdən keçirir və “vəhy alınan yer” kimi şərh edirlər. Belələrinin fikrincə, Zərdüşt öz vəhylərini bu dağda almışdır. Bu səbəbdən də dağ “Savalan” adlanmaqdadır. Lakin, Azərbaycanın zərdüştlüklə heç bir ilgisi olmayıb. Farslar arasında zərdüştlük yayğın olduğu çağlarda Azərbaycanda Tək Tanrıçılıq (Tenqriçilik // Tanrıçılıq) mövcud idi. Yuxarıdakı fikir həmən o saxtakarların fikridir ki, Ərdəbilin tarixin Sasanilərə bağlayırlar. Bu barədə B. Tuncay yazır:

“Bu gün ölkəmizdə bir çoxlarında belə bir yanlış təsəvvür var ki, guya ulu babalarımız atəşpərəst olmuşlar. Zərdüştü azərbaycanlı sayanlar və hətta onun dininin guya qədim türk dini olduğunu iddia edənlər də var. Halbuki, atanın öz doğma qızı, ananın öz doğma oğlu, qardaşın öz doğma bacısı ilə evlənməsini təşviq edən və türklərə nifrət hissi aşılayan bu dinin nə türklərlə, nə də Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bunu iddia etmək həm uca türk millətinə, həm də doğma Azərbaycanımıza ən böyük iftira və təhqirdir.

Musa Kağankatlının yazdığına görə, fars – Sasani şahı Yəzdəgirdin Albaniya və Ərməniyyədə zorla atəşpərəstliyi yaymağa çalışması bu ölkələrin əhalisi tərəfindən böyük təpgi ilə qarşılanmış və farslar niyyətlərinə çata bilməmişdilər. Eyni müəllifin yazdıqlarından belə məlum olur ki, massagetlər günəşə sitayiş edir, ona at qurbanı kəsirdilər. Antik müəlliflər isə albanların xristianlıqdan öncə göy cisimlərinə sitayiş etdiklərini qeyd etmişlər. Saklara gəlincə isə, Daranın Bisitun kitabəsindən bu türk xalqının zərdüştülərin baş tanrısı Ahura Məzdaya hörmət etmədikləri, yəni atəşpərəst olmadıqları açıq şəkildə bildirilməkdədir:

“Saklar qəsbkar idilər, Ahura Məzdaya hörmət etmirdilər. Mənsə Ahura Məzdaya hörmət edirdim və Ahura Məzdanın yardımı ilə onlarla istədiyim kimi davrandım.”

Eyni kitabədə yazılanlardan o da məlum olur ki, Midiyada fars hakimiyyətinə qarşı üsyan qaldıran Qam Ata atəşpərəst məbədlərini dağıtmaqla məşğul idi. Bir sözlə, Azərbaycanın qədim türk mənşəli sakinlərinin, maqlar (miklər, muğlar) istisna olmaqla, zərdüşti, yəni atəşpərəst olduqlarını təsdiq edəcək bircə dənə də mənbə yoxdur. Əksinə, əldə olan bütün yazılı mənbələr ulu babalarımızın farsların yalançı peyğəmbərinə və şeytani dininə qarşı şiddətlə müxalifət etdiklərini sübut edir”.

Yazar həmən yazıda gətirir ki, bəzi folklorşünas alimlər nağıllarımızda rast gəlinən və “Avesta” süjetləri ilə səsləşən bəzi motivlərdə, ilk növbədə də div surətlərində zərdüştiliyin təsirini görürlər və onlar qismən haqlıdırlar. Fəqət bu təsir bəzilərinin düşündüyü kimi birbaşa “Avesta” ilə bağlı deyildır.

“Ümumiyyətlə, istər Azərbaycan folklorunda istərsə də bədii yaradıcılığında sezilən və zərdüştiliklə səsləşən motiv və süjetlərin “Avesta” və zərdüştiliklə birbaşa bağlılığı yoxdur. Bütün bu motiv və süjetlər Azərbaycan ədəbiyyatında fars şairi Əbülqasim Firdovsinin “Şahnamə”sinin təsiri ilə ortaya çıxmışdır.

Təsadüfi deyil ki, nə şifahi, nə də yazılı ədəbiyyatımızda “Avesta terminologiyasına daxil olan bircə dənə də olsun söz və ifadəyə rast gəlinməmişdir. Ədəbiyyatımızda rast gəlinən və zərdüştiliklə bu və ya digər dərəcədə bağlı olan məfhumların hamısı yeni fars dilinin, başqa sözlə, “Şahnamə”nin qələmə alındığı dilin nümunələridir”.

“Savalan” toponimi barədə Yengi Ögənin yazdıqları da çox maraqlıdır:

“Toponimiya və oranomiya (dağ, dərə) adlarından məlum olduğu kimi, Yerin və cəmiyyətin çox əski çağlarda atla bağlı yaşadıqları və inancları varmış. Buna ən böyük fakt isə Savalan (səblan) dağı, həmən dağda yerləşən At gölü, Dağın ətəyinda olan Şam Əsbi kəndi və məhləsi, Sultan savalan gölü ilə bağlı At əfsanəsi və s. ki, bu araşdırmada açıqlayacayıq.

SAVALAN “ ( əski türkcə ilə desək SABALAN _ qədim türk dilində “ V “ hərfi olmamışdır ) sözü qədim türklərdə at heyvanının müəyyən növünə deyilirmiş. Bu söz “ SAB “ ismi və heyvan bildirən “ LAN “ şəkilçisindən ibarətdir. “ SAB “ sözünün etimologiyasını tam mənada təyin etmək bir az çətin gorünür lakin muqayisə yolu ilə onu türk sözü kimi qebul edə bilərik . Həmin söz qədim Azərbaycan xalqının etnogenində dayanan türk mənşəli MAD xalqının dilində SAPA yaxud ASPA şekilinde işlenmişdir. Bu söz sonralar Parsların (farsların) dilinə keçərək onların mıxı yazılarında “ ASA “ və Avesta kitabinda ASPA formasinda yazılmışdır. Həmçinin xatırlatmalıyam ki, qədim orta Asiya skiflərinin dilində ASPA sözü işlənirmiş . Hemin sözün başqa variantlari iki türk mənşəli qədim etnosun yanı SABAR – ların və AZ (as)ların adlarında müşahidə olunur”.

Araşdırmacı həmən yazısında daha sonra yazır:

“Qədim türklərin məişetində at heyvanı həddindən artıq rol türklərin məişətində at heyvanı həddindən artıq rol oynayırmış bu səbəbden türk dilində həmin heyvanın çeşidlərini bir-birindən ayırmaq üçün qırxa yaxın söz mövcuddur (ərəb xalqlarının dilində dəvə heyvanının muxtelif adlara malik olduğu kimi ) onlar hamısı at heyvanını bildirir.

On əsr əvvəl yaşamış böyük türk dilçi alimi Mahmud Kaşğəri öz dəyərli əsəri olan Divani-luğati-türk kitabinda SEB yaxud SEP sözünü açıqlarkən onu iki yaşına çatmış at balası məna edir . Daha sonra həmin sözün iştiraki ilə SEPAQOR (SEP AQORI) sözünü gətirib və atın yem torbası kimi izah edir. Bu söz indi Güney Azərbaycanın Səhənd ətrafı kəndlərində SEPAXUR kimi danışıqda işlənir həmçinin SEB sözü SIPA kimi işlənməkdədir.

SABALAN sözünün ikinci hissesi yanı “LAN “ sözcüyünə gəldikdə , qədim türk dilində bir çox başqa heyvan adlarında iştirak edən şəkilçilər kimi çox. işlək olmuşdur. LAN sözcüyünün ALAN (düz, açıq və geniş yer- mənasında) sözü ilə heç əlaqəsi yoxdur hərçənd ki, bəzi yer adlarının tərkibində iştirak edir. Indi isə ” LAN “ şəkilçisi ilə bitən bəzi heyvan adlarını xaıirladaq :

As.lan – Ars.lan , Bors.lan (bəbir) , Kap.lan (pələng) , Pax.lan ( flaminqo) , Cey.lan ( ceyran) , Qu.lan ( vəhşi eşşək) , Sırt.lan (kaftar) , Yi.lan (ilan) , Bo.lan ( bir növ yırtıcı heyvan) , Lüi.lan (ejdaha) , və nəhayət Saba.lan.

Həmin dağın “ SABALAN “ yaxud deyilişdəki kimi “SAVALAN “ ( at heyvanı ) adlanması muxtəlif səbəblərlə izah edilə bilər . Həmin dağın ətəklərində bir çox qədim türk tayfalarına bağlı əhali yaşamaqdadır. Onların arasında bu dağ haqqında bir əfsanə dolaşmaqdadır. Deyilənlərə görə həmin dağda mövcüd olan göldən ildə bir kərə bir at çıxıb kişnəyərək öz sahibini axtarar lakin onu tapa bilmədiyi üçün yenə həmin gölə qayıdar…”

Fikrimizcə, yuxarıda söylənilən fikirlər maraqlı olsa da, Rəşidəddin “Oğuznamə”sində yazılanlar daha inandırıcı və ağlabatandır:

“…Rəvayətlərə görə Alataq adını onlar (oğualar – K. İ.) qoymuşdular və Sabalan adını da onlar vermişdilər. Türkcə “ortaya çıxıb dik duran” nəsnəyə sabalan deyirlər”.





Yorumlar









Aktif Ziyaretçi 39
Dün Tekil 1927
Bugün Tekil 1504
Toplam Tekil 4067638
IP 3.145.69.255






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.478 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu