“Laçında xalq oyunları və meydan tamaşaları” kitabının təqdimat mərasimi keçirilib - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“Laçında xalq oyunları və meydan tamaşaları” kitabının təqdimat mərasimi keçirilib
Tarih: 29.03.2019 > Kaç kez okundu? 921

Paylaş


Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən Laçın rayon 37 nömrəli tam orta məktəbdə ADMİU-nun Teatrşünaslıq kafedrasının tələbəsi Vüsalə Musazadənin “Laçında xalq oyunları və meydan tamaşaları” adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qaliblərindən olan “Laçında xalq oyunları və meydan tamaşaları” layihəsi çərçivəsində nəşr edilmiş kitabda, hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Laçın rayonunda xalqımızın adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan xalq oyun və meydan tamaşaları haqqında məlumatlar əks olunub.

İctimaiyyət nümayəndələrinin, ziyalıların, məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi mərasimdə layihənin rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin tələbəsi Vüsalə Musazadə çıxış edərək, layihə və kitab haqqında geniş məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi Laçın rayonu ərazisində oynanılmış xalq oyun və tamaşaları haqqında məlumatları ictimaiyyətə, xüsusən də gənc nəslə çatdırmaqdır.

“Azərbaycanın folklor xəritəsində Qarabağda xalq oyunları və meydan tamaşaları aparıcı yer tutur. Kitabda toplanan oyunların əksər hissəsi uşaqlara aid olsa da, təəssüf ki, bu gün məktəblilərin çoxunun onlardan xəbəri yoxdur. Əsas məqsəd də tarixi çox qədimlərə gedib çıxan bu folklor nümunələrini yaşatmaqdır”, – deyə Vüsalə Musazadə qeyd edib.

Çıxış edənlər diqqətə çatdırıblar ki, xalq oyun və tamaşaları ilə bağlı müəyyən tədqiqatlar olsa da, azlıq təşkil edir. Odur ki, bu sahədə tədqiqatın davam etdirilməsi və gənclərə çatdırılması həm tariximizin öyrənilməsi, həm də uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili baxımından çox əhəmiyyətlidir.

Tədbirin sonunda kitabla bağlı fikir mübadiləsi aparılıb, iştirakçılara “Laçında xalq oyunları və meydan tamaşaları” kitabı və eyniadlı buklet təqdim edilib.





Yorumlar









Aktif Ziyaretçi 41
Dün Tekil 1927
Bugün Tekil 1487
Toplam Tekil 4067621
IP 18.190.219.65






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu