ADMİU-da “Heydər Əliyevin Mədəniyyət konsepsiyası” mövzusunda elmi seminar keçirilib - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









ADMİU-da “Heydər Əliyevin Mədəniyyət konsepsiyası” mövzusunda elmi seminar keçirilib
Tarih: 13.12.2018 > Kaç kez okundu? 1029

Paylaş


Dekabr ayının 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyevin Mədəniyyət konsepsiyası” mövzusunda elmi seminar keçirilib. Tədbirdə akademik, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov, ADMİU-nun rektoru, professor-müəllim heyəti və tələbələri, həmçinin media nümayəndələri iştirak edib.

Tədbiri ADMİU-unun rektoru, professor Ceyran Mahmudova açaraq, qonaqları və seminar iştirakçılarını salamlayıb. Azərbaycan tarixində misilsiz xidmətləri olan qüdrətli dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qayğısından söz açan rektor qeyd edib ki, bu zala toplaşanların əksəriyyəti Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləridir və onlar Heydər Əliyevin mədəniyyətə göstərdiyi diqqət və qayğının canlı şahidləridir.

Bildirilib ki, bu gün Heydər Əliyevin yolunu layiqincə davam etdirən cənab prezident İlham Əliyev ümummilli liderin ideallarını yeni tarixi şəraitdə müvəffəqiyyətlə həyata keçirir.

Sonra akademik Rafael Hüseynov Heydər Əliyevin mədəniyyət konsepsiyasını açıqlayan məruzə ilə çıxış edərək, ümummilli liderin həyat və fəaliyyəti, ölkə mədəniyyətinin inkişafındakı misilsiz xidmətləri haqqında ətraflı məlumat verib. Millət vəkili bildirib ki, məhz ümummilli liderin mədəniyyət siyasəti nəticəsində qədim zəngin maddi və mənəvi irsə malik xalqımız öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu öndərin Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı olduğunu deyən Rafael Hüseynov onun hələ sovet dövründə yaradılan maneələrə baxmayaraq, ölkə mədəniyyətinin inkişafı üçün əlindən gələni etdiyini vurğulayıb, müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyətinin yüksəliş dövrü keçdiyini diqqətə çatdırıb. Akademik Rafael Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyev respublikamızın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşıb.

Natiq Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində əsası ulu öndər tərəfindən qoyulan işlərin bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirin sonunda İ.Məmmədəliyevin çəkdiyi “Heydər Əliyev. Mədəniyyətimizin hamisi” filmi nümayiş olunub.

Tədbirdən sonra Universitetin rəhbərliyi və professor-müəllim heyəti Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət edib, onun xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.





Yorumlar









Aktif Ziyaretçi 28
Dün Tekil 1388
Bugün Tekil 1246
Toplam Tekil 4062636
IP 18.217.67.225






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























7 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K rler ar s nda ayna satma, sa rlar ar s nda gazel atma.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu