BMU- da “15 İyun Milli Qurtuluş Günü” qeyd olunub - Receb RZAYEV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









BMU- da “15 İyun Milli Qurtuluş Günü” qeyd olunub - Receb RZAYEV
Tarih: 13.06.2018 > Kaç kez okundu? 114

Paylaş


Bakı Mühəndislik Universitetində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə universitetin müəllim –tələbə heyəti ilə yanaşı millət vəkili, akademik Ziyad Səmədzadə və YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev iştirak edib. Tədbirdən öncə universitetin foyesində Ümummilli liderimiz Heydər Əliyev və Möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyətlərinə həsr olunmuş “Azərbaycan müstəqillik və inkişaf yollarında” adlı xüsusi guşənin açılışı olmuşdur.

Dövlət himninin oxunmasından sonra başlayan tədbirdə müstəqilliyimizin ilk vaxtlarında baş verən hadisələrdən,Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə 15 iyunda hakimiyyətə gəlməsindən sonra ölkəmizdə müsbət mənada cərəyan edən dəyişikliklərdən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, 1991-ci il 18 oktyabrda müstəqillik qazansaq da 1993-cü ilin ilk vaxtlarında müstəqilliyimizin ən ağır vaxtları idi. İyunun 4-də baş verən Gəncə hadisələri müstəqilliyimizin itirilməsinə aparırdı. Belə bir dövrdə Ulu öndər böyük risklərə baxmayaraq, ölkəmizin xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi.Bununla da Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına “Milli Qurtuluş Günü” kimi daxil oldu.

Rektor qeyd edib ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi: “Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir”.

Bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Azərbaycan dünyanın ən qabaqçıl layihələrində iştirak edir.

Rektor bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.



Millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək həmin dövrdə baş verən hadisələrin canlı şahidi olduğunu və necə bir ağır dövr olduğunu faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Akademik 15 İyun - Milli Qurtuluş Günündən sonra Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, iştirak etdiyi beynəlxalq layihələr və qloballaşma prosesinə Azərbaycanın öz standartları ilə qoşulmasından danışıb. Qeyd edib ki, ölkəmiz iştirak etdiyi layihələrdə milli dəyərlərinə sahib çıxaraq öz standartını yaradıb. Millət vəkili Ziyad Səmədzadə Azərbaycanın bu səviyyəyə çatmasının kökündə Ulu öndər Heydər Əliyev siyasətinin olduğunu qeyd edib.

BMU YAP Gənclər birliyinin sədri Talifə İsgəndərli Ümummilli lider Heydər Əliyevin Gənclər siyasətindən danışıb. Qeyd edib ki, bu gün də bu siyasət uğurla davam edir.

Tədbirin sonunda YAP sıralarına daxil olan müəllim və tələbələrə üzvlük vəsiqələri təqdim edilib.





Yorumlar
























Aktif Ziyaretçi 20
Dün Tekil 941
Bugün Tekil 724
Toplam Tekil 2212063
IP 54.80.208.105






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Zi'l-Hicce 1439
Ağustos 2018
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Sevgim - Millete!
Vurgunluğum - Azadlığa ve adalete!
itaatim - Hocalarıma!
Borcum - Dostlarıma ve meslektaşlarıma!
Nefretim - Yalancılara ve iki yüzlülere!

(Ebülfez ELÇİBEY)


Ekle Çıkar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2018 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.811 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu